96 karxana ilə bağlı cinayət işi başlandı

96 karxana ilə bağlı cinayət işi başlandı96 karxana ilə bağlı Baş Prokurorluqda 8 cinayət işi başlanıb.

Baş Prokurorluqdan Sonxeber.az-a verilən məlumata görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi, milli parkların təşkili və ekoloji şəbəkənin yaradılması istiqamətində mühüm işlər görülür.

Lakin bununla belə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ətraf mühitin mühafizəsini həyata keçirən qurumları tərəfindən aşkar olunmaqla ekoloji qanun pozuntularına yol vermiş hüquqi və fiziki şəxslərə qarşı ən ciddi tədbirlər davam etdirilir.

Məlumat verildiyi kimi, ETSN-nin əməkdaşları tərəfindən respublikanın ayrı-ayrı rayonlarında yerləşən qum-çınqıl yataqlarında karxanaların fəaliyyətinin monitorinq nəticəsində bəzi dövlət orqanları və sahibkarlıq subyektləri tərəfindən yer təkinin qorunması, xüsusən çay yataqlarının istifadəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş qaydalar və lisenziyalaşdırma şərtlərinin kobud surətdə pozulması, bunun nəticəsində ətraf mühitə, infrastruktur obyektlərinə, su təchizatı şəbəkələrinə, hidrotexniki qurğulara və sahil bərkitmə bəndlərinə ciddi təhlükənin yaranması, çay məcralarının kəskin eroziyaya məruz qalması müəyyən edilib.

Qum-çınqıl yataqlarında hüquqi və fiziki şəxslərə məxsus 96 karxananın fəaliyyətində aşkarlanmış qanun pozuntuları ilə bağlı toplanmış materiallar əsasında Baş Prokurorluqda Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 247-ci (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələri ilə 8 cinayət işi başlanaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaqı aparılır.

Qeyd edilən cinayət işlərinin materiallarından 6-sı ayrıca icraata ayrılaraq istintaqı tamamlanıb. Həmin işlər üzrə aparılmış istintaq zamanı sahibkarlar tərəfindən dağ-mədən obyektlərinin istismarı zamanı ətraf mühitin qorunması qaydalarına riayət olunmaması, müvafiq icra hakimiyyəti orqanından lisenziya almalı olduğu halda, buna əməl edilməməsi, eləcə də lisenziyalaşma şərtlərini pozmaqla qanunsuz sahibkarlıq fəaliyyətlərini davam etdirmələri, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən "Avro-Asiya İnşaat Korporasiyası Evrascon" ASC-nin rəhbəri Manaf Şirinov, "Titanik-5" MMC-nin rəhbəri Şahin Məmmədov, "Azvirt" MMC-nin iş icraçısı vəzifəli şəxsi İbrahim Quluyev, "Alyans" MMC-nin rəhbəri Nəriman Yəhyayev, "Gülövşə" MMC-nin rəhbəri Mahir Allahverdiyev və "Qara-Qum Holdinq" MMC-nin rəhbəri Yasif Ağayevə Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilərək, Mahir Allahverdiyev barəsində polisin nəzarəti altına vermə, digər təqsirləndirilən şəxslər barəsində isə məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd olunan cinayət işləri üzrə qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində dövlətə və təbiətə 2,7 milyon manat məbləğində maddi ziyan vurulması, habelə 182 min manat məbləğində vergidən yayınma halları müəyyən edilmiş və istintaq zamanı dəymiş ziyanın tam ödətdirilməsi təmin edilməklə cinayət işləri baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Hazırda bu sahədə istintaqı aparılan digər cinayət işləri üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş ziyanın ödətdirilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1502   Tarix: 06 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Universitet yataqxanasında qalmaqal iddiası - otaqlara girən şəxs saxlanıldı

İstanbul Texniki Universitetinin Ayazağa kampusundakı qız tələbə yataqxanasında qalmaqal iddiası gündəmə gəlib. türk mediasına istinadən xəbər verir ki, iddialara görə, naməlum kişi yataqxanaya daxil olaraq tələbələrin otaqlarına qədər gedib, qapıları açaraq onlara əl yelləyib. Hadisə ilə bağlı məluma

9 aprel
.

Möcüzəvi xilas: 13 gün sonra 300 metr dərinlikdən sağ çıxarıldı

Meksikada baş verən mədən qəzası zamanı 13 gün yerin təxminən 300 metr dərinliyində qalan işçi sağ şəkildə xilas edilib. xarici mediaya istinadən xəbər verir ki, xilasetmə əməliyyatı saatlarla davam edib. Hadisə yerinə cəlb olunan xilasedicilər xüsusi texnika vasitəsilə işçiyə çataraq onu yer üzünə çıxarmağ

10 aprel
.

Qatarda qalmaqal: ərinin xəyanətini görən qadın görün nə etdi - VİDEO

Hindistanda qatarla səyahət edən qadının ərinin onu başqa bir qadınla aldatdığını görməsi qalmaqala səbəb olub. xarici mediaya istinadən xəbər verir ki, qadının qatarın ortasında ərinə və həmin qadına hücum etdiyi anlar sərnişinlər tərəfindən lentə alınaraq sosial şəbəkələrdə sürətlə yayılıb. Hadis

6 aprel
.

Aylar əvvəl meyiti tapılan qadının ölüm səbəbi hələ də bəlli deyil

İspaniyaya bağlı Gran Canaria adasında aylar əvvəl yarıçılpaq vəziyyətdə tapılan qadın meyitinin kimliyi müəyyən edilib. xarici mediaya istinadən xəbər verir ki, aparılan araşdırmalar nəticəsində meyitin 32 yaşlı macar reality-şou ulduzu və sosial media fenomeni Annabella Lovas-a aid olduğu diş qeydlər

6 aprel
.

Yaş salfet sexində görün əslində nə istehsal ediblər

Adana şəhərində polis, yaş salfet istehsal edən sexdə narkotik həblər istehsal edən 9 nəfəri saxlayıb. türk mediasına istinadən xəbər verir ki, araşdırma zamanı həblərin üzərinə "Nuş olsun" yazılmış metal qabda gizləndiyi müəyyən edilib. Əməliyyat nəticəsində 7 nəfər həbs olunub, 2 nəfər is

7 aprel
.

İmişlidə kişi evi ilə birlikdə yandı

İmişli rayonunu Qaralar kəndində fərdi yaşayış evi yanıb. APA-ya istinadla xəbər verir ki, kənd sakini Akif Mədət oğluAbşova məxsus evdə baş verən yanğının söndürülməsinə İmişli Rayonu Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın lokallaşdırılıb. Hadisə zamanı ev sahib

11 aprel
.

ABŞ-də dəhşətli cinayət: gənc qadın çəkiclə qətlə yetirildi - VİDEO

ABŞ-də baş verən ağır cinayət hadisəsi ictimaiyyətdə böyük sarsıntı yaradıb. Haitili bir kişi yanacaqdoldurma məntəqəsində çalışan, Banqladeş əsilli iki uşaq anasına hücum edib. türk mediasına istinadən xəbər verir ki, məlumata görə, marketdə işləyən gənc qadın hücum zamanı baş nahiyəsinə ard-arda çəki

9 aprel
.

Timsah futbol oynayan uşağı dostlarının gözü önündə parçaladı

İndoneziyada timsah 13 yaşlı oğlanı dostlarının gözü qarşısında parçalayaraq öldürüb. xarici KİV-ə istinadla bildirir ki, hadisə Kutai Kartaneqara rayonunda baş verib. Məlumata əsasən, yeniyetmə futbol oynayarkən suya düşən topu götürmək üçün Mahakam River çayına girib. O, sahildən təxminən 12 metr uzaqlaşdıqda

5 aprel
.

Şəhərdə "yırtıcı" həyəcanı - tunel qazıb qaçan canavar panikaya səbəb oldu

Cənubi Koreyanın Daejon şəhərində zooparkdan qaçan canavar sakinlər arasında təşviş yaradıb. xarici mediaya istinadən xəbər verir ki, iki yaşlı heyvan O-World zooparkında qəfəsinin altından tunel qazaraq qaçıb. Daha sonra onun məktəb yaxınlığında və şəhər yollarında dolaşdığı müəyyən edilib. Canavarı

9 aprel