Son xəbərlər

.

PSJ "Bavariya"nın futbolçusunu aldı

PSJ "Bavariya"dan Luka Hernandesi transfer edib. Fransa klubu müdafiəçi ilə 30 iyun 2028-ci ilə qədər müqavilə imzaladığını açıqlayıb. Daha əvvəl Hernandezin "Bavariya"dan transferinin məbləğinin 48-50 milyon avro olacağı bildirilirdi. Qeyd edək ki, Luka 2019-cu ildə "Atletiko"

9 iyul 2023
.

TBMM sədrinin Bakı səfərinin tarixi dəqiqləşib

Türkiyə Böyük Millət Məclisinin yeni sədri Numan Kurtulmuşun Bakıya səfərinin tarixi dəqiqləşib. Məlumata görə, parlament sədri Azərbaycana iyulun 12-də gələcək. Qeyd edək ki, daha öncə siyasətçinin ölkəmizə səfərə 11 və ya 12 iyulda gələcəyi deyilirdi

9 iyul 2023
.

Polşa Ukraynaya Mi-24 helikopterlərini təhvil verdi

Polşa Ukraynaya Sovet istehsalı olan 10-a yaxın Mi-24 helikopterini təhvil verib. Bu barədə öz mənbələrinə istinadən "Wall Street Journal" məlumat yayıb. "Polşa bu yaxınlarda Ukraynaya onlarla Mi-24 döyüş helikopteri təhvil verib", – nəşr yazır. Nəşr göstərir ki, bu helikopterləri

9 iyul 2023
.

Almaniya Ukraynanın NATO-ya üzvlüyünün təxirə salınmasının lehinə çıxış edəcək - KİV

NATO-nun Vilnüsdə keçiriləcək sammiti zamanı Almaniya, Rusiya ilə müharibəyə səbəb ola biləcəyi qorxusu ilə Ukraynanın NATO-ya üzvlük cəhdinin təxirə salınmasının tərəfdarı olacaq. Bu barədə "The Telegraph" adı açıqlanmayan NATO mənbəsinə istinadən məlumat yayıb. "Berlin dərhal üzvlü

9 iyul 2023
.

Putin Türkiyədə həbs oluna bilər? - Girkin "narahat" oldu

Rusiya Prezidenti Vladimir Putinin yerində olsaydım, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Türkiyəyə səfər etməkdən çəkinərdim. Bunu qondarma "dxr"in sabiq "müdafiə naziri" İqor Girkin bildirib. "Mən Vladimir Vladimiroviçin yerində olsaydım, Ərdoğanın Türkiyəd

9 iyul 2023
.

Azərbaycan-İran Dövlət Komissiyasının həmsədrləri görüşəcək

"Yaxın günlərdə Azərbaycanla İran arasında iqtisadi, ticaret və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrlərinin görüşü olacaq". Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, görüş İranın Astara şəhərində keçiriləcək

9 iyul 2023
.

Dünya nizamını müharibə yox, yalnız bu ölkə dəyişə bilər

Rusiyanın Ukraynaya qarşı müharibəsi beynəlxalq dünya nizamına çağırışdır, lakin dünya nizamını yalnız Çin dəyişdirməyə qadirdir. Bunu Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns deyib. "Rusiya müharibəsi ciddi sınaqdır. Lakin Çin beynəlxalq nizamı dəyişmək niyyətində olan və bunu etmə

9 iyul 2023
.

Ani ürək ölümündən belə qorunun

Gündə qısa müddət sürətli gəzinti vaxtından əvvəl ürək ölümü riskini azaltmağa kömək edir. Məşq etməməyin sağlamlığa zərərli olması və bir sıra mənfi nəticələrə səbəb ola biləcəyi yeni bir şey deyil. Ən pis halda, həyatınızın bir neçə ilini itirəcəksiniz, çünki ürək-damar sistemi daha tez qocalır. Terapev

9 iyul 2023
.

Ağcaqanad əleyhinə dərmanların bir çox fəsadları var - MÜTƏXƏSSİS RƏYİ

Ağcaqanadlardan qorunmaq üçün fərqli maddələrdən istifadə olunur. Bu vasitələr əsasən 2 qismə bölünür. Birincisi yağlar, krem şəklində olan maddələr və spreylərdir. Hansı ki, dərinin açıq nahiyələrinə tətbiq edilir. İkincisi isə elektriklə işləyən cihazlardır. Yayın gəlişi ilə hər il evimizə "sevimli"

9 iyul 2023
.

Kadırov vəzifəsindən müvəqqəti getdi: 3 qəribə nüans...

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov məzuniyyətə çıxıb, onun səlahiyyətlərini vilayət hökumətinin sədri Müslüm Xuçiyev icra edir. Bununla bağlı sərəncam kadırovun saytında dərc edilib. Sənəddə deyilir: "Mən 2023-cü il iyulun 3-dən illik ödənişli məzuniyyətə gedirəm. Məzuniyyətim müddətind

9 iyul 2023
.

Düşmənlə 50 metr məsafədə döyüşən qazi - VİDEO

Baku TV-də yayımlanan "44 gün" verilişinin növbəti buraxılışı efirə gedib. Verilişdə Vətən müharibəsi qazisi Xəyal Şəmiyev keçdiyi döyüş yolundan danışıb. 44 günlük müharibənin ilk günlərindən cəbhəyə yollanan qazi Cəbrayıl, Qubadlı, Xocavənd və Şuşanın işğaldan azad edilməsi uğrunda döyüşlərd

9 iyul 2023
.

Kaset bombası Ukraynaya necə kömək edəcək?

Tammiqyaslı müharibənin bu nöqtəsində ABŞ-ın Ukraynaya verdiyi kaset sursatları əhəmiyyətli təsir göstərə bilər. Bunu Karnegi Fondunun baş əməkdaşı Maykl Kofman bildirib. "Nöqsanlara baxmayaraq, bu arsenal Ukraynanın hücumunun gedişi üçün mühüm əhəmiyyət kəsb edir. Ukraynanın hücumu mövcud artilleriy

9 iyul 2023
.

Beynəlxalq təşkilat Azərbaycanın diplomatlarının peşə bayramını təbrik edib

Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarının peşə bayramı münasibətilə təbrik edib. Bununla bağlı TÜRKPA-nın tviter hesabında paylaşım edilib. "9 iyul - Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayram

9 iyul 2023
.

Putin Rusiyası tamamilə dağılacaq - Jorin

"Vaqner"in Rusiyada üsyanı bir sıra proseslər doğurdu və bölgələr üçün Moskvadan ayrılmağın mümkünlüyünə bir siqnal oldu. Bunu "Azov" alayının keçmiş komandiri, Ukrayna Silahlı Qüvvələrinin mayoru Maksim Jorin bildirib. "Bunlar həqiqətən çox mühüm proseslərdir və onların mütlə

9 iyul 2023
.

"Turan Tovuz"a yeni rəhbər seçilib

"Turan Tovuz Peşəkar Futbol Klubu"nun yeni rəhbəri məlum olub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Ehtiram Quliyev "Turan Tovuz Peşəkar Futbol Klubu" İctimai Birliyinin İdarə Heyətinin sədri seçilib

9 iyul 2023
.

İranda 15 yaşınadək qızlar arasında nikahlarla bağlı qorxunc statistika

İranda son 6 ildə 15 yaşınadək qızlar arasında 184 minə yaxın nikah qeydə alınıb. Bu barədə "Azad İran" "Telegram" kanalı İran Statistika Mərkəzinin hesabatına istinadla xəbər verir. Hesabata əsasən, ötən il 15 yaşa qədər qızlar arasında 26 min 974 nikah, 15 yaşa qədər oğlanlar arasınd

9 iyul 2023
.

Şəkinin kəndində meyvə ağacları odun əvəzi yandırılır: İnsanlar bir maşın oduna 500-600 manat verirlər - VİDEO

Şəkinin Şin kəndinin sakinləri qaz problemindən əziyyət çəkirlər. " "ın məlumatına görə, Şin kəndində 270-dən çox ailə yaşayır. Kəndin başlanğıcına qədər gətirilən magistral qaz xəttindən qonşu Baş Laysqı, Baş Göynük kəndlərinə xətt çəkilsə də, uzun illərdir Şin kənd sakinlərinə qaz çəkilmir

9 iyul 2023
.

Ferstappen "Formula-1"də ardıcıl beşinci dəfə təsnifat mərhələsinin qalibi olub

"Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen "Formula-1" üzrə mövsümün onuncu mərhələsinin - Britaniya Qran-prisinin təsnifat mərhələsinin qalibi olub. "McLaren" komandasından britaniyalı Lando Norris ikinci, onun avstraliyalı komanda yoldaşı Oskar Piastr

9 iyul 2023
.

Ebru Gündeş Şəmkirdə toy məclisində oxuduqdan sonra Azərbaycana vergi ödəyibmi? - VİDEO

Tez-tez əcnəbi müğənnilər Azərbaycana gələrək toy şənliklərində iştirak edirlər. " "ın məlumatına görə, xüsusən də Türkiyənin tanınmış müğənniləri Azərbaycanda toy şənliklərində daha çox iştrak edirlər. Ən azı 100 min manata gələn sənətçilər aldıqları pulun qarşılığında vergi ödəməlidirlərmi?

9 iyul 2023
.

Təl-Əvivdə məhkəmə islahatlarına qarşı etiraz aksiyası zamanı etirazçılar magistral yolu bağlayıblar – FOTO

İsrail müxalifəti 27-ci dəfədir ki, bütün ölkə boyu məhkəmə islahatlarına qarşı həftəlik kütləvi etiraz aksiyaları keçirir. 150-yə yaxın nümayişdən ən böyüyü Tel-Əvivdə hökumət binaları kompleksi yaxınlığında keçirilir. Məlumata görə, əsas mitinq başa çatdıqdan sonra onlarla nümayişçi şəhərin şərq hissəsind

9 iyul 2023
.

Fransalı idmançı 51 saat ərzində 100 km məsafəni dayanmadan üzüb

"Dəniz pişiyi Stiv" ləqəbli fransız idmançı Stiv Stivenart Kaliforniya sahilləri ilə Katalina adası arasında tarixi üzməni həyata keçirib. Üzgüçü Katalinadan materikə, oradan adaya və yenidən materikə qayıdıb. Məlumata görə, fasiləsiz üzgüçülük 51 saat davam edib. O, irəli-geri üç keçid etməl

9 iyul 2023
.

XİN rəhbərliyi Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun iştirakı ilə diplomatik xidmət orqanlarının rəhbərləri Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər. "Report" xəbər verir ki, rəsmilər Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyaraq, xatirəsini yad ediblər

9 iyul 2023
.

Xalq artisti Əlibaba Məmmədovun qəbirüstü abidəsi qoyulub

Görkəmli muğam ustadı, Xalq artisti Əlibaba Məmmədovun qəbirüstü abidəsi qoyulub. APA xəbər verir ki, qəbirüstü abidə artıq Fəxri xiyabanda sənətkarın qəbri üzərində quraşdırılıb. Xatırladaq ki, qəbirüstü abidənin bundan öncəki variantı xanəndənin ailəsi tərəfindən bəyənilməyərək geri qaytarılmışdı

9 iyul 2023
.

Türkiyə Ukraynaya PUA-ların istehsalında köməklik edəcək

Türkiyə və Ukrayna arasında memorandum imzalanıb. Memorandum çərçivəsində ölkələr birlikdə pilotsuz təyyarələrin istehsalını inkişaf etdirməyə davam edəcəklər. Sənədi Ukrayna lideri Vladimir Zelenskinin Türkiyəyə səfəri zamanı iki ölkənin sənaye nazirləri Aleksandr Kamışin və Mehmet Fatih Kacır imzalayıblar

9 iyul 2023
.

Batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub

Batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Belə ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən "Sabirabad" və "Mərdəkan" sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəs

9 iyul 2023
.

Beynəlxalq Ədalət Məhkəməsi: Sərhəd-buraxılış məntəqəsi qanunidir! - VİDEO

Ermənistanın ən azı bir həftənin ölkə üçün bəd xəbərsiz bitəcəyinə dair ümidləri yenə özünü doğrultmadı. Keçən həftə Ermənistana daha bir qulaqburması verildi. Bu barədə "Caliber"in "YouTube" kanalının növbəti buraxılışında deyilir:. "Birincisi, Rusiya Xarici İşlər Nazirliyini

9 iyul 2023
.

DİM II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib

İyulun 9-da II ixtisas qrupu (o cümlədən II ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib. DİM-ə istinadən xəbər verir ki, imtahan keçirilən şəhər və rayonlarda 85 imtahan binası, 1547 imtahan zalı ayrılıb

9 iyul 2023
.

Tahir Salahovun qəbirüstü abidəsinin postamenti quraşdırıldı

Xalq rəssamı, dövlət mükafatları laureatı Tahir Salahovun qəbirüstü abidəsi ilə bağlı işlər yekunlaşmaq üzrədir. APA xəbər verir ki, qəbirüstü abidənin postamenti artıq Fəxri xiyabanda rəssamın qəbri üzərində quraşdırılıb. Yaxın günlərdə abidənin qoyulacağı gözlənilir. Xatırladaq ki, Tahir Salahov 2021-c

9 iyul 2023
.

Polis Britni Spirsin döyülməsi ilə bağlı cinayət işini bağlayıb

Müğənni Britni Spirsin basketbolçu Viktor Vembanyamanın cangüdəni tərəfindən döyülməsi ilə bağlı işə xitam verilib. Məlumata görə, mühafizəçi həqiqətən müğənninin əlini itələyib. Lakin polis müğənninin daha sonra özünü vurduğu qənaətinə gəlib. Belə ki, cangüdən barəsində zorakılıqla bağlı deyilənlə

9 iyul 2023
.

Qohumlarının balta ilə hücumuna məruz qalan ailənin üçüncü üzvü də vəfat etdi

Abşeron rayonunun Digah qəsəbəsi ərazisində xəsarət alan şəxslərdən daha biri ölüb. Bu gün xəsarət alan şəxslərdən daha biri - Xəyalə Kərimova müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Baş Prokurorluğun mətbuat xidməti faktı təsdiq edib. Bununla da, bir ailənin üç üzvü qohumlarının balta ilə yetirdiy

9 iyul 2023