18 yaşlı oğlanın daşların altında qalmış və çürümüş çılpaq cəsədi tapıldı - ŞOK FAKTLAR - FOTO
Xəbər verdiyimiz kimi, 18 yaşlı Şamil Bağırov vəhşicəsinə qətlə yetirilib. Şamil Bağırovun ölümü ilə bağlı bəzi təfərrüatlar bəlli olub.
Sonxeber.az BiG.AZ-a istinadən xəbər verir ki, bu barədə Xəzər Televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verilişində hadisənin bəzi təfərrüatları bəlli olub.
Belə ki, verilişə çıxan ata bildirib ki, oğlu martın 17-si itkin düşüb: "Oğlumun itməsi ilə bağlı məlumatı aprelin 6-da xəbər verdik. Balıq tutmaqdan qayıdan zaman bildim ki, oğlum yoxdur. Polislər gəlib dedi ki, bir gəncin meyiti tapılıb. 16 yaşına kimi oğlum Bakıda oxuyub. Həm də o rayondan daha çox Bakıda olurdu. Çünki onun bacısı və bibisi burada yaşayırdı".
Şamil Bağırovun anası Xatirə Bağırova bildirib ki, Türkiyədə olan zaman onunla əlaqə qura bilməyib: "Çünki onun nömrəsi daha çox bağlı olurdu. Oğlum 1-2 gün evə gəlirdi. Amma çox vaxt evdə olmurdu. Oğlumu pul üstündə öldürüblər. İxtiyar, Əkbər, Məhəmmədəli oğlumun qatilləridir. Oğlumun 180 santimetr boyu var idi. İnanmıram ki, onu 3 nəfər öldürüb. 3 gün oğlum can verib. Üstünə daşlar yığıblar ki, heç kəs bilməsin. Oğlum əsgər gedəcəkdi. Oğlumun cəsədini tapan qadın onu çılpaq halda, daşların altında çürümüş vəziyyətdə tapıb. Oğlumun üstünə taxtalar qoyublar ki, oğlum qaça bilməsin. Şamilin ayaqlarını kəsiblər. Ekspert mənə heç bir rəy vermir ".
Qeyd edək ki, Xatirə Bağırov ilk açıqlamasında iki qız, bir oğlu olduğunu bildirib: "Martın 18-də oğlumun 18 yaşı tamam olacaqdı. Onu əsgər yola salacaqdım. Oğlum mənə dedi ki, bibimgilə, bacımgilə gedirəm. O, hər zaman bibisi və bacısıgilə gedib 10-15 gün qalırdı. Axırıncı dəfə gedəndə oğluma dedim ki, tez gələrsən. O da razılaşdı. Atasının və evdəkilərin telefonu işləmirdi. Dəfələrlə zəng vurduq, cavab verən olmadı. Qızlarıma və baldızıma zəng etdim. Məcbur olduq, polisə getdik. Polisdən zəng gəldi ki, morqda belə bir meyit var, gəlin, baxın. Oğlunuza oxşayır. Atası da dedi ki, ola bilməz. Oğlum Bakıdadır. Həyat yoldaşım oğlumuzu tanımadı. Üzü parçalanmışdı. Çiyni və qolu sındırılıb. Sinəsini və ürəyinə 3-4 bıçaq zərbəsi vurulub. Balamın boynuna şunur salıb üzüblər. Papağından və saçından atası oğlumu tanıyıb. Oğlumu 3 nəfər öldürüb. Amma 1 nəfərin adını veriblər. Sizdən kömək istəyirəm. Mənim balamın boynu kəsilib. Bel sümüyü sındırılıb. Qolları kəsilərək, ürəyindən vurulub. 21 gün meyiti zirzəmidə saxlanılıb. Balamın meyitinin üzərində spirtli içki içilib. Meyiti murdarlanıb. Oğlum heç siqaret belə çəkməyib".

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 6368 Tarix: 29 aprel 2019
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞəmkirdə ayı görünməsi xəbərinə icra hakimiyyətindən reaksiya
"Şəmkirin Keçili kəndində ayı görünməsi barədə xəbərlər həqiqəti əks etdirmir". xəbər verir ki, bu barədə Şəmkir Rayon İcra Hakimiyyəti açıqlama yayıb:. "26 noyabrda bir sıra KİV-də və sosial şəbəkə səhifələrində Şəmkirin Keçili kəndi ərazisində qonur ayının müşahidə olunması və yaşayı
27 noyabrHava ilə bağlı - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında noyabrın 30-dan dekabrın 2-si gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var
27 noyabrİslam Rzayevlə bağlı qərar verildi
Balakən Rayon İcra Hakimiyyətinin külli miqdarda mənimsəmədə təqsirləndirilən sabiq başçısı İslam Rzayevin məhkəməsi başlayıb. -ın məlumatına görə, Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Xaliq İbrahimovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib
27 noyabrAvtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yol hərəkətinin təşkilində və baş verən yol-nəqliyyat hadisələrinin sayının azaldılması məqsədilə rəqəmsal yeniliklər həyata keçirir. xəbər verir ki, bunu "Report"un sualına cavabında BDYPİ-nin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis kapitanı Elvi
28 noyabrAzərbaycanda pensiyalar və sosial ödənişlər ARTIRILACAQ
Azərbaycanda aparılan sosial siyasət vətəndaş rifahının təminatı istiqamətində islahatlar sosial ödənişlərdə ciddi artımlara imkan verib, b artım dinamikası gələn il də davam edəcək. ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev nazirlikdə 2026-cı ilin 10 ayının yekunlarına həsr olunmu
29 noyabrŞad xəbər: Minlərlə vətəndaş çıxarışsız mülkünü sənədləşdirə biləcək
Həyətyanı torpaq sahəsi üçün yalnız plan-ölçü sənədi olan bəzi vətəndaşların mülkiyyət hüququnu rəsmiləşdirməsi mümkün ola bilər. Bununla bağlı qanun layihəsi Milli Məclisdə birinci oxunuşdan keçib. Torpaq islahatı çərçivəsində həyətyanı sahə alan vətəndaşların bir qisminə mülkiyyət hüququnu təsdiqləyə
28 noyabrBakıda Estoniya səfirliyi açıldı - Fotolar
Bu gün Bakıda Estoniyanın Azərbaycandakı səfirliyinin rəsmi açılış mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Tədbirdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və estoniyalı həmkarı Marqus Tsaxkna da iştirak ediblər. Açılı
27 noyabrYevlaxda Dövlət Proqramının icrası müzakirə olunub
Yevlaxda kənd təsərrüfatının və emal sahələrinin inkişafı üzrə layihələrə baxış keçirilib, Dövlət Proqramının icrası çərçivəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Vəfada
27 noyabrQəfil ölümlər artır, səbəblər isə araşdırılmır: Statistika niyə aparılmır?
Son vaxtlar Azərbaycanda qəfil ölüm halları ilə bağlı yayılan xəbərlər diqqət çəkir. Gözlənilmədən baş verən bu ölümlər bir sıra suallar doğurur. İnsanların qəfil vəfat etməsinə hansı amillər səbəb nədir?. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2026-cı ilin ilk doqquz ayında ölkədə bütü
28 noyabr