Rusiya özünü hələ də böyük imperiya hesab edir - AÇIQLAMA
Rusiyanın bəzi media resurslarında Azərbaycanla bağlı təhqiramiz və təhdid xarakterli ifadələrin yayılması iki ölkə arasındakı informasiya münasibətləri baxımından müzakirələri davam etdirir. Azərbaycan Mətbuat Şurası da bu cür materialları sivil jurnalistika prinsiplərinə və etik normalara zidd hesab etdiyini açıqlayıb.
Bəs, bu cür təhqir və təhdid ritorikasının arxasında hansı amillər dayanır?
Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən Qulu Məhərrəmli bildirib ki, son dövrlərdə Rusiyanın mətbuat orqanlarında, bəzi televiziya və radio verilişlərində Azərbaycan əleyhinə, Azərbaycanın görkəmli şəxsiyyətləri və mədəniyyəti əleyhinə o qədər əcaib tənqidlər və iftiralar səsləndirilir ki, buna heyran qalırsan. Bunu hansı sağlam düşüncə ilə ortaya atmaq mümkündür?
"Ümumiyyətlə, zaman-zaman Rusiyada belə dalğavari şəkildə Azərbaycana qarşı hücumlar olur. Amma Rusiya aqoniya vəziyyətinə düşdükcə, onun özünü qoruma instinkti zəiflədikcə, Ukrayna tərəfindən basqılar artdıqca, hərb meydanında Rusiyanın uğursuzluqları çoxaldıqca Rusiyanın idarəçilərinin və Rusiya mətbuatının da sanki sinirləri gərilir. Nəticədə Azərbaycan əleyhinə, Ermənistan əleyhinə, ümumiyyətlə türk xalqları əleyhinə, bəzən isə Türkiyə əleyhinə belə ağlasığmaz yazılar dərc olunur. Azərbaycan Rusiya ilə münasibətlərini normal şəkildə saxlamağa çalışır. Təyyarə böhranından sonra, əlbəttə, bu münasibətlər ciddi şəkildə sınağa çəkildi. Amma bununla yanaşı, Azərbaycan bu şəraitdə də soyuqqanlı şəkildə, ağılla və siyasi yanaşma ilə bu məsələləri həll etməyə çalışır. Lakin sözün həqiqi mənasında Moskva hələ də rus ayısının jestləri ilə davranır. Özünü hələ də böyük imperiya hesab edir, digər xalqlara yuxarıdan aşağı baxır, müstəqil siyasət yürüdənlərə qarşı qəzəbli olur".
Onun sözlərinə görə, bütün bunlar bir ölkənin siyasətində ciddi böhranların olduğunu göstərir:
"Mətbuat Şurası da bu məsələlərlə bağlı bəyanat verib və bütün bunları özündə əks etdirib. Çox soyuqqanlı, əsaslı və təkzibolunmaz sübutlarla dolu bir bəyanat imzalayıb. Hesab edirəm ki, Rusiyada, Rusiya mətbuatında sağlam düşüncəli insanlar hər halda bu müraciətin ruhunu düzgün anlayacaqlar. Ölkələrarası münasibətlər, əlbəttə, yalnız mətbuat münasibətlərindən ibarət deyil. Bu münasibətlər müəyyən ənənələrə və maraqlara əsaslanır. Azərbaycanla Rusiyanı da hazırda mövcud olan yaxın əlaqələrdən və dostluq münasibətlərindən başqa hər hansı əlavə münasibətlər orbitinə çəkmək mümkün deyil".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi: "Mənə bıçaqla hücum edib döydülər"
Bəhruz Quliyev: "Kəlağayı Azərbaycan qadınının milli kimliyi və dünyəvi mədəniyyətimizin rəmzidir"
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
İlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Məktəb direktorunun maşınını yandıran həbs edildi - Video
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
Sergey Lavrov Bakıya gəldi
"Roşka" ləqəbli tiktokerə hökm oxundu