"Sabah vətənə qayıdıram və barəmdə yalan danışanlarla mübarizəmi hüquqi müstəvidə aparacam"- David Seliverstovla MÜSAHİBƏ

"Sabah vətənə qayıdıram və barəmdə yalan danışanlarla mübarizəmi hüquqi müstəvidə aparacam"- David Seliverstovla MÜSAHİBƏ"Magen David Azerbaijan" insan hüquqlarının müdafiəsi və xeyriyyəçilik cəmiyyətinin sədri David Seliverstov son günlər haqqında mediada yayılan məlumatlarla bağlı Sonxeber.az-ın suallarını cavablandırıb.

-David bəy, son günlər bəzi mətbuat orqanlarında sizin haqqınızda kifayət qədər ciddi və ağır ittihamlar səsləndirilir. Sizi dələduzluqda ittiham edir, saxta sənəddən və addan istifadə etdiyiniz bildirilir. İlk olaraq ümumi şəkildə bu məlumatlara münasibətinizi bilmək istərdik.

-İlk növbədə mənə bu məsələlərə münasibət bildirmək və mövqeyimi ictimaiyyətə çatdırmaq imkanı yaratdığınız üçün təşəkkür edirəm.

Son günlər mənim haqqımda müxtəlif media resurslarında çoxsaylı məlumatlar yayılır. Həmin yazılarda ağır ittihamlar səsləndirilir və bəzi hallarda iddia ilə təsdiqlənmiş fakt arasında fərq qoyulmur.
Mənim mövqeyim prinsipialdır: kiminsə mənim barəmdə hər hansı iddiası varsa, həmin iddianın konkret sübutunu, sənədini və hüquqi əsasını ortaya qoysun. Mən qanunun aliliyinə inanıram və bütün məsələlərin hüquqi müstəvidə araşdırılmasının tərəfdarıyam.

Məni ən çox narahat edən məsələ ondan ibarətdir ki, bəzi materiallarda mənim mövqeyim öyrənilmədən, qarşı tərəfin dedikləri sanki artıq sübuta yetirilmiş həqiqət kimi təqdim olunur. Halbuki hər bir insanın özünü müdafiə etmək və ona yönələn ittihamlara cavab vermək hüququ var.

Mən heç bir araşdırmadan və hüquqi qərardan əvvəl özümü və ya başqa şəxsi təqsirli elan etməyin tərəfdarı deyiləm. Eyni münasibətin mənə qarşı da göstərilməsini istəyirəm.

-Sizin haqqınızda dələduzluqla bağlı şikayətlərin olduğu bildirilir. Bu iddialara münasibətiniz necədir?

-"Dələduzluq" çox ciddi hüquqi anlayışdır. Bir şəxsi dələduzluqda ittiham etmək üçün konkret hüquqi əsas və sübutlar olmalıdır. Sadəcə hansısa şəxsin şikayət etməsi hələ həmin şəxsin təqsirli olması demək deyil.
Əgər mənim barəmdə kiminsə şikayəti varsa, həmin şikayətin hüquq-mühafizə orqanları tərəfindən araşdırılması mümkündür. Araşdırmanın nəticəsində hüquqi qiymət verilə bilər. Mənim buna etirazım yoxdur.
Əksinə, istəyirəm ki, bütün iddialar hüquqi qaydada araşdırılsın. Əgər hər hansı konkret fakt varsa, ortaya qoyulsun. Əgər iddia həqiqəti əks etdirmirsə, bunun da rəsmi şəkildə müəyyənləşdirilməsi mümkündür.
Mən media üzərindən məhkəmə qurulmasını düzgün hesab etmirəm. İnsanların hüquqi statusunu media müəyyən etmir. Bunun üçün qanunvericiliklə müəyyən olunmuş prosedurlar var.

-Çingiz Qənizadə sizinlə bağlı açıqlamasında özünüzü yəhudi kimi təqdim etdiyinizi və bu yolla Bakıdakı yəhudiləri aldatdığınızı iddia edir. Hətta sizin ananızın yəhudi olmadığını bildirir. Bu məsələyə necə aydınlıq gətirərdiniz?

-Bu iddiaları ciddi şəkildə qəbul etmirəm və belə bir iddianın hansı əsasla səsləndirildiyini bilmək istəyirəm.
İnsanın ailəsi, mənşəyi və kimliyi ilə bağlı məlumatlar olduqca həssas məsələlərdir. Bu cür məlumatların yayılması zamanı maksimum məsuliyyətli olmaq lazımdır. Kimsə mənim kimliyimlə bağlı hər hansı iddia irəli sürürsə, həmin iddianın mənbəyini və sübutunu göstərməlidir.
Xüsusilə "bu yolla insanları aldadıb" kimi ifadələr daha ciddi xarakter daşıyır. Burada artıq yalnız şəxsin kimliyi haqqında deyil, konkret hüquqpozma törətməsi barədə iddia səsləndirilir. Belə bir iddianın da hüquqi sübutu olmalıdır.
Mən ailə üzvlərim haqqında təsdiqlənməmiş məlumatların yayılmasını da düzgün hesab etmirəm. Mənim barəmdə hansı məsələ araşdırılırsa, həmin məsələyə münasibət bildirməyə hazıram. Amma ailə üzvlərimin adlarının və şəxsi məlumatlarının mübahisəyə cəlb olunmasının nə dərəcədə zəruri olduğu da sual doğurur.

-Çingiz Qənizadə sizin DTX-nın saxta vəsiqəsindən istifadə etdiyinizi, həmin vəsiqə ilə mal aldığınızı və pulunu ödəmədiyinizi iddia edir. Hətta bildirir ki, məsələ mediada gündəmə gəldikdən sonra dostlarınız tərəfindən həmin pul ödənilib. Bu iddiaya cavabınız nədir?

- Bu iddia olduqca konkretdir və konkret cavab tələb edir. Əgər ortada saxta vəsiqə varsa, həmin sənəd ortaya qoyulmalıdır. Əgər həmin sənədin saxta olduğu müəyyənləşdirilibsə, bunun hansı ekspertiza və ya rəsmi qərarla müəyyən edildiyi göstərilməlidir.

Dövlət qurumunun adından istifadə edilən sənədlərlə bağlı iddialar xüsusi araşdırma tələb edir. Mən hesab edirəm ki, belə bir məsələni media açıqlaması səviyyəsində saxlamaq yox, hüquqi qaydada araşdırmaq lazımdır.
"Mal alıb pulunu ödəməyib" iddiasına gəldikdə isə burada da konkret suallar var: mal kimdən alınıb, nə vaxt alınıb, hansı müqavilə bağlanıb, ödəniş öhdəliyi necə yaranıb, tərəflər arasında yazışmalar və maliyyə sənədləri varmı?
Bütün bunlar sənədlərlə müəyyənləşdirilə bilər.
Əgər mənim adımdan hər hansı öhdəlik yaranıbsa, onun hüquqi əsası ortaya qoyulsun. Əgər mənə aid olmayan hər hansı sənəddən söhbət gedirsə, bu da rəsmi şəkildə müəyyənləşdirilsin.

-90 min manat məsələsi xüsusi olaraq gündəmə gətirilir. Bildirilir ki, siz 90 min manat məbləğində pul almısınız. Bu məbləğ kimdən və hansı məqsədlə alınıb?

- 90 min manatla bağlı iddianı mən də müxtəlif media materiallarında görmüşəm. Bu məsələnin ictimaiyyət üçün aydınlaşdırılmasının tərəfdarıyam. Amma bunun üçün ilk növbədə konkret faktlar ortaya qoyulmalıdır.
Əgər iddia edilirsə ki, mən hansısa şəxsdən 90 min manat almışam, o zaman həmin şəxsin kim olduğu, pulun hansı tarixdə və hansı formada verildiyi, ödənişin məqsədi, müqavilənin olub-olmaması və pulun hüquqi statusu açıqlanmalıdır.

Bank köçürməsi, qəbz, müqavilə və digər sənədlər varsa, bunlar hüquqi qaydada araşdırıla bilər.
Mən hesab edirəm ki, bu qədər böyük məbləğlə bağlı iddianı yalnız bir şəxsin açıqlaması əsasında ictimaiyyətə "baş vermiş fakt" kimi təqdim etmək düzgün deyil.Mənim mövqeyim bundan ibarətdir: konkret sənəd varsa, ortaya qoyulsun. Mən də həmin sənədə münasibətimi bildirəcəyəm.

-Digər iddialardan biri sizin özünüzü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim etməyinizlə bağlıdır. Hətta avtomobilinizdə forma gəzdirdiyiniz də iddia edilir. Buna nə deyirsiniz?

-Bu da kifayət qədər ciddi iddiadır və sübut tələb edir.
Əgər mənim konkret olaraq hansı şəxsə, hansı tarixdə və hansı şəraitdə özümü hüquq-mühafizə orqanının əməkdaşı kimi təqdim etdiyim iddia olunursa, bunun sübutu göstərilməlidir.
Avtomobildə forma olması ilə bağlı iddia da eyni qaydada konkretləşdirilməlidir. Forma varsa, onun hansı quruma aid olduğu, hansı məqsədlə saxlanıldığı və bunun hüquqi baxımdan nə ilə əlaqələndirildiyi izah edilməlidir.
Mən hesab edirəm ki, ictimaiyyətə məlumat verilərkən "iddia olunur" ifadəsi ilə "bu, faktdır" ifadəsi arasında fərq qorunmalıdır.

-Mətbuatda yayılan digər məlumatlardan biri də bu yazılar dərc edildikdən sonra Azərbaycanı tərk etməyinizdir. Bu doğrudurmu?

Mənim ölkədən çıxmağım məsələsi də müxtəlif formada təqdim edilir.İlk növbədə qeyd edim ki, hər hansı şəxsin ölkədən çıxması öz-özlüyündə onun hər hansı cinayət və ya hüquqpozma törətdiyini göstərmir. Bunun belə təqdim edilməsi düzgün deyil. Əgər mənim ölkədən çıxmağımla bağlı konkret hüquqi məhdudiyyət, axtarış və ya digər rəsmi qərar olubsa, bunun hansı dövlət qurumunun sənədi ilə təsdiqləndiyi açıqlanmalıdır.Mən hesab edirəm ki, şəxsin harada olması ilə bağlı müxtəlif ehtimallar üzərindən onun haqqında mənfi ictimai rəy formalaşdırmaq doğru jurnalistika deyil. Mən ölkədən qaçmamışam. İşlə bağlı səfərdəyəm və sabah vətənə qayıdıram. Mən vətənini və dövlətini sevən insanam. Son nəfəsimə qədər də dövlətim üçün çalışacağam.

-Sizin dörd dəfə həbs həyatı yaşadığınız barədə də məlumatlar yayılır. Hətta məhkəmə qərarlarının olduğu bildirilir. Bu iddia ilə bağlı mövqeyiniz necədir?

-Bu suala cavab olaraq ilk olaraq qeyd etmək istəyirəm ki, dəfələrlə mənim keçmişdə həbs həyatımı vurğulayan insanların özləri də vaxtilə bu həyatı yaşayıb. Hər kəs səhv edə bilər. Kimisə keçmişi ilə vurmaq ən azı kişiliyə yaraşan bir addım deyil. Hər kəs səhv edə bilər və mən də etdiyim səhvlərin bədəlini qanuni şəkildə ödəmişəm. Yaxşı olar, məni keçmişimlə vurmaq istəyənlər vaxtilə niyə həbs olunduqlarını unutmasınlar. Ola bilər onlar keçmişlərini unudublar, amma bu o demək deyil ki, biz də unutmuşuq. Mən də onların keçmişlərini gündəmə gətirə bilərəm. Amma etmirəm çünki Azərbaycan Respublikası demokratik, hüquqi və dünyəvi dövlətdir. Ölkəmizdə dövlət hakimiyyəti Azərbaycan Respublikasının Konstitusiyası ilə tənzimlənir və daxili məsələlərdə yalnız hüquqla məhdudlaşır, bu da qanunun aliliyini təmin edir. Həm də mən mübarizəni kişi kimi aparılmasının tərəfdarıyam. Ailəyə sataşmaq və keçmişi ilə kimisə vurmaq mənə görə kişiyə yaraşan addım deyil.

-Çingiz Qənizadə sizin təşkil etdiyiniz tədbirdə iştirak etdiyini də bildirir. Əvvəllər onunla münasibətləriniz necə olub?

-Əgər onun mənim təşkil etdiyim tədbirdə iştirak etdiyi bildirilirsə, deməli, müəyyən dövrdə aramızda ictimai və ya tədbir çərçivəsində əlaqə olub. Amma hansısa tədbirdə iştirak etmək, tanış olmaq və ya müəyyən münasibətdə olmaq sonradan səsləndirilən bütün iddiaların doğru olduğunu göstərmir.
Əvvəllər münasibətlərimizin necə olması ayrıca məsələdir. Bu gün əsas məsələ mənim barəmdə səsləndirilən konkret ittihamların nə dərəcədə əsaslı olmasıdır.

Əgər əvvəlki münasibətlərimiz barədə ictimaiyyətə məlumat vermək zəruridirsə, mən faktlar əsasında danışmağa hazıram. Amma şəxsi münasibətlərin sonradan ittihamların təsdiqi kimi təqdim olunmasını doğru hesab etmirəm.

-Sizcə, nə üçün son dövrlərdə sizinlə bağlı bu qədər çox yazı yayımlanır?

-Bunun səbəbini dəqiq deyə bilmərəm və kiminsə motivi barədə əsassız fikir söyləmək istəmirəm.
Amma müşahidə etdiyim bir məqam var: bəzi yazılarda eyni iddialar müxtəlif media resurslarında təkrar-təkrar yayımlanır və nəticədə həmin iddialar sanki təsdiqlənmiş fakt təsiri yaradır.Mən hesab edirəm ki, jurnalist araşdırması aparılırsa, qarşı tərəfin mövqeyi də öyrənilməlidir. Bir tərəfin dedikləri yazılırsa, digər tərəfin cavabları da oxucuya çatdırılmalıdır. Əks halda bu, obyektiv araşdırmadan daha çox birtərəfli informasiya təqdimatına çevrilə bilər.

- Sizcə, media bu məsələdə hansı prinsiplərə əməl etməlidir?

-Mən jurnalistikanın cəmiyyətdə çox mühüm rol oynadığına inanıram. Media ictimai nəzarətin mühüm vasitəsidir. Amma bu güc həm də böyük məsuliyyət tələb edir.Xüsusilə konkret şəxslər haqqında ağır ittihamlar dərc edilərkən məlumatın mənbəyi yoxlanılmalı, mümkün olduqda sənədlər araşdırılmalı, qarşı tərəfin mövqeyi alınmalı və təsdiqlənməmiş iddialar fakt kimi təqdim edilməməlidir.

Bir insan haqqında "dələduz", "saxtakar" və ya digər ağır ifadələrin işlədilməsi onun nüfuzuna ciddi təsir göstərə bilər. Buna görə də media nümayəndələri bu məsələdə daha məsuliyyətli davranmalıdırlar.

-Bəs sizin haqqınızda yayılan məlumatların hüquqi nəticələri ilə bağlı hansı addımları atmağı düşünürsünüz?

-Mən bütün qanuni hüquqlarımdan istifadə etmək niyyətindəyəm.Əgər hansısa məlumatın həqiqətə uyğun olmadığını və mənim hüquqlarıma, şərəf və ləyaqətimə və ya işgüzar nüfuzuma zərər vurduğunu hesab edirəmsə, qanunvericilikdə nəzərdə tutulan hüquqi müdafiə mexanizmlərinə müraciət etmək hüququm var.
Mənim məqsədim kiminsə fəaliyyətinə mane olmaq və ya mətbuata təzyiq göstərmək deyil. Sadəcə istəyirəm ki, mənim haqqımda yayılan məlumatlar hüquqi və faktoloji baxımdan düzgün olsun.
Əgər hər hansı media orqanında səhv məlumat yayılıbsa, həmin məlumatın düzəldilməsi və qarşı tərəfin mövqeyinin dərc olunması normal hüquqi və jurnalist praktikasıdır.

-Sizcə, bütün bu məsələlər necə həll olunmalıdır?
Məncə, ən doğru yol hüquqi prosedurlardır.Kiminsə mənimlə bağlı şikayəti varsa, hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Mənim barəmdə cinayət xarakterli iddia varsa, araşdırılsın. Əgər hər hansı məhkəmə mübahisəsi varsa, məhkəmə tərəfindən həll olunsun.

Eyni zamanda mənim də hüquqlarım var. Haqqımda həqiqətə uyğun olmayan məlumat yayılıbsa, mən həmin məlumatlarla bağlı qanun çərçivəsində müdafiə olunmalıyam.
Mən media məhkəməsinin deyil, hüquqi araşdırmanın tərəfdarıyam.

-Son olaraq, sizin haqqınızda yayılan məlumatları oxuyan və bu məsələlərlə bağlı müxtəlif fikirlər eşidən insanlara nə demək istərdiniz?

Mən ölkədən qaçmamışam və sabah vətənə qayıdıram. Vətənimi sevirəm və qanunlarımıza inanıram. Yenə qeyd edirəm ki, Azərbaycan Respublikası demokratik, hüquqi və dünyəvi dövlətdir. Ölkəmizdə dövlət hakimiyyəti Azərbaycan Respublikasının Konstitusiyası ilə tənzimlənir və daxili məsələlərdə yalnız hüquqla məhdudlaşır, bu da qanunun aliliyini təmin edir.

İnsanlardan xahişim budur ki, heç bir məlumatı yalnız başlıq əsasında qiymətləndirməsinlər.
Haqqımda çoxsaylı iddialar səsləndirilir. Mən həmin iddiaların hər birinə cavab verməyə hazıram. Amma bunun üçün obyektiv və sənədlərə əsaslanan müzakirə aparılmalıdır.
Mənim üçün ən vacib prinsip budur: iddia sübut deyil, media yazısı məhkəmə qərarı deyil və kiminsə açıqlaması hüquqi hökm deyil.

Əgər mənim barəmdə konkret fakt varsa, ortaya qoyulsun. Əgər sənəd varsa, araşdırılsın. Əgər hüquqpozma baş verdiyi iddia edilirsə, aidiyyəti dövlət qurumları tərəfindən hüquqi qiymət verilsin.Mən də öz növbəmdə bütün qanuni imkanlardan istifadə etməklə mövqeyimi müdafiə edəcəyəm.İnanıram ki, sonda emosiyalar deyil, faktlar danışacaq. Mənim tələbim çox sadədir: haqqımda nə yazılırsa, həqiqətə uyğun yazılsın; hansı ittiham irəli sürülürsə, onun sübutu göstərilsin və mənim mövqeyim də ictimaiyyətə çatdırılsın.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 379   Tarix: 19 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

G20 Zirvəsinə dəvət: Azərbaycanın qlobal siyasi və iqtisadi çəkisinin yeni göstəricisi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp tərəfindən 2026-cı il dekabrın 14-15-də ABŞ-ın Mayami şəhərində keçiriləcək G20 Liderlər Sammitinə dəvət olunması Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun diqqətçəkən göstəricilərindən biridir. Azərbaycanı

19 avqust
.

Səhər saatlarında Tovuzda dəhşətli hadisə: İki meyit tapıldı

Tovuz rayonunda Xatınlı avtomobil yolununun kənarında yerləşən su kanalında iki kişi meyiti aşkar edilib. "Report"a istinadla xəbər verir ki, meyitlərdən biri VAZ-2107 markalı avtomobildə sıxılmış vəziyyətdə, digəri isə nəqliyyat vasitəsindən təxminən 100 metr kənarda olub. Fövqəladə Halla

18 avqust
.

Bu xəstəxananın baş həkimi işdən çıxarıldı

"Ağciyər Xəstəlikləri Mərkəzi" PHŞ-nin Yevlax Regional Xəstəxanasının idarəetmə aparatının rəhbəri - baş həkim Mirrəhim Nəbiyev tutduğu vəzifədən azad edilib. qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda onun yerinə təyinat yoxdur. M.Nəbiyevin vəzifədən azad edilməsinin səbəbi ilə bağl

19 avqust
.

"Moskva 24" efirində Azərbaycana qarşı qərəzli yanaşmalar: informasiya məsuliyyəti və suverenlik prinsipi

Son dövrlərdə Rusiya mediasında Azərbaycanla bağlı səsləndirilən bəzi fikirlər ictimaiyyətin diqqətini cəlb edir. Xüsusilə "Moskva 24" telekanalının efirində Rusiya rəsmiləri və ayrı-ayrı müxbirlər tərəfindən Azərbaycanla bağlı səsləndirilən birtərəfli və qərəzli yanaşmalar iki ölkə arasındak

18 avqust
.

Valideynlərin həddindən artıq tələbkar olması uşaqların psixologiyasında hansı izləri buraxır? - AÇIQLAMA

Valideynlərin övladlarından yüksək nəticə gözləməsi bəzən onların gələcəyini düşünməkdən qaynaqlanır. Lakin gözləntilər həddindən artıq olduqda bu münasibət uşağın psixoloji inkişafına mənfi təsir göstərə bilər. Daim "daha yaxşı olmalısan", "filankəsdən geri qalmamalısan" kimi mesajla

18 avqust
.

Astaranın üç kəndində qaz olmayacaq

Astarada üç kənddə qaz olmayacaq. xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar avqustun 20-də saat 10:00-dan etibarən Astara rayonunun Təngərüd, Maşxan və Lələkəpeştə kəndlərinin qaz təchizatında müvəqqət

19 avqust
.

Mətbuat Şurası Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib

"Rusiyanın bəzi kütləvi informasiya vasitələrində Azərbaycan dövlətinə, xalqına, ölkə rəhbərliyinə və görkəmli şəxsiyyətlərimizə qarşı nalayiq, təhdid xarakterli və təhqiramiz materiallar və fikirlər paylaşılmaqdadır". xəbər verir ki, bu fikirlər Mətbuat Şurasının yaydığı bəyanatında yer alıb

18 avqust
.

"Təbiət bizə əmanətdir və bu əmanəti gələcək nəsillərə necə çatdıracağımız bu gündən verdiyimiz qərarlardan asılıdır" - Ekoloq

Təbiət insanlığın ən böyük sərvətidir.Lakin ətraf mühitə göstərilən laqeyid münasibət,çirklənmə və yaşıllıqların azalması təbiətin tarazlığını getdikcə daha çox təhdid edir. Mütəxəssislər isə xəbərdarlıq edir ki,təbiəti qorumaq yalnız dövlət qurumlarının deyil,hər bir vətəndaşın məsuliyyətidir. Mövz

18 avqust
.

Tale Heydərov anası ilə şəklini paylaşdı

Avqustun 13-də fövqəladə hallar naziri Kəmaləddin Heydərovun həyat yoldaşı Ruhəngiz xanımın ad günü olub. "Qafqazinfo" xəbər verir ki, nazirin oğlu Tale Heydərov sosial şəbəkə hesabında 64 yaşı tamam olan anası ilə fotosunu paylaşıb. Qeyd edək ki, "Qəbələ" idman klubunun keçmiş prezident

18 avqust