Borc verən şəxs pulunu geri tələb edərkən mesajlaşmalara əsaslana bilərmi? - AÇIQLAMA
Gündəlik həyatda insanlar bir-birinə borc verərkən çox vaxt rəsmi müqavilə bağlamır, pulun verilməsi ilə bağlı yazılı sənəd də tərtib etmir.
Tərəflər arasında aparılan WhatsApp, Telegram və digər messencer yazışmaları isə bəzən borcun mövcudluğunu təsdiqləyən yeganə material olur.
Bəs belə yazışmalar məhkəmədə sübut kimi qəbul edilə bilərmi? Borc verən şəxs pulunu geri tələb edərkən yalnız mesajlaşmalara əsaslana bilərmi?
Hüquqşünas Xanım Yusifova bu barədə Sonxeber.az -a açıqlama verib:
"Bəli, tərəflər arasında aparılan elektron yazışmalar müəyyən hallarda borcun mövcudluğunu təsdiqləyən sübut kimi məhkəməyə təqdim edilə bilər. Lakin yalnız yazışmanın mövcud olması avtomatik olaraq borcun məhkəmə tərəfindən təsdiq ediləcəyi anlamına gəlmir.
Məsələn, borc alan şəxsin yazışmada "səndən 2 000 manat götürmüşəm", "borcumu gələn ay qaytaracağam" və ya "pulu qaytarmağa imkanım olmadı" kimi ifadələr işlətməsi borc münasibətinin mövcudluğunu göstərən mühüm sübutlardan biri ola bilər. Bununla yanaşı, məhkəmə həmin yazışmanın həqiqiliyini, kimlər arasında aparıldığını və məzmununu digər sübutlarla birlikdə qiymətləndirir.
Xüsusilə pulun faktiki olaraq qarşı tərəfə verildiyini təsdiqləyən bank köçürməsi, kartdan karta ödəniş, ödəniş qəbzi və digər maliyyə sənədlərinin olması borcun sübut edilməsini əhəmiyyətli dərəcədə gücləndirir.
Həmçinin yazışmaların sonradan dəyişdirilməsi və ya saxtalaşdırılması ilə bağlı şübhə yaranarsa, onların həqiqiliyinin müəyyən edilməsi məsələsi də ortaya çıxa bilər. Buna görə də borc münasibətlərində təkcə mesajlaşmaya güvənməkdənsə, mümkün qədər yazılı borc müqaviləsinin bağlanması və pulun verilməsini təsdiq edən sənədlərin saxlanılması daha təhlükəsizdir.
Yəni messencer yazışmaları məhkəmədə əhəmiyyətli sübut ola bilər, amma onların hüquqi qüvvəsi konkret işin hallarından və digər mövcud sübutlardan asılıdır"
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 5852 Tarix: 19 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məktəb binasını yandırmağa cəhd edənlər həbs olundu
Oktyabrın 26-da gecə saatlarında Salyan rayonunda yerləşən orta məktəblərdən birinin əmlakına zərər vurulub, binaya "Molotov kokteyli" atılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, polis tərəfindən hadisəni törədən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əhədov və tanışı M.Hüseyno
30 oktyabrGözəllik müsabiqəsinin qalibləri bəlli oldu
Elektra Events Hall"da keçirilən "Miss & Mister Of Azerbaijan 2026" gözəllik müsabiqəsinin qalibləri bəlli oldu. Showmedia xəbər verir ki, münsif heyətininin verdiyi səsə, tamaşaçıların verdiyi səsə və idarə heyətinin verdiyi qərara əsasən "Miss Of Azerbaijan 2026" qalib
31 oktyabrSərnişinlər qatarlarda ən çox hansı əşyaları unudur?
Yanvarın 1-dən oktyabrın 15-dək qatarlarımızda 800-dən çox əşya unudulub. xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb. Bildirilib ki, bu, orta hesabla ayda 80-90 əşya deməkdir. "Sərnişinlərimizin ən çox unutduğu əşyalar geyim və aksessuarlar, çantalar, telefo
29 oktyabr"Oğluma demişəm ki, biznesmen ol, sənətdə pul yoxdur"
Əməkdar incəsənət xadimi Baba Vəziroğlu oğlu Kamaldan danışıb. Axşam.az xəbər verir ki, şair "Qonaqcanlı" verilişində övladının incəsənətlə məşğul olmasını istəmədiyini bildirib:. "Oğlumun 17 yaşı var. Hazırda 11-ci sinifdə oxuyur. Universitetə hazırlaşır. Humanitar sahədən başqa hər şey
30 oktyabrLeysan Məmmədov vəzifəsindən azad edilib
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov vəzifəsindən azad edilib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, o, Maliyyə Nazirliyinin yoxlamalarından sonra vəzifəsindən uzaqlaşdırılıb. Qeyd edək ki, L.Məmmədo
30 oktyabrMəktəblərdə aqressiv davranışlara nə təsir edir? - EKSPERTDƏN XƏBƏRDARLIQ
Son dövrlər məktəblərdə şagirdlər arasında fiziki zorakılıq halları cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu cür davranışların formalaşmasında ailədaxili münasibətlər, uşaqların sosial mühiti, sosial şəbəkələrdə qarşılaşdıqları məzmunlar və zorakılığa qarşı cəmiyyətdə mövcud olan münasibət mühüm rol oynay
30 oktyabr26 rayon və şəhər sakinlərinə ŞAD XƏBƏR - Ayın birindən...
Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümünün başlanma tarixləri açıqlanıb. -in məlumatına görə, noyabrın 1-dən etibarən ölkənin 26 dağlıq və dağətəyi rayonunda yaşayış binalarının və digər obyektlərin istiliklə təminatına başlanılacaq. Həmin ərazilərdə istilik mövsümü 2027-ci il mayın 1-də
30 oktyabr