16 yaşlı qızın həyat hekayəsi -"Əvvəl dostu, sonra..."

16 yaşlı qızın həyat hekayəsi -"Əvvəl dostu, sonra..."Atasını erkən itirib. Bacısı Esmira ilə onun ehtiyac dolu tale yükü cəmi 23 yaşı olan anasının çiyinlərinə düşüb. "Anam işləyirdi, ac qalmırdıq, münasibətlərimiz də yaxşı idi. Amma..." susur. Başını aşağı salıb baxışlarını ayağının ucuna dikir.
Sonxeber.az xəbər verir ki, Anasının ikinci dəfə ailə qurması ilə həyatı dəyişib. Atalığı hər dəfə bir bəhanə ilə onları döyüb. Buna görə də, 12 yaşında evdən qaçıb. Polis tapıb evə qaytarandan sonra yenə atalığı tərəfindən möhkəm döyülüb. Sonra təkrar evdən qaçıb, bir müddət binaların zirzəmisində gecələyib. Beləcə, qaçdı-tutdu oyunu küçədə rastlaşdığı oğlanın sevgi nağılları ilə sona çatıb.

16 yaşlı Gülnar Məmmədova təcavüzə məruz qaldıqdan sonra polis tərəfindən "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirilib. "İlk dəfə idi ki, mənimlə insan kimi rəftar edirdilər. Amma anam hər gün gəlirdi, səs-küy salırdı. Buna görə də, sığınacaqdakıların narahat olmaması üçün oranı tərk etməyə məcbur oldum", - deyir.

G.Məmmədova başına gələnləri danışıb:

- Təxminən 9 yaşım olardı. Dərsdən evə qayıdanda bizdə bir kişi gördüm. Anam dedi ki, bu gündən o da bizimlə yaşayacaq. Elə həmin vaxtdan anam dəyişib başqa adam oldu. Gecələr içirdilər, səhərlər də əsəbi olurdular. Bacım balaca olduğundan əsas işləri mən görürdüm. Tez-tez dərsdən qalırdım. Etiraz edəndə isə atalığım məni...

- Bəs anan?..

- Mənə təsir edən də odur. Anam bizimlə maraqlanmırdı. Atalığım qohumlarımızı evdən qovmuşdu. Dayımla, nənəmlə dalaşmışdı. Deyirdi ki, sizə baxmasam, küçələrə düşəcəksiniz. Özü heç yerdə işləmirdi, anamın maaşı ilə dolanırdıq.

- Səni nəyin üstündə döyürdülər?

- Evi yığışdırmayanda, çayı gec gətirəndə, onun icazəsi olmadan bir yerə gedəndə döyürdü. Amma çox vaxt cavab qaytaranda əsəsbləşirdi. Araq içirdi, süfrəni o demədən yığışdıranda da məni döyürdü, o deyəndən sonra yığışdıranda da. Bilmirdim, necə edim ki, onun qəzəbinə gəlməyim. Son zamanlar bacımı mənim üzümə tüpürməyə məcbur edirdi. Məndən fərqli olaraq, Esmira döyülməkdən qorxurdu. Onun üstünə gedəndə, ya döyəndə saatlarla ağlayırdı. Ona görə də, mənə tüpürməyə məcbur olurdu. Anam isə elə davakar, söyüşkən olub ki...

- Sonuncu dəfə evdən nə vaxt qaçdın?

- Təxminən 1 il əvvəl evdən qaçmışdım. Yenə də evdə dava düşdü. Səhər tezdən anamın çantasından 2 manat götürdüm. Bir müddət küçədə tanış olduğum uşaqlarla gecələdim. Axşamlar pivə içirdik, kafelərdə qab yuyub əvəzində yemək alırdıq. Sonra kafelərin birində Azərlə tanış oldum. Mənimlə evlənəcəyini dedi.

...Yenidən susur. "Mənim bütün bəlalarımın səbəbkarı anamdır. Atalığıma da, döyülməyimə də dözərdim. Amma anam öz hərəkətləri ilə həyatımı zindan edib", - deyir.

- Hə, Azər mənə üzük, kofta alırdı. Deyirdi ki, evlənəndən sonra öz evimiz olacaq, nə ananın, nə də atalığının üzünü görməyəcəksən. Bir neçə dəfə kirayə evlərə baxmışdıq, hətta gəlinlik paltarı da seçmişdik. Azər işləyirdi, həmişə cibində pul olurdu. Bir neçə dəfə onunla pivə içmişəm. Amma araq təklif edəndə içmirdim. Sonuncu dəfə dedi ki, kirayə ev var, gedib baxmaq lazımdır. Axşam çağı görüşüb evə baxmağa getdik.

- Sənə orada təcavüz etdi?

- Yox, evdə olanda kiməsə zəng vurub gəldiyimizi dedi. Sonra bir oğlan gəldi. Azər dedi ki, dostudur, evi o kirayələyəcək. Siqaret almaq üçün mağazaya düşdü. Sonra bildim ki, yalan deyirmiş. Oğlan mənə təcavüz elədi. Azər qayıdanda əsəbiləşdi, dedi ki, onunla özüm hesablaşacağam. Amma sən heç kimə demə. Deyirdi onsuz da evlənəcəyik. Arda bir-iki nəfərlə görüşüb pul qazana bilərsən. Onunla razılaşmadığımı görüb məni zorladı. Deyirdi ki, harada olsan səni tapacağam. Məcbur qalıb evə qayıtdım. Anam evlənməyimi istədi, amma mən elə adamla evlənmək istəmirdim. Hətta indiyə qədər atalığım nə mənə, nə də bacıma pis nəzərlə baxmayıb. Anamdan fərqli olaraq o, polisə şikayət etdi.

- İndi ailəndən ayrı yaşayırsan. Bəs 16 yaşında tək qalmaqdan qorxmursan?

- Yox. Nənəm dünyasını dəyişəndən sonra evi boş qalmışdı. Düzdür, evdə heç bir şərait yoxdur, günlərlə su, işıq olmur. Amma yenə də burada heç kim məni narahat eləmir. Yalnız hərdən anam gəlir, bağırır-söyür, sonra da çıxıb gedir. İndi yaydır, məhəllələri dolaşıb xalçaları yuyuram. Bir xalçaya görə 3 manat verirlər. Bəzən gündə 12-15 manat qazanıram. 18 yaşım tamam olandan sonra hər şey yaxşı olacaq.

...Üzündəki çapıq izləri onu yaşından böyük göstərir. Gülnarı aldadaraq zorlayan Azər və onun dostu məsuliyyətdən yaxa qurtara bilməyəcəklər. Bəs onun həyatını zindana çevirən ana və atalığından kim hesab soracaq?(virtualaz.org)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 8456   Tarix: 14 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Turistlər aldadılır? - Saf Travel şirkəti və Nabran turu ilə bağlı ciddi iddialar araşdırılmalıdır

Bakı şəhər sakini İsgəndərova Mətanət İnqlab qızı redaksiyaya müraciət edərək Saf Travel turizm şirkətinin təşkil etdiyi Nabran turu zamanı qarşılaşdıqları hallarla bağlı ciddi narazılığını ifadə edib. Şikayətçinin sözlərinə görə, o, ailə üzvləri ilə birlikdə 25-26 iyul tarixlərində Nabran qəsəbəsind

29 oktyabr
.

Tikintidə keyfiyyətsiz materiallar: Vətəndaş bunu necə müəyyən edə bilər?

Tikinti zamanı keyfiyyətsiz materiallardan istifadə binaların dayanıqlılığına, mənzillərin təhlükəsizliyinə və sakinlərin həyatına ciddi təhlükə yarada bilər. Lakin vətəndaşların əksəriyyəti mənzil alarkən və ya tikinti prosesini müşahidə edərkən istifadə olunan materialların keyfiyyətini müəyyənləşdirmə

29 oktyabr
.

Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Qaynarinfo xəbər verir ki, bu barədə hüquqşünas, maliyyə eksperti Əkrəm Həsənov sosial şəbəkə hesabında yazıb. O, Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bu barəd

30 oktyabr
.

Professor Adilə Abbasova vəfat etdi

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Yarımkeçiricilər fizikası kafedrasının professoru Adilə Abbasova vəfat edib. Bu barədə Qaynarinfo-ya BDU-dan məlumat verilib. Qeyd edək ki, Adilə Abbasova 3 avqust 1942-ci ildə Zəngilan rayonunun Pirçivan qəsəbəsində anadan olub. 1992-ci ildə Azərbayca

29 oktyabr
.

Ceyranbatanda məktəblilər popkorndan zəhərlənib? - Rəsmi açıqlama+Yenilənib

Abşeron rayonu Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbin 10 şagirdi zəhərlənib. -a istinadən xəbər verir ki, hazırda əraziyə təcili tibbi yardım cəlb olunub. Onların popkorndan zəhərləndiyi iddia olunur. *. Hadisə ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "Qafqazinfo"nun sorğusun

29 oktyabr
.

Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video

Bakının Sabunçu rayonunda körpənin yıxılaraq ölməsi ilə bağlı daha bir təfərrüat məlumat olub. Xəzər TV-yə istinadən xəbər verir ki, uşağın anası Ayşən İsmayılova övladının dayənin nəzarətsizliyi səbəbindən bir neçə dəfə yıxıldığını iddia edir. "Mən uşağımı canlı verdim, ölü aldım. Uşağım yıxılıb

29 oktyabr
.

Qızların qaldığı yataqxanada nə baş verib? "Hansısa qız oğlanla bu zonaya keçə bilməz" - Video

Sosial şəbəkələrdə "Kampus" özəl tələbə yataqxanasına daxil olan naməlum kişinin bir neçə qızın otağının qapısını döyərək onları narahat etdiyi iddia olunur. Hadisənin səhər saatlarında baş verdiyi, həmin vaxt mühafizəçinin postunda olmadığı bildirilir. Məsələ ilə bağlı yataqxana rəhbərin

29 oktyabr
.

Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevlə bağlı qərar verildi

Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevin cəzası 6 ay azaldılıb. "Report"a istinadla xəbər verir ki, bu barədə qərar Ali Məhkəmədə verilib. Qeyd edək ki, o, 2025-ci ilin aprel ayında saxlanılıb. Hacı Vəliyev Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifad

29 oktyabr
.

Bakıda mənzil qiymətləri: 2026-cı ildə qiymətlər artacaq, yoxsa düşəcək?

Bakıda mənzil qiymətlərinin artması 2026-cı ildə də daşınmaz əmlak bazarının əsas müzakirə mövzularından biridir. Mənzilə tələbat, tikinti xərcləri, yeni layihələrin sayı, ipoteka imkanları və alıcılıq qabiliyyəti qiymətlərin gələcək istiqamətinə təsir edən əsas amillər sırasındadır. Qiymət artımını

30 oktyabr