Ceyranbatanda məktəblilər popkorndan zəhərlənib? - Rəsmi açıqlama+Yenilənib
Abşeron rayonu Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbin 10 şagirdi zəhərlənib.
Sonxeber.az Oxu.az-a istinadən xəbər verir ki, hazırda əraziyə təcili tibbi yardım cəlb olunub.
Onların popkorndan zəhərləndiyi iddia olunur.
*
Hadisə ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, məsələ nəzarətə götürülüb. Araşdırma aparılır.
*
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 15:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhəri, Ceyranbatan qəsəbə məktəbindən çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.
Təcili tibbi yardım briqadası tərəfindən 8 nəfərə yerində yardım olunub.
*
AQTA-dan sorğumuza cavab olaraq bildirilib ki, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbə məktəbində baş vermiş hadisə ilə bağlı Tibb müəssisəsindən əldə edilən məlumata əsasən qida zəhərlənməsi faktı öz təsdiqini tapmayıb.
*
TƏBİB-dən bildirilib ki, Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbdə zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus infeksiyası aşkarlanıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 338 Tarix: 29 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xınalıqda müəllim vəfat etdi
Uzun illər Azərbaycanın ən ucqar və qədim yaşayış məskənlərindən olan Qubanın Xınalıq kənd orta məktəbinin direktoru və müəllimi işləmiş Ənvər Hacıməmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə onun yaxınları məlumat paylaşıblar. Ə.Hacıməmmədov bu gün xəstəlik səbəbindən ölüb
28 oktyabrSürücülərə kamera nəzarəti qəza riskini azalda bilər? - AÇIQLAMA
Sükan arxasında mobil telefondan istifadə sürücünün diqqətini yayındıraraq yol-nəqliyyat hadisələrinin başvermə riskini artıra bilər. Bu cür halların kameralar vasitəsilə aşkarlanması sürücülərin intizamının gücləndirilməsi və yol hərəkəti qaydalarına əməl olunmasına nəzarətin artırılması baxımında
29 oktyabrRamiz Mehdiyev yaşasa - Cəzası 101 yaşında bitəcək
Uzun müddət dövlət idarəçiliyində əsas fiqurlardan biri olan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev artıq məhkumdur. Ötən gün xəbər verdiyimiz kimi, "boz kardinal" dövlətçiliyə qarşı və korrupsiya ilə bağlı xüsusilə ağır cinayətlərdə təqsirli bilinib. Lakin ona 14 il azadlıqda
28 oktyabrMəktəblərdə təhlükəsizlik necə təmin olunmalıdır? - EKSPERTDƏN VACİB AÇIQLAMA
Məktəb ərazisində jurnalistlərin fiziki zorakılığa məruz qalması təhsil müəssisələrində təhlükəsizlik tədbirlərinin təşkili, mühafizə xidmətinin fəaliyyəti və media nümayəndələrinin peşə fəaliyyətinə maneələrin qarşısının alınması məsələlərini gündəmə gətirir. Təhsil müəssisələrində şagirdlərin və əməkdaşları
29 oktyabrXalq artisti Fidan Hacıyeva Naxçıvanda konsert və ustad dərsləri verib
Azərbaycan Respublikasının xalq artisti Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalı çərçivəsində Naxçıvan şəhərində iki gün ərzində silsilə tədbirlər keçirilib. İlk olaraq Naxcıvan Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyi məhdud fiziki imkanlilar ucun Regional İnformasiya Mərkəzində xalq artist
28 oktyabr"AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu - UIMF 2026-da təmsil olunub. Oktyabrın 27-28-də "Resurslardan qlobal imkanlara doğru" şüarı altında keçirilən forum Özbəkistan Respublikasının Dağ-Mədən Sənayesi və Geologiy
28 oktyabr