Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - Fotolar

Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - FotolarXəbər verdiyimiz kimi, Xalq artisti, tanınmış bəstəkar, müğənni və ictimai-siyasi xadim Polad Bülbüloğlu yenidən ailə həyatı qurub.

"Qafqazinfo"nun "Publika"ya istinadən məlumatına görə, P.Bülbüloğlunun həyat yoldaşı Azərbaycanın Əməkdar artisti, tanınmış rəqqasə və pedaqoq Eteri Cəfərovadır.

1978-ci ildə anadan olan E.Cəfərova Azərbaycan rəqs sənətinin tanınmış nümayəndələrindəndir. O, Bakı Xoreoqrafiya Akademiyasının Milli və müasir rəqs kafedrasında müəllim kimi fəaliyyət göstərir, uzun illərdir gənc rəqqasların peşəkar hazırlanması ilə məşğul olur.

E.Cəfərova müxtəlif mədəniyyət layihələrinin, dövlət tədbirlərinin və festivalların iştirakçısı olub. Onun Polad Bülbüloğlu ilə yaradıcılıq əməkdaşlığı da uzun illərə söykənir.

Maraqlıdır ki, 2025-ci ilin fevralında Heydər Əliyev Sarayında Polad Bülbüloğlunun 80 illiyinə həsr olunmuş "Qayıdış" adlı yubiley gecəsinin baş baletmeysteri məhz Eteri Cəfərova olub. Onlar səhnədə də birgə çıxış ediblər. E.Cəfərova Polad Bülbüloğlunun ifa etdiyi xalq mahnılarının xoreoqrafik təqdimatlarında solist kimi yer alıb.

Xatırladaq ki, Polad Bülbüloğlu 4 fevral 1945-ci ildə anadan olub. Hazırda 81 yaşı olan sənətkarın əvvəlki evliliklərindən 3 övladı var.
Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - FotolarPolad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - FotolarPolad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - FotolarPolad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - Fotolar


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 856   Tarix: 26 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Alim Qasımov və qızı Moskva Musiqi Evində çıxış ediblər

Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımova ötən gün Çexov Beynəlxalq Teatr Festivalı çərçivəsində Moskva Musiqi Evində "Dünya məhəbbət üzərində qurulub" kompoziyası ilə çıxış edib. xəbər verir ki, konsertdə dünyaca məşhur sənətçi qızı ilə birlikdə ifa etdikləri Azərbayca

4 iyul 2021
.

Flora Kərimova təltif edilməsindən danışdı: "Ali Baş Komandan mənə əsgər kimi baxdı..." - VİDEO

"Qəflətən oldu. Mənə zəng etdilər, təbrik etdilər, and içdim ki, xəbərim yoxdur". -ın məlumatına görə, bu sözləri APA TV-yə açıqlamasında Xalq artisti Flora Kərimova Prezident İlham Əliyev tərəfindən "Şərəf" ordeni ilə təltif edilməsi ilə bağlı deyib. "Nə etmişəmsə millətim üçü

31 iyul 2021
.

Şuşada Bülbülün ev-muzeyinin bərpadan sonra açılışı oldu - FOTO

Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün avqustun 29-da Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezident

29 avqust 2021
.

16 ay teatrsız qalan aktyorlardan ETİRAZ: Biz yaşamırıq

Artıq iki ilə yaxındır ki, pandemiya ilə əlaqədar bir çox məkanlar, mədəniyyət ocaqları, eləcə də teatrların fəaliyyəti dayandırılıb. Bu müddət ərzində isə bir çox teatrların əməkdaşları işsiz qalıblar. Sənət adamlarından kimi sosial şəbəkədə etirazını bildirib, kimi Operativ Qərargaha səslənib. Sonxeber.azxəbə

25 avqust 2021
.

Rusiya və Türkiyə nümayəndələri Şahbulaq qalasında

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə işğaldan azad edilmiş Ağdam rayonuna səfər edən Türkiyə və Rusiya nümayəndə heyətləri Şahbulaq qalasında olublar.  xəbər verir ki, qonaqlara Şahbulaq qalası haqqında məlumat verilib. Bildirilib ki, XVII əsrə aid bu qala Qarabağ ərazisindək

27 iyun 2021
.

COVID-19 pasportu olmadan muzey və qalereyalara giriş məhdudlaşdırılır - QƏRAR

Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə sentyabrın 1-dən etibarən iaşə obyektlərinin, otellərin və böyük ticarət mərkəzlərinin xidmətlərindən "COVID" pasportu olan şəxslər istifadə edə bilərlər. Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, qurum rəhbəri Anar Kərimovu

4 sentyabr 2021
.

Azərbaycanda qəbri tapılan xanın skeleti çıxarıldı

Şəkidə Xan məscidində aşkar edilən Məhəmmədhüseyn xan Müştaqa məxsus qəbir açılıb. Bu barədə -a Dövlət Turizm Agentliyi qoruqların idaretmə mərkəzinin müşaviri Elşən Mustafayev məlumat verib. O qeyd edib ki, qəbirdəki insan qalıqları xüsusi qaydada oradan çıxarılıb və skelet yoxlanılması üçün aidiyyət

7 iyul 2021
.

Hər reklamdan 50 min qazanacaq

Sonuncu dəfə "Muhteşem yüz yıl" serialında rol alan Merve Boluğur İnstaqram hesabında izlənmə sayı artdığı üçün reklam qiymətini qaldırıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, 3 milyon 600 min izləyicisi olan aktrisa etdiyi hər reklamdan 50 min TL qazanacaq. Qeyd edək ki, M.Boluğu

22 avqust 2021
.

Kann Kinofestivalında ilin ən yaxşı aktyoru və aktrisası

Amerikalı aktyor və musiqiçi Kaleb Landri 74-cü Kann kinofestivalının "Ən yaxşı aktyor" naminasiyasında qalib olub. TASS agentliyinə istinadən xəbər verir ki, 31 yaşlı aktyor rejissor Castin Kurzelin "Nitram" filmindəki roluna görə bu mükafata layiq görülüb. "Ən yaxşı aktrisa"

18 iyul 2021