Türkiyə şirkətləri ilə müqavilələr imzalandı - FOTOLAR

Türkiyə şirkətləri ilə müqavilələr imzalandı - FOTOLARDaşkəsən və işğaldan azad edilmiş Kəlbəcər rayonunun ərazisində yerləşən "Qaşqaçay", həmçinin Kəlbəcər rayonunda olan "Elbəydaş" və "Ağduzdağ" filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismara verilməsi ilə bağlı Türkiyənin "Cengiz Holdinq" qrupuna daxil olan "Eti Bakır A.Ş." və "Artvin Maden A.Ş." şirkətləri ilə müqavilələrin imzalanması mərasimi keçirilib.

Sonxeber.az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısının "Azərbaycan Respublikasının "Qaşqaçay", "Elbəydaş" və "Ağduzdağ" filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında" Sərəncamının icrasının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Nazir vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərimizdə digər sahələrlə yanaşı, dağ-mədən sənayesinin inkişafı, yüksək potensialı olan müxtəlif filiz yataqlarının tədqiqi və istismarı prioritet istiqamətlərdəndir. Bu baxımdan işğaldan azad edilmiş ərazilərimizin yerli və xarici investisiyalar cəlb edilməklə ölkə iqtisadiyyatına reinteqrasiyası və burada iqtisadi fəallığın təmin olunması mühüm əhəmiyyət kəsb edir.

İmzalanan müqavilələrin predmeti də məhz işğaldan azad olunmuş ərazilərimizdə, xüsusilə Kəlbəcər rayonunda dağ-mədən fəaliyyətinin başlanmasıdır. Hadisənin əlamətdar və qürurverici olduğunu qeyd edən iqtisadiyyat naziri 44 günlük Vətən Müharibəsində qazanılan böyük Qələbə ilə azad edilmiş ərazilərimizdə hazırda Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığını vurğulayıb.

Bu işlərdə Azərbaycan şirkətləri ilə yanaşı, dost və qardaş Türkiyənin, eləcə də bir sıra ölkələrin şirkətləri də iştirak edir. Bu gün əsası qoyulan layihələr Azərbaycan-Türkiyə qardaşlığını bir daha nümayiş etdirir. Vurğulanıb ki, tərəfdaşlarımızın podratçı deyil, investor kimi fəaliyyəti xüsusilə əhəmiyyətlidir və işğaldan azad edilmiş ərazilərimizdə biznes fəaliyyətinin həyata keçirilməsi imkanlarının mövcudluğunun əyani sübutudur.

Nazir layihələrin yüksək sənaye-texnoloji və ekoloji standartlara uyğun həyata keçiriləcəyinə əminliyini ifadə edib. Geoloji kəşfiyyat işlərinin nəticələrindən asılı olaraq, gələcəkdə bu yataqların ətrafında dəyər zəncirini formalaşdıracaq emal müəssisələrinin qurulması nəzərdən keçiriləcəkdir. Layihələrin reallaşdırılması regionun təbii ehtiyatlarından səmərəli istifadə edilməsi və iqtisadi dövriyyəyə cəlb olunması, iqtisadiyyatının canlanması baxımından mühüm önəm kəsb edir.

İqtisadiyyat naziri dağ-mədən sənayesinin inkişaf perspektivlərindən danışıb, Azərbaycan Respublikası Prezidentinin Daskəsən rayonuna səfəri zamanı verdiyi tapşırığa əsasən, dəmir filiz mədəninin yenidən qurulması və istismara qaytarılması istiqamətində fəal işlər aparıldığını, ölkəmizin tranzit-logistik imkanlarının bu sahənin inkişafı üçün əlverişli şərait yaratdığını qeyd edib.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev işğaldan azad edilmiş torpaqlarımızın zəngin təbii resurslara malik olduğunu, yataqların istismara verilməsinin istehsal və emal sahələrinin yaradılmasında əhəmiyyətini vurğulayıb, bu sahədə böyük potensialı qeyd edərək yeni yataqların öyrənilməsi işlərinin aparıldığını bildirib.

Türkiyənin "Cengiz Holdinq" şirkətinin İdarə Heyətinin sədri Mehmet Cengiz imzalanan müqavilələrin ikitərəfli iqtisadi əməkdaşlığa, işğaldan azad edilmiş Azərbaycan ərazilərində yeni müəssisələrin və iş yerlərinin açılmasına töhfə verəcəyini vurğulayıb.

Tədbir çərçivəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində iqtisadi quruculuq işləri, faydalı qazıntı yataqlarının geoloji öyrənilməsi və istismarına dair təqdimatlar keçirilib.

Sonda Azərbaycan Respublikasının İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər nazirlikləri ilə Türkiyənin "Artvin Maden İşletmeleri A.Ş." şirkəti arasında "Elbəydaş" və "Ağduzdağ" filiz yataqlarının, həmçinin "Eti Bakır A.Ş." şirkəti ilə "Qaşqaçay" filiz yatağının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarına dair müqavilələr imzalanıb. Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, "Cengiz Holdinq"in İdarə Heyətinin sədri Mehmet Cengiz imzalayıblar.
Türkiyə şirkətləri ilə müqavilələr imzalandı - FOTOLARTürkiyə şirkətləri ilə müqavilələr imzalandı - FOTOLARTürkiyə şirkətləri ilə müqavilələr imzalandı - FOTOLARTürkiyə şirkətləri ilə müqavilələr imzalandı - FOTOLAR


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 2159   Tarix: 02 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

"Sea Breeze" layihəsinin təsisçisi və sahibi, "Agalarov Development" şirkətinin rəhbəri Emin Ağalarov Esvatini iqtisadiyyatına 99 milyon ABŞ dolları investisiya yatırmağa hazır olduğunu bildirib. Afrika mətbuatına istinadən xəbər verir ki, bu barədə monarx II Msvati məlumat verib

9 noyabr
.

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu sabit saxlayıb

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanda 2026-cı il üçün gündəlik neft hasilatı ilə bağlı proqnozunu sabit saxlayıb. xəbər verir ki, bu barədə EIA "Qısamüddətli enerji perspektivi" adlı hesabatın noyabr ayı üzrə açıqladığı məlumatda qeyd edilib. EIA-nı

11 noyabr
.

Azərbaycan neftinin qiyməti 122 dollara düşüb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,14 ABŞ dolları və ya 2,5 % azalaraq 122,28 ABŞ dolları təşkil edib. Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, "Brent" markalı neftin dekabr fyuçerslərini

30 oktyabr
.

Azərbaycanda qızıl bahalaşdı, yoxsa ucuzlaşdı?

Azərbaycanda 2026-cı il 2 noyabr tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın qiyməti 6 796.43 manat, 1 qram qızılın baza qiyməti isə 218.51 manat təşkil edib. Qiymətlər əyyar və mənşəyə görə dəyişir. Belə ki, 99 əyyar (Təmiz qızıl) - 218.51 manat

2 noyabr
.

Bankda yüksək faizli depozit açanların nəzərinə - VACİB XƏBƏRDARLIQ

Azərbaycanda dolların alqı-satqısı üzrə bankların müəyyən etdiyi məzənnələr və alış-satış qiymətləri arasındakı fərq vətəndaşların valyuta seçimlərinə birbaşa təsir edən amillərdəndir. Məzənnə fərqinin formalaşmasında bankların valyuta siyasəti, bazardakı tələb və təklif, eləcə də əməliyyat xərclər

29 oktyabr
.

Azərbaycanda yük daşımalarının avtomobil nəqliyyatından dəmir yoluna keçirilməsi planlaşdırılır

Azərbaycanın nəqliyyat sektorunda 2060-cı ilə qədər elektrik avtomobillərinin xüsusi çəkisi 100 % təşkil edəcək, eləcə də alternativ yanacaq növlərinə keçid ediləcək. xəbər verir ki, bu barədə Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyasında deyilir. Qeyd olunur ki, ölkənin ümumi istixan

10 noyabr
.

Mərkəzi Bankın valyuta ehtiyatları 15,4 mlrd. dolları ötüb

Bu il oktyabrın sonuna Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 15 milyard 430,4 milyon ABŞ dolları təşkil edib. Mərkəzi Banka istinadən xəbər verir ki, bu, sentyabrın sonu ilə müqayisədə 67 milyon dollar və ya 0,44% çoxdur. Ötən ilin oktyabr ayının sonu ilə müqayisədə isə ehtiyatlar 4 milyar

3 noyabr
.

Azərbaycanda pul bazası 25 mlrd. manatı ötüb

Bu il noyabrın 1-i tarixinə Azərbaycanda pul bazası 25 milyard 146.1 milyon manata bərabər olub. bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, son bir ayda pul bazası 1,32% artıb. İllik müqayisədə isə pul bazası 17,53% artıb

3 noyabr
.

Qızılın son qiymətləri bəlli oldu

11 noyabr tarixinə olan rəsmi göstəricilərə əsasən, Azərbaycanda qiymətli metalların, xüsusilə qızılın qiymətlərində dinamika diqqət çəkir. "Yeni Sabah" xəbər verir ki, qızılın 1 unsiyasının rəsmi qiyməti 6 877,44 manat, 1 qramının dəyəri isə 221,11 manat təşkil edir. Pərakəndə zərgərlik bazarınd

11 noyabr