"İran müharibədə Azərbaycanın qalib gəlməsini gözləmirdi" - Politoloq
Son günlər İranın Azərbaycana qarşı münasibətində dəyişikliklər olması xoşagələn hal deyil. Təəssüf ki, qardaş münasibətdə olan iki ölkənin arasında soyuqluq hiss olunmağa başlayıb.
Sonxeber.az məsələ ilə bağlı politoloq Əziz Əlibəylidən münasibət öyrənib.
O bildirib ki, biz müstəqilik, güclüyük və hər bir aqressiya hərəkətinə qarşı ciddi cavab verə bilərik:
"Cənab Prezident bütövlükdə İrana qarşı münasibətdə çox dəqiq bir xətt seçmişdi. İran üçün müharibə bitən kimi "3+3" formatı elan etdi, yəni Qafqazın 3 ölkəsi, üstəgəl 3 qonşu ölkənin də faydalanacağı platforma təklif etdi. İran bundan da çox faydalana bilərdi. Amma müharibə bitdikdən sonra, görürsünüz ki, İranın Azərbaycana münasibəti artıq başqa formalara keçdi. Bu da onunla əlaqədardır ki, İran müharibədə Azərbaycanın qalib gəlməsini gözləmirdi. Çünki birinci müharibənin nəticəsindən 30 il keçmişdi və bunlar elə hesab edirdilər ki, həm narkoticarət, həm də silah qaçaqmalçılığı üçün Azərbaycanın işğal altında olan torpaqlarından keçən yoldan istifadə edəcəklər. Torpaqlar işğaldan azad olunandan sonra bunlar artıq Azərbaycana qarşı çıxmağa başladılar.
Nəhayət, mən bir şeyi də qeyd edim ki, cənab Prezidentin məhz Zəngilana, Cəbrayıla gedib o cür mesajlar verməsi iki vacib məqsədlə yadda qaldı. Birincisi, "Harop"larla mesaj verdi ki, biz müstəqilik, güclüyük və hər bir aqressiya hərəkətinə qarşı cidd cavab verə bilərik. İkincisi, "Araz Vadisi İqtisadi Zonası"nı yaratdı və bununla da İranın faydalanması üçün hər bir şərait inşa etdi.
Bu baxımdan, İranın bu gün hərbi təyyarələr üçün sərhədi bağlaması, paralel şəkildə Azərbaycanın da Bakıdakı həmin nümayəndəliyi qapatması qarşılıqlı mesajlardır. Azərbaycan tərəfi öz ərazisindən İran əleyhinə istifadə etmir, Qoşulmama Hərəkatının sədri kimi, bloklara imkan da vermir ki, İrana qarşı hansısa üçüncü ölkə gəlsin Azərbaycandan yararlansın. Amma bunu İran tərəfi qiymətləndirməlidir və başa düşməlidir ki, orada Güney Azərbaycan məsələsi var.
Bütövlükdə isə, müharibə İlham Əliyevi bütün dünya azərbaycanlılarının liderinə çevirib. Yəni bu cür ciddi nüanslar "bozqurd" işarəsi ilə axırıncı təlimdə də yadda qaldı".
Aysel Səfərzadə
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 3821 Tarix: 05 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Özgür Özəl Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Türkiyə Yeni Partiyasının sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. APA xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin sosial media hesabında paylaşım edilib. Qeyd olunub ki, Özgür Özəl Zəfər Günü münasibətilə dövlətimizin başçısına və Azərbaycan xalqına təbriklərini çatdırmışdır. Dövlətimizi
9 noyabrAİ səfiri Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik etti
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziç Azərbaycanı Dövlət Bayrağı Günü ilə bağlı təbrik edib. "Yeni Sabah" xəbər verir ki, bu barədə onun "X" hesabında paylaşım edilib. "Bu gün, Aİ nümayəndəliyi ölkənin müstəqilliyinin, birliyinin və mill
9 noyabrAzərbaycan Konstitusiyası əbədi dövlətçilik yolumuzun hüquqi təməlidir
"1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri, müstəqilliyimizin hüquqi təminatı və gələcək inkişafımızın möhkəm təməlidir. Bu ali hüquqi sənəd Azərbaycan xalqının inkişafı naminə müasir
11 noyabrPrezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Draqan Vladisavljeviç "Dostluq" ordeni ilə təltif edilib. Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Draqan Vladisavljeviç Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsus
9 noyabrXİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün anım günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, paylaşımda deyilir:. "Bu gün Türkiyə Respublikasının banisi, görkəmli dövlət xadimi Mustafa Kamal Atatürkün vəfatının ildönümüdür. Düny
10 noyabrXankəndidən verilən Zəfər mesajı
Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Xankəndidən etdiyi müraciət Azərbaycanın son altı ildə keçdiyi yolun hərbi, siyasi və mənəvi nəticələrini ümumiləşdirən mesaj kimi diqqət çəkir. Dövlət başçısının çıxışını şanlı Qələbənin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündə etməsi təsadüf
11 noyabrAzərbaycan XİN Türkiyəyə başsağlığı verdi
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin İzmir şəhərində baş verən partlayışla bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "Qardaş Türkiyənin İzmir şəhərində fabrikdə baş vermiş partlayış nəticəsində insan tələfatı və xəsarət alanların olması xəbəri bizi dərində
9 noyabr