Paşinyandan etiraflar: "Müharibədən yayınmaq üçün rayonlar geri qaytarılmalı idi" - VİDEO

Paşinyandan etiraflar: "Müharibədən yayınmaq üçün rayonlar geri qaytarılmalı idi" - VİDEOLitvada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsi və Şuşa haqqında danışıb.

Ölkədəki erməni icması ilə görüşən Nikol Paşinyanın son 30 il ərzində Azərbaycan rayonlarının qaytarılması məsələsinin həmişə Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqların gündəmində olduğunu bildirib.

N. Paşinyan qeyd edib ki, müharibədən yayınmaq üçün rayonlar geri qaytarılmalı idi.

"Bu gün çoxları müharibəyə yol verməməkdən danışır. Anlamaq lazımdır ki, müharibəyə yol verməməyin yeganə şərti ərazilərin qaytarılması olub. Odur ki, müharibəyə yol verməmək üçün biz əraziləri qaytarmalıydıq. Ən azı beş rayonu. Digər iki rayon məsələsi başqadır. Əslində isə gərək qeyd-şərtsiz yeddi rayonu qaytaraydıq", - deyə N.Paşinyan bildirib.

Ermənistan baş naziri həmçinin Şuşanın Azərbaycan tərəfindən azad edilməsindən sonra xüsusilə keçmiş hökumət nümayəndələri tərəfindən ona edilmiş sərt tənqidlərə də cavab verib.

Onun sözlərinə görə, Şuşa məsələsi həmişə mövcud olub. Çünki Azərbaycan heç vaxt Qarabağ azərbaycanlılarının qayıdıb məskunlaşması fikrindən imtina etməyib. Nikol Paşinyan qeyd edib ki, Şuşa ermənilərin nəzarətində olarkən 30 il ərzində heç bir yaşayış binası tikilməyib.

"Bu gün Şuşa haqqında bu qədər danışırlar, bəs bu 30 ildə Şuşada neçə yaşayış evi tikilib? Heç bir, bəs niyə? Kimsə heç soruşmur ki, niyə tikilməyib? Nədir bunun səbəbi? Məntiq nədir ki, tikilməyib, pulları olmayıb? Cavab məncə aydındır", - deyə N.Paşinyan bildirib.

O, görüş iştirakçılarından birinin "yəqin saxlaya biləcəklərinə əmin olmayıblar" replikasına "bunu siz dediniz, mən demədim" cavabını verib.\oxu.az


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2487   Tarix: 06 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Kamboca Kralı Norodom Sihamoniyə təbrik məktubu ünvanlayıb. Qaynarinfo xəbər verir ki, mətndə deyilir:. "Əlahəzrət,. Kamboca Krallığının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adında

9 noyabr
.

Avropa Siyasi Birliyinin Dublin sammiti: yeni geosiyasi reallıqlar və Azərbaycanın artan strateji əhəmiyyəti

Müasir beynəlxalq münasibətlər sistemində baş verən köklü dəyişikliklər Avropanın siyasi gündəliyində yeni prioritetlərin müəyyənləşdirilməsini zəruri edir. Geosiyasi rəqabətin güclənməsi, regional münaqişələr, enerji təhlükəsizliyi, iqtisadi dayanıqlılıq və beynəlxalq nəqliyyat marşrutlarının stratej

12 noyabr
.

Türkiyə XİN Azərbaycanı belə təbrik etdi - Foto

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 9 Noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə təbrik edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı nazirliyin sosial media hesabında paylaşım edilib. "9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə azərbaycanlı qardaş və bacılarımızı təbri

9 noyabr
.

Prezident polşalı həmkarına məktub göndərdi

Prezident İlham Əliyev Polşa Prezidenti Karol Navrotskiyə məktub ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident. Krakov şəhərində törədilmiş qanlı hadisə nəticəsində həlak olanlar və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi. Baş vermi

10 noyabr
.

Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq

Noyabrın 12-də Bakıda ticari-iqtisadi sahədə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş Azərbaycan-Qana biznes forumu keçiriləcək. "Africa-Azerbaijan Cooperation"a (AFAZ) istinadən xəbər verir ki, Azərbaycan və Qana arasında qarşılıqlı investisiyaların artırılması və ticarət əlaqələrini

9 noyabr
.

Sarsılmaz müttəfiqlik - ortaq strateji hədəflər

Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad

11 noyabr
.

Xankəndidən səslənən Zəfər təbrikləri

Tarixdə elə anlar olur ki, bir dövlətin siyasi iradəsi sözlə deyil, məkanla təsdiqlənir. Prezident İlham Əliyevin bayram müraciətini Xankəndidə, Şanlı Qələbənin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündən xalqa ünvanlaması artıq heç bir müzakirə predmeti olmayan bir reallığın, tamamlanmış suverenliyi

11 noyabr
.

Dublində Avropa Siyasi Birliyinin sammiti: Azərbaycanın beynəlxalq diplomatiyada artan rolu və yeni geosiyasi perspektivlər

Avropanın siyasi və təhlükəsizlik gündəliyinin müəyyənləşdiyi mürəkkəb geosiyasi şəraitdə beynəlxalq əməkdaşlığın, qarşılıqlı etimadın və strateji dialoqun əhəmiyyəti daha da artır. Bu baxımdan noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində işinə başlayan "Avropa Siyasi Birliyi"nin (ASB) 9-c

12 noyabr
.

Konstitusiyanın qəbulundan sonra Azərbaycanın inkişaf modelində nə dəyişdi? - AÇIQLAMA

"1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın tarixində ilk fundamental konstitusiya sənədidir. Həmin vaxta qədər ölkədə qüvvədə olan Konstitusiya sovet dövrünün Konstitusiyası əsasında müəyyən dəyişikliklər və düzəlişlər edilməklə formalaşdırılmışdı. Təbii ki, bu sənəd müstəqi

11 noyabr