İşğaldan azad olunmuş ərazilərin şöhrəti bərpa edilir

İşğaldan azad olunmuş ərazilərin şöhrəti bərpa edilirMüzəffər Ali Baş Komandanın oktyabrın 3-də işğaldan azad olunmuş Tərtərin Suqovuşan qəsəbəsinə, Talış kəndinə və Cəbrayıl rayonuna səfər etməsi, həmin ərazilərdə Azərbaycan bayrağını ucaltması, bərpa işləri ilə tanış olması, təməlqoyma və açılış mərasimlərində iştirakı Qarabağın və Şərqi Zəngəzurun bərpası istiqamətində Prezident İlham Əliyevin siyasi iradəsinin, qətiyyətinin, eləcə də Azərbaycan dövlətinin gücünün və qüdrətinin növbəti dəfə isbatı oldu.
Şanlı Azərbaycan Ordusunun ildırım sürətli hücumu nəticəsində 2020-ci il 3 oktyabr tarixində Suqovuşan qəsəbəsi işğaldan azad edildi. Qəsəbənin azad olunması çox böyük əhəmiyyət kəsb edirdi. Çünki bu qəsəbənin yerləşməsi müharibənin gedişatında önəmli rol oynayır, onun əlimizdə olması bizə gələcək əməliyyatlarda üstünlük verirdi. Bu, çox əlamətdar hadisə idi, müharibənin ilk günlərində strateji qəsəbəni işğaldan azad etmək böyük uğur olaraq əsgərlərimizin döyüş ruhunun yüksəlməsinə böyük kömək idi.
Düşmən Suqovuşan və Talış kəndində çox güclü istehkamlar qurmuş, bir neçə müdafiə xətti yaratmışdı. Qəsəbəyə gedən bütün strateji yüksəkliklərdə düşmən yerləşmişdi. Azərbaycan Ordusu böyük qəhrəmanlıq və fədakarlıq göstərərək şiddətli döyüşlər nəticəsində bir gün ərzində Talışı və Suqovuşanı işğaldan azad etdi. Müharibənin ilk günündə əldə edilmiş qələbələrdən sonra növbəti yaşayış məntəqələrinin azad edilməsi xalqımıza əlavə güc verdi.
Suqovuşan qəsəbəsinin strateji əhəmiyyəti burada Suqovuşan su anbarının yerləşməsi idi. Bu su anbarı Sərsəng su anbarı ilə bərabər Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə inşa edilmişdir. Anbarlarının əsas məqsədi Tərtər, Bərdə, Ağdam, Goranboy və digər rayonlara su vermək idi. İşğal zamanı isə düşmən tərəfindən bu rayonlar su ilə təminatdan məhrum edilmişdi.
İkinci Qarabağ müharibəsindəki zəfərlə Azərbaycan regiona yeni reallıqlar gətirib. Sözsüz ki, ən böyük reallıq torpaqlarımızın işğaldan azad olunmasıdır. Bu həm də son ikiəsrlik tariximizin əsas hadisələrindən biridir. 30 ilə yaxın işğal altında olan torpaqlarını azad edən Azərbaycan bununla yalnız Ermənistana deyil, dünya erməniliyinə qalib gəldi. Bu zəfərlə onilliklər boyu ermənilərin yaratdığı miflər darmadağın edildi, stereotiplər aradan qaldırıldı.
Bu qələbənin başqa bir reallığı isə Azərbaycanın regionda və dünyadakı nüfuzunu artırmasıdır. Müharibəyə qədər də respublikamız dünya birliyinin nüfuzlu və etimad göstərilən üzvlərindən biri idi. Cənubi Qafqazla bağlı heç bir qlobal layihə Azərbaycanın iştirakı və razılığı olmadan reallaşa bilməzdi. Beynəlxalq enerji təhlükəsizliyindəki söz sahibliyi, qlobal tranzit məsələlərində əsas oyunçulardan birinə çevrilməsi hələ müharibəyə qədər Azərbaycanın nüfuzunu yüksəldən mühüm amillərdir. Vətən müharibəsindəki zəfər isə dövlətimizin nüfuzunu daha da yüksəltdi və indi Azərbaycan dünyada həm də müharibədə qalib gəlmiş ölkə kimi tanınır.
Müharibədən sonra yaranan başqa bir reallıq isə işğaldan azad olunmuş torpaqlarımızın bərpası və yenidən qurulmasıdır. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız həm də erməni vandalizminin qurbanı olub. Şəhər və kəndlərimiz yerləyeksan edilib, dağıdılıb, Qarabağın və Şərqi Zəngəzurun təbiətinə, ekologiyasına zərbə vurulub, sərvətlərimiz talan olunub. Burada 30 ildə baş verənlər Ermənistanın işğalçı siyasətinin mahiyyətini özündə əks etdirir.
Müharibənin başa çatmasından ötən 11 ayda ərazilərin yenidən qurulması istiqamətində görülən işlərin miqyası olduqca əhatəli və qürurvericidir. Prezident İlham Əliyevin oktyabrın 3-də Tərtər rayonuna səfəri də göstərdi ki, azad olunmuş ərazilərimizin bərpa prosesi sürətli, dinamik və əhatəlidir.
Azad olunduqdan qısa müddət sonra, ötən ilin oktyabr ayında Prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanıldı. Bu istiqamətdə avtomobil yolları ötən əsrin 70-ci illərində Suqovuşan su anbarının tikintisi ilə əlaqədar Ulu Öndər Heydər Əliyevin tapşırığına əsasən inşa edilmişdi. Lakin uzun müddət düşmən tapdağı altında olduğundan tamamilə sıradan çıxmış və dağılmışdı.
Ötən dövr ərzində Suqovuşan və Talışa gedən yollar ən yüksək standartlara uyğun yenidən çəkilib. Prezident İlham Əliyev oktyabrın 3-də Tərtər rayonuna səfəri zamanı bu yolların açılışında iştirak etdi. Ümumi uzunluğu 28,5 kilometr, eni 9 metr olan yol 2 hərəkət zolağından ibarətdir.
Həmin gün daha bir avtomobil yolunun - Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan yolunun tikintisinin təməli qoyuldu.
İşğaldan azad olunmuş ərazilərin bərpası əsasən infrastruktur sahələrindən başlamaqla kompleks xarakter daşıyır. Həm yollar bərpa olunur, həm enerji ilə təminat yoluna qoyulur, həm də kənd və şəhərlərin bərpası üçün yeni layihələr icra olunur.
Bir neçə ay əvvəl Laçında Güləbird su elektrik stansiyası istifadəyə verilmişdi. Oktyabrın 3-də isə Tərtərdə "Suqovuşan-1" və "Suqovuşan-2" kiçik su elektrik stansiyalarının yenidənqurmadan sonra açılışı oldu. Döyüşlər zamanı ermənilər 4,8 meqavat gücündə "Suqovuşan-1" və 3 meqavat gücündə "Suqovuşan-2" kiçik su elektrik stansiyalarının yararlı ehtiyat hissələrini söküb daşımış, apara bilmədiklərini isə dağıtmışdılar. Hər iki stansiya əsaslı şəkildə yenidən qurulmuş, o cümlədən onların idarəetmə mərkəzinin binaları və avadanlıqları, stansiyalararası elektrik veriliş xətti tam yenilənmişdir. "Suqovuşan-1" və "Suqovuşan-2" kiçik su elektrik stansiyaları işğaldan azad olunmuş ərazilərin, xüsusilə Suqovuşan və Talış qəsəbələrinin elektrik enerjisi ilə təmin olunmasında mühüm rol oynayacaq. Həmçinin burada istehsal olunan elektrik enerjisi paylayıcı şəbəkənin yeni çəkilən xətləri vasitəsilə digər istiqamətlərə də ötürüləcək.
Prezident İlham Əliyevin Tərtər rayonuna səfəri bir daha göstərdi ki, işğaldan azad olunmuş ərazilər sürətlə yenidən qurulur, düşmənin vurduğu yaralar sağalır. Həm də düz bir ilin tamamında azad olunmuş ərazilərimizin bərpası ilə müşahidə etdiyimiz reallıqlar Azərbaycanın gücünün, qüdrətinin ifadəsidir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
İşğaldan azad olunmuş ərazilərin şöhrəti bərpa edilirİşğaldan azad olunmuş ərazilərin şöhrəti bərpa edilir


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1201   Tarix: 07 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

İlham Əliyev Bakı forumunun iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən müraciətin tam mətnini təqdim edir:. "Sizi "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması" mövzusund

22 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr