Yol polisindən velosipedçilərə XƏBƏRDARLIQ: "Qaydaları pozanlar..."
Son zamanlar velosipedçilərin iştirakı ilə baş verən yol qəzalarının sayı artıb.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən Sonxeber.az-a verilən məlumatda bildirilir.
Qeyd olunur ki, oktyabrın 6-da saat 18:45-də Pirallahı qəsəbəsi, S.Vurğun küçəsində qəsəbə sakini 27 yaşlı sürücü Eskenderov Elmar Naziroviç idarə etdiyi "Mercedes-Benz" markalı, avtomobillə Qala qəsəbəsi istiqamətində hərəkətdə olarkən yolu sağdan sola keçən velosipedçi 60 yaşlı Hümbətov Şahin Zərqulu oğlunu vurub və o, hadisə yerində ölüb.
Bundan əvvəl, oktyabrın 2-də saat 12:30-da Binəqədi rayonu, 28 May qəsəbəsində Abşeron rayonu sakini 54 yaşlı sürücü Ağayev Hafiz Bayram oğlu idarə etdiyi "QAZ-53" markalı, avtomobillə hərəkətdə olarkən Binəqədi rayonu, 28 May qəsəbəsində velosipedçi 21 yaşlı İsmayılov Nicat Vüqar oğlunu vurub və o da ötən gün xəstəxanada dünyasını dəyişib.
Bunları nəzərə alaraq, DYP velosipedçilərə diqqətli olmaları barədə müraciət edib:
"Velosipedi idarə edənlər xüsusi velosiped zolaqları olmadıqda yolun, küçənin hərəkət hissəsinin kənarı və ya yol çiyinləri ilə, mümkün qədər sağ tərəfdə hərəkət etməli və texniki cəhətdən saz və lazımınca təchiz olunmuş velosipeddən, həmçinin təhlükəsizlik dəbilqələrindən istifadə etməlidirlər.
Onlar da yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməli, yolayrıcından kənarda yolun velosiped yolu ilə nizamlanmayan kəsişməsində bu yolla hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidirlər. Yaşayış məntəqələrindən kənarda yolun hərəkət hissəsi ilə hərəkət etdikdə velosipedçilər nəqliyyat vasitələrinin hərəkəti istiqamətində getməlidirlər.
Onu da bilməlidirlər ki, velosipedçilərin yol hərəkəti qaydalarını pozması İnzibati Xətalar Məcəlləsinin 338.4-cü maddəsinə əsasən inzibati məsuliyyət yaradır və ən çox da öz həyat və sağlamlıqlarının təhlükə altında qalmaması üçün yollarda, xüsusən də günün qaranlıq vaxtlarında daha diqqətli və məsuliyyətli olmalıdırlar".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 988 Tarix: 07 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Aslan Fətullayevin nəşi Bakıya gətirildi
Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayevin nəşi Moskvadan Bakıya gətirilib. xəbər verir ki, bu məlumatı -a açıqlamasında Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova verib. "Aslan müəllimin nəşi bu gün səhər saat 05:30-da Moskvadan gətirilib. Direktorumuz
12 noyabrMusiqi adı altında uşaqlara hansı dəyərlər aşılanır? - PSİXOLOQDAN AÇIQLAMA
Son dövrlər azyaşlı uşaqlar arasında narkotik maddələri, cinayətkar həyat tərzini və həbsxana mühitini təbliğ edən mahnılara maraq diqqət çəkir. Xüsusilə sosial şəbəkələr və musiqi platformaları vasitəsilə yayılan bu cür mahnılar uşaqların gündəlik dinlədiyi musiqilərin bir hissəsinə çevrilir. Mahnıları
11 noyabrGecə səs-küy salan qonşuları hansı cəza gözləyir? - AÇIQLAMA
Gecə saatlarında yaşayış binalarında yüksək səslə musiqi dinlənilməsi, təmir işlərinin aparılması və digər səs-küy yaradan hallar sakinlər arasında narazılığa səbəb olur. İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsi gecə vaxtı dincliyin pozulmasına görə məsuliyyət nəzərdə tutur. Lakin bu normanın tətbiqind
12 noyabrƏməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək
Almaniyanın Fulda şəhərində vəfat edən bəstəkar, orqan ifaçısı və pianoçu-improvizator, Əməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək. Bu barədə Qaynarinfo-ya Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, komitənin tabeliyindəki Azərbayca
12 noyabrMənşəyi bilinməyən toyuq əti hansı təhlükələri yaradır? - EKSPERTDƏN AÇIQLAMA
Zabrat qəsəbəsindəki ət emalı müəssisəsində mənşəyi məlum olmayan və müşayiətedici sənədləri olmayan toyuq ətinin aşkarlanması qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Mənşəyi və saxlanma şəraiti bilinməyən məhsullar bakterial çirklənmə, qida zəhərlənməsi və müxtəlif infeksiyalar baxımında
12 noyabrYerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
Torpaqları tullantılarla zibilləndirən, çirkab sularla çirkləndirən və münbit qatını korlayan şəxslər minlərlə manat cərimələnə bilər. Trend-ə istinadla xəbər verir ki, hüquqi şəxslər üçün cərimənin məbləği 10 min manata qədər yüksəlir. Belə ki, torpaqların, o cümlədən meşə fondu torpaqlarının tullantılarl
10 noyabrVəfat edən rəisin yerinə müavini gətirildi (FOTO)
Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinə yeni rəhbər təyin edilib. Qaynarinfo-nun məlumatına görə, bu vəzifəyə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəis müavini Sadıxov Əlisultan Sənan oğlu gətirilib. Qeyd edək ki, Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyə
12 noyabr