Siniflər bir-bir bağlanır... - Azərbaycanda məktəblər yenidən qapanmaya gedir?
"Son günlər bəzi orta ümumtəhsil məktəblərində şagirdlər arasında virus əlamətləri müşahidə edildiyinə görə siniflər qapanmaya gedib".
Bunu Sfera.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O qeyd edib ki, pandemiya dövründə tədrisin açılması zamanı ilk vaxtlar yoluxma halları daha çox idi:
"Azərbaycanda artıq 15 günə yaxındır məktəblərdə dərs gedir, eyni zamanda 29 sentyabrdan ali təhsil müəssisələrində tam tədris bərpa edilib. Bu da birmənalı şəkildə yoluxmaya öz təsirini göstərməlidir, qaçılmaz idi. Amma vəziyyət təhlükəli həddə deyil. Düzdür, insanlar haqlı narahatdırlar. Lakin bu heç də o demək deyil ki, biz yenidən qapanmaya gedəcəyik. Çünki ölkədə yoluxub immunitet qazanan insanların, eyni zamanda vaksin olunan insanların sayı kifayət qədərdir".
Müsahibimiz qeyd edib ki, yoluxanlar arasında çox az faiz insan təhsil sahəsində çalışır:
"Birmənalı şəkildə tədrisin qapanacağına inanmıram. Belə gözləntim yoxdur. Biz onlayn tədrisi keyfiyyətli təşkil edə bilməmişik. Bu, təkcə bizdə belə deyil, bütün dünyada belədir. Hansı məktəblərdə və siniflərdə yoluxma müşahidə ediləcəksə, onlar distant təhsilə keçəcək, digərlərində isə bağlanma gözlənilmir. Hazırda narahatedici durum yoxdur".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3555 Tarix: 07 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bəzi ərazilərə LEYSAN, QAR yağacaq
Azərbaycanın əksər rayonlarında aprelin 9-da hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Bəzi dağlıq ərazilərdə qa
8 aprelAzərbaycanda əcnəbilərlə nikahların sayı azalıb
2026-cı ilin 3 ayı ərzində 383 Azərbaycan vətəndaşının əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərlə nikahı rəsmiləşdirilib. "Report"a istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, 2025-ci ilin ilk 3 ayı ərzində bu cür nikahların sayı 483 olub. Məluma
9 aprelVado Korovinin evində toy olacaq
"Space TV"nin rəhbəri Vado Korovinin evində xeyir iş olacaq. Axşam.az-ın əldə etdiyi məlumata görə, V.Korovin qızına toy edir. Məclis aprelin 18-də keçiriləcək. Korovinin qızı Zarina Əli adlı bəylə nikah masasına oturacaq
10 aprelKüləyə görə bu yolda sürət həddi endirildi
Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Bununla bağlı Mərkəzi
8 aprel"Təhsil pulla ölçülməməlidir, bu, təhlükəli tendensiyadır" - AÇIQLAMA
"Təhsil bir millətin gələcəyidir, onun mənəvi və intellektual pasportudur. Bakıdakı bəzi özəl liseylərdə təhsil haqqının 50-55 min manat kimi rəqəmlərə çatması, əslində, təhsilin bir "ictimai xidmət" sahəsindən çıxaraq daha çox "lüks bir brend"ə çevrilməsinin göstəricisidir
9 aprelÜlviyyə İlyasova həbs edildi
Kosmetoloq kimi fəaliyyət göstərən Ülviyyə İlyasova həbs edilib. "Qafqazinfo" xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi bu gün belə qərar çıxarıb. Məhkəmə zərərçəkmiş şəxsin şikayətini əsaslı sayıb. Ü.İlyasova barəsində həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, Ülviyyə İlyasovanın tibb
8 aprelBakıya yenə ardıcıl yağışlar yağacaq - Bu tarixlərdə
Bakı şəhərində yenidən yağışlı hava şəraiti gözlənilir. xəbər verir ki, hava proqnozu tətbiqlərində yer alan məlumatlara əsasən, paytaxtda 13 və 14 aprel tarixlərində yağış yağacağı ehtimal olunur. Yağıntının intensivliyi ilə bağlı dəqiq məlumat olmasa da, qeyd olunan günlərdə hava şəraitinin qeyri-sabi
9 aprelBiləsuvarda iki məktəb BAĞLANIR? - Rəsmi açıqlandı
Şirvan-Salyan Regional Təhsil İdarəsi Biləsuvar rayonu, Zəhmətabad kəndində yerləşən məktəblərlə bağlı yayılan məlumatlara münasibət bildirib. -a istinadən xəbər verir ki, Maliyyə-iqtisadiyyat sektorunun müdiri Rəvan Baxışov bildirib ki, təhsil müəssisələrində optimallaşdırma tədbirlərinin həyata keçirilməsind
8 aprel