Prezidentlə ailəsi zooparkın açılışında - FOTOLAR

Prezidentlə ailəsi zooparkın açılışında - FOTOLAROktyabrın 7-də Bakı Zooloji Parkının yenidənqurmadan sonra açılışı olub.

Sonxeber.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva açılışda iştirak ediblər.

Bakı Zooloji Parkı IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yenidən qurulub.

Xatırladaq ki, vaxtilə Bakıda ilk dəfə Heyvanat Parkı adlandırılan zoopark 1928-ci ildə Xətai rayonundakı Nizami parkının ərazisində açılıb. 1958-ci ildə isə Bayıl ərazisində yeni Heyvanat Parkı fəaliyyətə başlayıb. 1985-ci ildə torpaq sürüşməsindən sonra Zoopark Bayıldan indiki ərazisinə köçürülüb. Əvvəllər ərazinin təmirsiz olması ilə yanaşı, heyvanların saxlanıldığı yerlər də yararsız vəziyyətdə olub.

IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə burada genişmiqyaslı yenidənqurma işləri aparılıb. Təxminən 4 il davam edən əsaslı yenidənqurma işləri nəticəsində Bakı Zooloji Parkı ən müasir səviyyəyə çatdırılıb.

Prezident İlham Əliyevin ölkəmizin inkişafı ilə bağlı müəyyən etdiyi strategiyada Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində görülən işlərin miqyası ilbəil daha da artır. Son illərdə Bakıda sakinlərin və şəhərimizə gələn qonaqların rahatlığına xidmət edən çoxlu müasir sosial infrastruktur layihələri icra edilib, yeni park və xiyabanlar, istirahət guşələri yaradılıb.

Şəhər həyatının müxtəlif layihələrlə zənginləşdirilməsi sırasında IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yenidən qurulan Bakı Zooloji Parkının xüsusi yeri var. Ümumilikdə, IDEA İctimai Birliyi paytaxtla yanaşı, bölgələrdə də ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli istiqamətində çox mühüm layihələr icra edib. Bakı Zooloji Parkı dünyada mövcud olan müasir zooparklar səviyyəsində yaradılıb.

Təbii ki, bu layihə postpandemiya dövründə yenidən Bakıya səfər edəcək turistlərin ən çox üz tutacaqları məkanlardan biri olacaq. Yenidənqurmadan sonra Zooloji Parkın kompleksi ziyarətçilər üçün rahat və maraqlı məkana çevrilib, ümumi ərazisi demək olar ki, iki dəfə artırılaraq 4.25 hektara çatdırılıb.

Yenidənqurma işləri zamanı ərazidə mövcud olan ağac və kolların tam qorunub saxlanmasına xüsusi diqqət yetirilib. Ümumiyyətlə, abadlaşdırılan və yaşıllıq sahəsi artırılan zooparkda daha təbii mühit yaradılıb. Digər yeniliklər və müxtəlif əyləncə obyektləri ilə yanaşı, ərazidə uşaq meydançası, lektoriya və elektron bələdçi sistemi var.

Zoopark hamının, o cümlədən fiziki qüsurlu şəxslərin, bütün yaş qruplarından olan ziyarətçilərin istirahət edə və maariflənə biləcəyi məkana çevrilib. Əsaslı yenidənqurma işləri nəticəsində zooparkın sakinləri üçün daha rahat volyerlər, akvaterrarium, kontakt zooparkı, süni göl və hovuzlar, baytarlıq klinikası inşa edilib. Heyvanların saxlandığı volyerlər hər növün özünəməxsus ehtiyacları nəzərə alınaraq hazırlanıb və sahəsi kifayət qədər genişləndirilib.

Bakı Zooloji parkının yalnız görünüşü deyil, həm də məram və yanaşmasının yeni olduğu xüsusi qeyd edilməlidir. Zooparkın əsas məqsədi insanlar üçün canlı aləm, xüsusən də Azərbaycanın nadir faunası haqqında məlumat əldə edə biləcəkləri tədris, tədqiqat və konservasiya mərkəzinə çevrilməsindən ibarətdir. Bu xüsusda, Azərbaycanın "Qırmızı kitab"ına daxil olan növlərin təbii populyasiyası və reintroduksiyası baxımından, burada heyvanların artırılması üçün münbit şərait yaradılıb. Hazırda zooparkdakı heyvan növlərinin ümumi sayı 125, "Qırmızı kitab"a düşən növlərin sayı isə 22-dir.

Qeyd edək ki, zooparklar yalnız əyləncə məkanı deyil, həm də elmi-maarifçilik müəssisəsi funksiyasını yerinə yetirir. Ümumiyyətlə, zooparkın fəaliyyət istiqamətlərinə ətraf mühitin, o cümlədən nadir və nəsli kəsilməkdə olan növlərin mühafizəsi, çoxaldılması üzrə işlərin həyata keçirilməsi, heyvanların müvafiq tələblərə uyğun saxlanılması üçün şəraitin yaxşılaşdırılmasına yönəlmiş tədqiqat işlərinin aparılması, canlı aləm və biomüxtəlifliyin qorunması sahələrində insanların məlumatlandırılması daxildir.

Prezidentlə ailəsi zooparkın açılışında - FOTOLARPrezidentlə ailəsi zooparkın açılışında - FOTOLARPrezidentlə ailəsi zooparkın açılışında - FOTOLARPrezidentlə ailəsi zooparkın açılışında - FOTOLARPrezidentlə ailəsi zooparkın açılışında - FOTOLARPrezidentlə ailəsi zooparkın açılışında - FOTOLARPrezidentlə ailəsi zooparkın açılışında - FOTOLARPrezidentlə ailəsi zooparkın açılışında - FOTOLARPrezidentlə ailəsi zooparkın açılışında - FOTOLARPrezidentlə ailəsi zooparkın açılışında - FOTOLARPrezidentlə ailəsi zooparkın açılışında - FOTOLARPrezidentlə ailəsi zooparkın açılışında - FOTOLARPrezidentlə ailəsi zooparkın açılışında - FOTOLARPrezidentlə ailəsi zooparkın açılışında - FOTOLARPrezidentlə ailəsi zooparkın açılışında - FOTOLAR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 5287   Tarix: 07 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məşhur serialın ulduzu 77 yaşında vəfat etdi

"Alf" (1986-1990) teleserialında "Keyt Tanner" rolu ilə geniş şöhrət qazanan amerikalı aktrisa Enn Şedin 77 yaşında vəfat edib. xəbər verir ki, bu barədə sənətçinin yaxınları sosial şəbəkə hesablarında məlumat veriblər. Məlumata görə, aktrisa doğmalarının əhatəsində dünyasını dəyişib

15 iyun
.

Media və Yayım Şurasının idarəetmə strukturu necə olacaq?

Media və Yayım Şurasının idarəetmə strukturu müəyyənləşir. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Dövlət qulluğu haqqında" və "Media haqqında" qanunlara təklif edilən dəyişiklik layihəsində əksini tapıb

16 iyun
.

Gəncədə sərnişin avtobusu qəzaya uğradı

Gəncə şəhərində sərnişin avtobusu qəzaya uğrayıb. Oxu Az-ın məlumatına görə, "Hyundai" markalı sərnişin avtobusu "Range Rover" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində avtobusda olan üç sərnişin xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır

15 iyun
.

Bu yay hansı ayaqqabılar trend olacaq?

Yay mövsümü yaxınlaşdıqca qarderoblar yenilənir və ayaqqabı seçimləri də dəyişir. Bu il rahatlıq və zəriflik ön plandadır. Dizaynerlər gündəlik istifadəyə uyğun modellərlə yanaşı, cəsarətli detalları olan ayaqqabıları da trend siyahısına daxil edib. bu modelləri təqdim edir:. Toxuma detallı sandaletlər

15 iyun
.

Toyda döyülüb evə qayıtdı, qonşusunun başını kəsdi - Sabirabaddakı dəhşətli qətlin TƏFƏRRÜATI

Lənkəran Ağır Cinayətlər Məhkəməsində həmkəndlisini xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Əli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Ə.Əliyev 19 il azadlıqdan məhrum edilib. İttiham

15 iyun
.

Rəsmi Bakı: "ABŞ və İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq"

"Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma Memorandumu üzrə əldə olunmuş razılaşmanı alqışlayırıq". xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. "Pakistan İslam Respublikasının danışıqlar prosesində mühüm vasitəçilik rolunu, eləc

15 iyun
.

Gəncədə iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, qəza şəhərin Atatürk prospektində qeydə alınıb. Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində 1984-cü il təvəllüdlü Q.Mehdiyev, 1977-ci il təvəllüdlü A.Bədirov, 1985-ci il təvəllüdlü R.Cəfərov və 2016-cı il təvəllüdl

15 iyun
.

KİV: FIFA Tramp üçün protokol qaydalarını pozacaq

FIFA ABŞ Prezidenti Donald Tramp üçün istisna edəcək və ona dünya çempionatının qalibi olan komandaya kuboku şəxsən təqdim etməyə icazə verəcək. bu barədə "talkSPORT"a istinadən xəbər verir. Mənbələrin məlumatına görə, FIFA mundialın başa çatmasını futbolçularla birlikdə bayram etmək, yoxs

15 iyun
.

Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə o, "X" hesabında paylaşım edib. "Can Azərbaycanın 15 İyun - Milli Qurtuluş Gününü ən səmimi duyğularımla təbrik edir, bir millətin iki dövləti, tək ürəyi daşıya

15 iyun