Azərbaycanda ayılar şəhər mərkəzində vahimə yaratdı - YENİLƏNİB + VİDEO
"Bu gün səhər saatlarında Balakən rayonunun Mahamalar kəndindən keçən yolda iki ayı balasına rast gəlinib".
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan video görüntülərdən aydın olur ki, bu heyvanlar bala ayılardır:
"Ayılar iki yaşında olduqda ana ayı balaları özündən ayırır və balaların təbii instinktlərə yiyələnməsi, özlərinə yem axtarması üçün onlar artıq sərbəst həyat tərzi keçirməyə başlayırlar. Çox güman ki, balalar kəndin yaxınlığındakı meşəlik ərazidən yollarını azaraq kəndə daxil olublar. Hazırda meyvənin bol olduğu bir mövsümdür, ayılar da meyvələrlə, giləmeyvələrlə qidalandığına görə ehtimal ki, kənd ətrafındakı bağlarda qida axtarışında olublar. Səbəblərdən biri də kənd evlərindəki itlərin onları hürkütməsi ola bilər.
Belə olan təqdirdə bu heyvanlara hər hansı bir müdaxilə etmək, onları təqib etmək qətiyyən olmaz. Çünki bu zaman heyvanlar stresə düşürlər və onlarda aqressivləşmə baş verir. Göründüyü kimi onlar körpədirlər. Əksinə, müdaxilə olmazsa, onlar ərazini sakit şəkildə tərk edəcəklər".
"Videodan göründüyü kimi insanlar onları nəqliyyat vasitələri ilə təqib edirlər. Belə olanda, əksinə insanın özü üçün təhlükə yaranır. Bu baxımdan şəhər mərkəzlərində, hər hansı yaşayış məskənlərində vəhşi heyvan görünən zaman müdaxilə etmədən onların ərazini tərk etmələrinə şərait yaratmaq lazımdır.
Əhalidən xahiş edirik ki, vəhşi heyvanın şəhər küçələrində görünməsini anlayışla qarşılasınlar, təmkinli olsunlar, vəhşi heyvanın olduğu əraziyə yaxınlaşmasınlar, onu hürkütməsinlər. Bu, qeyri-adi bir hadisə deyil, vəhşi heyvanların şəhər və qəsəbələrdə görünməsi dünyanın bir çox yerlərində zaman-zaman müşahidə olunur. Bu baxımdan insanları duyarlı olmağa, daha həssas davranmağa çağırırıq" - deyə o əlavə edib.
10:46
Balakəndə ayı balaları peyda olub.
Oxu.Az xəbər verir ki, səhər saatlarında Balakən şəhərinin küçələrində qaçan ayı balaları vahiməyə səbəb olub.
Digər görüntü isə Balakənin Mahamalar kəndi yaxınlığında lentə alınıb.
Lentə alınan görüntülərdə avtomobil yolu ilə qaçan vəhşi heyvanların meşəyə tərəf qovulduğu deyilir.
Həmin videogörüntüləri təqdim edirik:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 5918 Tarix: 08 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Aslan Fətullayevin nəşi Bakıya gətirildi
Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayevin nəşi Moskvadan Bakıya gətirilib. xəbər verir ki, bu məlumatı -a açıqlamasında Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova verib. "Aslan müəllimin nəşi bu gün səhər saat 05:30-da Moskvadan gətirilib. Direktorumuz
12 noyabrMusiqi adı altında uşaqlara hansı dəyərlər aşılanır? - PSİXOLOQDAN AÇIQLAMA
Son dövrlər azyaşlı uşaqlar arasında narkotik maddələri, cinayətkar həyat tərzini və həbsxana mühitini təbliğ edən mahnılara maraq diqqət çəkir. Xüsusilə sosial şəbəkələr və musiqi platformaları vasitəsilə yayılan bu cür mahnılar uşaqların gündəlik dinlədiyi musiqilərin bir hissəsinə çevrilir. Mahnıları
11 noyabrGecə səs-küy salan qonşuları hansı cəza gözləyir? - AÇIQLAMA
Gecə saatlarında yaşayış binalarında yüksək səslə musiqi dinlənilməsi, təmir işlərinin aparılması və digər səs-küy yaradan hallar sakinlər arasında narazılığa səbəb olur. İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsi gecə vaxtı dincliyin pozulmasına görə məsuliyyət nəzərdə tutur. Lakin bu normanın tətbiqind
12 noyabrƏməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək
Almaniyanın Fulda şəhərində vəfat edən bəstəkar, orqan ifaçısı və pianoçu-improvizator, Əməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək. Bu barədə Qaynarinfo-ya Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, komitənin tabeliyindəki Azərbayca
12 noyabrMənşəyi bilinməyən toyuq əti hansı təhlükələri yaradır? - EKSPERTDƏN AÇIQLAMA
Zabrat qəsəbəsindəki ət emalı müəssisəsində mənşəyi məlum olmayan və müşayiətedici sənədləri olmayan toyuq ətinin aşkarlanması qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Mənşəyi və saxlanma şəraiti bilinməyən məhsullar bakterial çirklənmə, qida zəhərlənməsi və müxtəlif infeksiyalar baxımında
12 noyabrYerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
Torpaqları tullantılarla zibilləndirən, çirkab sularla çirkləndirən və münbit qatını korlayan şəxslər minlərlə manat cərimələnə bilər. Trend-ə istinadla xəbər verir ki, hüquqi şəxslər üçün cərimənin məbləği 10 min manata qədər yüksəlir. Belə ki, torpaqların, o cümlədən meşə fondu torpaqlarının tullantılarl
10 noyabrVəfat edən rəisin yerinə müavini gətirildi (FOTO)
Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinə yeni rəhbər təyin edilib. Qaynarinfo-nun məlumatına görə, bu vəzifəyə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəis müavini Sadıxov Əlisultan Sənan oğlu gətirilib. Qeyd edək ki, Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyə
12 noyabr