Vaksinin üçüncü dozası niyə vacibdir? - VİDEO
"Koronavirus infeksiyasına qarşı iki doza vaksin vurdurduqdan altı ay sonra qanda bu virusa qarşı qoruyuculuq azalır. Yenidən bu virusa qarşı anticisimləri yüksəltmək üçün isə mütləq üçüncü, yəni buster doza vaksin vurdurmaq lazımdır".
Bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev deyib.
Onun sözlərinə görə, buster dozanın istifadəsi yüksək risk qrupuna daxil olanlar üçün məqsədəuyğundur və əhəmiyyəti daha çoxdur.
Vasif Əliyev bildirib ki, buster doza yüngül yoluxmaları önləyə və virusun yayılmasını, eləcə də COVID-19-la bağlı hospitalizasiya və ölümləri azalda bilər:
"Üçüncü doza virusla savaşan anticisimləri öncəki dozalardan üç dəfə daha çox gücləndirir. Bununla yanaşı, bu anticisimlər koronavirusun ştamlarına qarşı güclüdür".
Qeyd edək ki, dünya ölkələrində də artıq buster dozanın vurulmasına başlanılıb. ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin və İngiltərənin Milli Səhiyyə Xidmətinin məlumatlarına əsasən tədqiqatlar nəticəsində buster dozanın effektivliyi sübut olunub.
Aparılmış tədqiqatlara görə, buster doza almış şəxslərdə yoluxmadan qorunma 11, ağırlaşmalardan qorunma isə 19 dəfə artıb./ "Xəzər Xəbər"
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1099 Tarix: 08 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bank kartları ilə bağlı - Daha bir qadağa
Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi
24 sentyabr"Bakcell"də hədiyyə mövsümü başladı
"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl
24 sentyabrÇingiz Mustafayevin çəkdiyi Ləfxanım yenidən Xocalıya qayıtdı - Video
Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı zamanı lentə aldığı kadrlarla yaddaşlarda qalan Ləfxanım Mahmudova 34 ildən sonra doğma yurduna, Xocalıya qayıdıb. Bu barədə "Qafqazinfo"ya Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti v
24 sentyabrSabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
"Bakı Metropoliteni" QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə məlumatına əsasən, xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədilə sentyabrın 23-dən "Xocəsən"
22 sentyabr