Döyüşçülər: "Hadrutu qarış-qarış geri aldıq" - FOTO

Döyüşçülər: "Hadrutu qarış-qarış geri aldıq" - FOTO2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları sonda tarixi qələbə ilə nəticələndi. Vətən müharibəsi dövründə demək olar ki, hər gün kəndlərin, qəsəbələrin, şəhərlərin işğaldan azad olunması xəbəri gəlirdi. Ötən ilin məhz bu günü Azərbaycan xalqını sevindirən xəbərlərdən biri də Hadrut qəsəbəsinin işğaldan azad olunması idi. Artıq bu gün Azərbaycan xalqı 28 il düşmən işğalı altında olan Hadrut qəsəbəsinin işğaldan azad olunmasının birinci ildönümünü qeyd edir. Ötən il Ali Baş Komandanın rəhbərliyi altında şanlı Ordumuzun keçirdiyi uğurlu əks-hücum əməliyyatı nəticəsində Hadrut qəsəbəsi işğalçılardan təmizləndi və bununla da Müzəffər Azərbaycan Ordusu 28 illik həsrətə son qoydu. Hadrutun geri alınması uğrunda gedən döyüşlər Azərbaycan Ordusunun həyata keçirdiyi möhtəşəm əməliyyatlardan biri olub.

Hadrut uğrunda gedən əməliyyatda iştirak edən döyüşçülər "Report"a açıqlamasında deyiblər ki, qəsəbənin azad edilməsi müharibənin taleyini həll edən əməliyyatlardan biri olub. Çünki Azərbaycan Ordusu məhz Hadrutun azad olunmasından sonra Şuşaya doğru istiqamət alıblar.

Qazi Qorxmaz Teymurlu deyir ki, Hadruta daxil olmaq çox çətin əməliyyatlar nəticəsində mümkün olub. Onun sözlərinə görə, döyüş yoldaşları ilə birlikdə keçilməz yollardan, dağlardan və kolluqlardan irəliləyərək qəsəbəyə daxil olublar: "Biz Hadrutu qarış-qarış geri almışıq və düşmən tapdağından azad etmişik. Bunlar hamısı yadda qalan günlərdir. Ötən ilin bu günləri hərbçi yoldaşlarımızla bu torpaqlarda döyüşürdük. Gücümüz isə tükənməz idi və buna görə də ordumuz hər gün daha da irəliləyirdi".
Döyüşçülər: "Hadrutu qarış-qarış geri aldıq" - FOTOQ.Teymurlu bildirir ki, döyüşlərin şiddətli vaxtında ən yaxın dostlarından biri şəhid olub. Onun sözlərinə görə, dostunun şəhid olması ona daha da güc və qüvvət verib. Buna görə də, şəhid dostunun qisasını almaq üçün özünə söz verib: "Təsəvvür edin ki, hər zaman bir yerdə olduğunuz döyüş yoldaşınız gözünüzün önündə şəhid olur. Biz o zaman özümüzə bir daha söz verdik ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Belə də oldu, Allaha çox şükürlər olsun ki, qisasımızı da aldıq, torpaqlarımızı da aldıq".

Azərbaycan Ordusunun polkovnik-leytenantı Firuz Bədəlov isə söyləyir ki, Hadrut düşməndən təmizləndikdən sonra qəsəbədə mövqe tutublar və ətrafdakı hakim yüksəkliklərin müdafiə və mühafizəsini təşkil ediblər:
Döyüşçülər: "Hadrutu qarış-qarış geri aldıq" - FOTO"Bizim bölmələrimiz Hadruta girdikdə düşmən çaxnaşmaya düşmüşdü. Çünki onlar bizim bölmələrimizin hansı istiqamətdən girəcəyini müəyyən edə bilmirdilər. Biz demək olar ki, bütün cinahlardan qəsəbəyə daxil olmuşduq. Onlar isə elə düşünürdü ki, sanki, Azərbaycan Ordusu onların müqavimətinə rast gəldikdən sonra dayanacaq. Amma təbii ki, əməliyyat onların gözlədikləri kimi olmadı. Çünki Azərbaycan Ordusunun döyüşçüləri çox güclü, qorxmaz, peşəkar və qüdrətlidir. Ona görə də ermənilər Azərbaycan əsgərinin qarşısında duruş gətirə bilməyərək Hadrut-Tuğ yolu vasitəsilə pərakəndə şəkildə öz texnikalarını, silah-sursatlarını qoyub qaçırdılar".
Döyüşçülər: "Hadrutu qarış-qarış geri aldıq" - FOTOXüsusi Təyinatlı Qüvvələrin zabiti isə bildirib ki, Hadrut istiqamətində çox güclü döyüş əməliyyatları həyata keçirilib. Onun sözlərinə görə, istənilən çətinliyə baxmayaraq qarşıda qoyulan məqsəd tapşırıqları icra etmək və torpaqları azad etmək olub: "Çünki qarşımızdakı məqsəd Hadrutu düşməndən azad etmək idi. Buna görə də cənab Ali Baş Komandanın əmri ilə bütün gücümüzü ortaya qoyduq və verilən bütün tapşırıqları yerinə yetirərək Hadrutu işğaldan azad etdik. Biz həm də şəhidlərimizin də qisasını aldıq".
Döyüşçülər: "Hadrutu qarış-qarış geri aldıq" - FOTOHərbi ekspert Ruslan İmamquliyev bildirir ki, Hadrutun yerləşdiyi ərazinin relyefi dağlıq olduğundan burada döyüş əməliyyatları da çətin keçib. Çünki yüksək strateji nöqtələrdə mövqe tutan düşmən özünü çox rahatlıqla müdafiə edə bilirdi. Belə bir dağlıq yerdə əks-hücum əməliyyatları aparmaq isə çox çətin prosesdir: "Bunu düşmən də bilirdi. Amma buna baxmayaraq Rəşadətli Azərbaycan Ordusunun qarşısında tab gətirməyən düşmən geri çəkilməyə məcbur edildi. Azərbaycan Ordusu Şişdağ silsiləsini aşaraq düşmənə hücum etdi. Şişdağ silsiləsini keçmək də asan məsələ deyil. Çünki söhbət 1300-1400 metr yüksəkliyi aşmaqdan gedir. Bu dağ silsiləsini isə ancaq və ancaq çox hazırlıqlı, bacarıqlı piyada qoşunları, xüsusi təyinatlı qüvvələr, ordu korpuslarının həmlə və kəşfiyyat taborları aşa bilərdi və elə də oldu. Beləliklə, əməliyyat uğurla icra olunduqdan sonra Hadrut işğaldan azad olundu".
Döyüşçülər: "Hadrutu qarış-qarış geri aldıq" - FOTORəşadətli Azərbaycan Ordusu Hadrutu azad etdikdən sonra düşmən uğursuzluğuna dözə bilməyərək qoca və çəlimsiz ermənilərdən düzəltdikləri "müzəffər" ordularında ruh yüksəkliyi yaratmaq üçün guya qəsəbənin hələ də onların nəzarətində olduğu barədə dezinformasiyalar yayırdılar.
Döyüşçülər: "Hadrutu qarış-qarış geri aldıq" - FOTOOnların başı yaydıqları yalan dolu məlumatlara qarışdığı halda Azərbaycan əsgəri hər gün neçə-neçə kənd və şəhərləri azad etməkdə davam edirdi. Elə bu davamiyyət sonda böyük bir zəfərin qazanılmasına gətirib çıxardı.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 830   Tarix: 09 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir

"Əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın təkmilləşdirilməsini zəruri edir". "Qafqazinfo" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirini

11 noyabr
.

Mənşəyi bilinməyən toyuq əti hansı təhlükələri yaradır? - EKSPERTDƏN AÇIQLAMA

Zabrat qəsəbəsindəki ət emalı müəssisəsində mənşəyi məlum olmayan və müşayiətedici sənədləri olmayan toyuq ətinin aşkarlanması qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Mənşəyi və saxlanma şəraiti bilinməyən məhsullar bakterial çirklənmə, qida zəhərlənməsi və müxtəlif infeksiyalar baxımında

12 noyabr
.

Gecə səs-küy salan qonşuları hansı cəza gözləyir? - AÇIQLAMA

Gecə saatlarında yaşayış binalarında yüksək səslə musiqi dinlənilməsi, təmir işlərinin aparılması və digər səs-küy yaradan hallar sakinlər arasında narazılığa səbəb olur. İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsi gecə vaxtı dincliyin pozulmasına görə məsuliyyət nəzərdə tutur. Lakin bu normanın tətbiqind

12 noyabr
.

Aslan Fətullayevin nəşi Bakıya gətirildi

Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayevin nəşi Moskvadan Bakıya gətirilib. xəbər verir ki, bu məlumatı -a açıqlamasında Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova verib. "Aslan müəllimin nəşi bu gün səhər saat 05:30-da Moskvadan gətirilib. Direktorumuz

12 noyabr
.

Azərbaycanın bu şəhərində 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya...

"Sumqayıt şəhərində istismar müddətini başa vurmuş və qəzalı vəziyyətdə olan yaşayış binalarının mərhələli şəkildə sökülməsi nəzərdə tutulur". -in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb. Onun sözlərinə görə, proses çərçivəsində ümumilikd

11 noyabr
.

Saxta zeytun yağını necə müəyyən etmək olar? - Alıcıların diqqət etməli olduğu məqamlar - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Zeytun yağı sağlam qidalanmada geniş istifadə olunan məhsullardan biri hesab edilir. Lakin marketlərdə müxtəlif marka və qiymətlərlə satışa çıxarılan zeytun yağlarının hamısı eyni keyfiyyətə malik deyil. Bəzi məhsulların tərkibi, istehsal üsulu və saxlanma şəraiti onların keyfiyyətinə birbaşa təsir göstərir

12 noyabr
.

Evdə halı pisləşən 25 yaşlı qız öldü

Sumqayıt şəhərində gənc qız müəmmalı şəkildə vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 11-i saat 12 radələrində Hacı Zeynalabdin qəsəbəsində baş verib. 2001-ci il təvəllüdlü Fəxriyyə Məmmədova halı pisləşdiyi üçün təcili tibbi yardım avtomobili ilə yaşadığı evdən xəstəxanay

12 noyabr
.

Azərbaycanda Konstitusiya Günüdür

Bu gün Azərbaycan Respublikasının əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. Ölkə Konstitusiyası 30 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi. Azərbaycan dövlətinin ilk Konstitusiyas

12 noyabr
.

Arvadının iynə vurduğu kişi öldü

Lənkəran rayonunda ev şəraitində iynə vurulan şəxs ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 10-u saat 16 radələrində Veravul kəndində baş verib. 1970-ci il təvəllüdlü Qasımov Rasim Qasım oğlu yaşadığı evdə arvadının ona iynə vurması nəticəsində şok keçirib. O, qısa vaxt sonra dünyasın

11 noyabr