"Yaxşı oğlanın anası..." - Şəmkirdə bu cümləyə görə qətl
Bu ilin yanvarında Şəmkirdə həmyaşıdını bıçaqlayaraq öldürən 17 yaşlı yeniyetmənin cinayət işi ilə bağlı detallar bəlli olub.
Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, iş üzrə aparılan məhkəmə araşdırmasında məlum olub ki, R. Hüseynov tanışı Əhliman Tağıyevi anasının ünvanına dediyi ifadələrə görə öldürüb. Belə ki, R.-nin anası ikinci dəfə ailə qurubmuş. Ə.Tağıyev R.Hüseynovla ortaq dostlarına "R.-lə dostluq etmək məsləhət deyil", "yaxşı oğlanın anası ikinci dəfə ailə qurmaz", "R.-ə salam verən mənə salam verməsin" kimi sözlər deyib. Bunu öyrənən R.Hüseynov Əhliman Tağıyevi bıçaqlayaraq öldürüb.
Məhkəmədə dindirilən R.Hüseynov özünü qismən təqsirli bildiyini deyib:
"Ofisiant işlədiyim restoranda Əhlimanla münasibətimiz yarandı. 2020-ci ilin yayında aramızda narazılıq olub. Onun qohumundan xoşum gəlirdi. Mən də həmin qıza instaqramdan tanışlıq məqsədilə mesajlar yazmışdım. Həmin qız bu barədə Əhlimana dediyinə görə aramızda narazılıq yaranmşdı".
Həmin vaxtdan sonra Ə.Tağıyevlə R.Hüseynov arasında münasibətlər korlanıb:
"Bir dəfə Əhliman dostumuz Nəzmini kənara çəkərək mənimlə dostluq etməyin məsləhət olmadığını deyib. Öyrəndim ki, mənim barəmdə "yaxşı oğlanın anası ikinci dəfə ailə qurmaz", "R.-ə salam verən mənə salam verməsin" kimi sözlər deyib. Əhliman dəfələrlə uşaqların yanında anamın ikinci dəfə ailə qurmasına görə məni təhqir edib. Bu barədə onun özünə mesaj yazdım. Əhliman cavab olaraq mənə ana- bacı söyüşü söydü".
Bundan sonra Ə.Tağıyevin Məmməd adlı dostu R.Hüseynova zəng edərək aralarında olan mübahisənin doğru olmadığını, bir yerdə çay içib söhbətin bağlanmasını, münaqişənin mehribançılıqla bitməsini xahiş edib. Bu məqsədlə 5 yanvar 2021-ci il tarixdə görüş planlaşdırılıb. Lakin görüş vaxtı yenidən münaqişə yaranıb.
"Həmin gün Əhliman yenə zəng edib mənə ana-bacı söyüşü söydü. Məmməd mənə Əhlimanın üzərində bıçaq ola biləcəyini dedi. Bir az sonra Əhliman, Məmməd, Sənan, Aydın və Həsən görüşdük. Əhlimanı qorxutmaq üçün üzərimdəki bıçağı çıxardım, ona bir bıçaq zərbəsi vurdum", - deyə təqsirləndirilən şəxs qeyd edib.
Qeyd edək ki, Ə.Tağıyev aldığı xəsarətlərdən dünyasını dəyişib. R.Hüseynov hadisəni törədərkən 17 yaşında olub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 9 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası verilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2306 Tarix: 09 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
"Əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın təkmilləşdirilməsini zəruri edir". "Qafqazinfo" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirini
11 noyabrMənşəyi bilinməyən toyuq əti hansı təhlükələri yaradır? - EKSPERTDƏN AÇIQLAMA
Zabrat qəsəbəsindəki ət emalı müəssisəsində mənşəyi məlum olmayan və müşayiətedici sənədləri olmayan toyuq ətinin aşkarlanması qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Mənşəyi və saxlanma şəraiti bilinməyən məhsullar bakterial çirklənmə, qida zəhərlənməsi və müxtəlif infeksiyalar baxımında
12 noyabrGecə səs-küy salan qonşuları hansı cəza gözləyir? - AÇIQLAMA
Gecə saatlarında yaşayış binalarında yüksək səslə musiqi dinlənilməsi, təmir işlərinin aparılması və digər səs-küy yaradan hallar sakinlər arasında narazılığa səbəb olur. İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsi gecə vaxtı dincliyin pozulmasına görə məsuliyyət nəzərdə tutur. Lakin bu normanın tətbiqind
12 noyabrAslan Fətullayevin nəşi Bakıya gətirildi
Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayevin nəşi Moskvadan Bakıya gətirilib. xəbər verir ki, bu məlumatı -a açıqlamasında Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova verib. "Aslan müəllimin nəşi bu gün səhər saat 05:30-da Moskvadan gətirilib. Direktorumuz
12 noyabrEvdə halı pisləşən 25 yaşlı qız öldü
Sumqayıt şəhərində gənc qız müəmmalı şəkildə vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 11-i saat 12 radələrində Hacı Zeynalabdin qəsəbəsində baş verib. 2001-ci il təvəllüdlü Fəxriyyə Məmmədova halı pisləşdiyi üçün təcili tibbi yardım avtomobili ilə yaşadığı evdən xəstəxanay
12 noyabrAzərbaycanda Konstitusiya Günüdür
Bu gün Azərbaycan Respublikasının əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. Ölkə Konstitusiyası 30 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi. Azərbaycan dövlətinin ilk Konstitusiyas
12 noyabrArvadının iynə vurduğu kişi öldü
Lənkəran rayonunda ev şəraitində iynə vurulan şəxs ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 10-u saat 16 radələrində Veravul kəndində baş verib. 1970-ci il təvəllüdlü Qasımov Rasim Qasım oğlu yaşadığı evdə arvadının ona iynə vurması nəticəsində şok keçirib. O, qısa vaxt sonra dünyasın
11 noyabr