Batumi faciəsinə görə Gürcüstanda matəm elan edildi
Batumi faciəsi ilə əlaqədar olaraq Gürcüstanda 11 oktyabr matəm günü elan edilib.
Bu barədə respublikanın Baş naziri İrakli Qaribaşvili bəyan edib.
"Mən qurbanların ailələrinə və yaxınlarına başsağlığı verirəm. Onlarla birlikdə bütün Gürcüstan bu dəhşətli faciəyə görə kədərlidir. Qərarıma əsasən 11 oktyabr qurbanların xatirəsinə ehtiram əlaməti olaraq matəm günü elan ediləcək".
Onun sözlərinə görə, dövlət bütün zərərçəkənlərə yardım göstərəcək, cinayətkarlar isə qanun çərçivəsində sərt şəkildə cəzalandırılacaqlar.
Xatırladaq ki, oktyabrın 8-də Batuminin mərkəzində yeddimərtəbəli yaşayış binasının bir hissəsi uçub. İndiyə qədər biri azyaşlı olmaqla altı nəfərin öldüyü bildirilib. Xilas edilənlərdən birinin vəziyyəti ağır qiymətləndirilir. Dağıntılar altında qalanların axtarışı davam edir.
Faciə ilə bağlı aparılan istintaq çərçivəsində üç nəfər həbs olunub. Onlardan biri binada təmir işi aparılan mənzilin sahibi, digər iki nəfər isə fəhlədir./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1508 Tarix: 09 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vətən müharibəsinin 22 iştirakçısı polis oldu
Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua
17 sentyabr 2021"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu
Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy
17 sentyabr 2021Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO
Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs
18 sentyabr 2021Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək
Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten
18 sentyabr 2021Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18 sentyabr 2021TƏBİB-ə yeni səlahiyyət verildi
Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri
17 sentyabr 2021