Polis şöbəsindəki qətllə bağlı yeni açıqlama: "Təhqiqatçı olmasaydı bizi də güllələyərdi" - AUDİO

Polis şöbəsindəki qətllə bağlı yeni açıqlama: "Təhqiqatçı olmasaydı bizi də güllələyərdi" - AUDİO"Xanım heç vaxt sosial şəbəkələrdən istifadə etməyib. Yoldaşı çox qısqanc idi deyə onun telefonunda "Youtube" proqramından başqa heç bir proqram olmayıb. Oğlu məktəbə başlayandan onların problemləri daha da artıb. İsmayıl Xanımın "WhatsApp" belə işlətməsinə icazə vermirdi. Oğlunun valideynlər qrupuna da İsmayıl öz nömrəsini əlavə etmişdi ki, kim nə yazsa hamısını bilsin. 10 gün deyildi uşağı məktəbə aparırdı, artıq neçə dəfə Xanımla mübahisə etmişdi. İsmayıl işdə olanda valideynlər qrupundan bir valideyn Xanımdan digərinin nömrəsini istəyib. O da o mesajı oxuyub, əsəbiləşib ki, səndə onların nömrəsi hardandır ki, kimsə də səndən istəyir?!".

Bu sözləri Oxu.Az-a açıqlamasında sentyabrın 30-da Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədovun xidmətdə olarkən 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq qətlə yetirdiyi həyat yoldaşı Xanım Məmmədovanın bibisi Gülər Yolçuyeva deyib.

Onun sözlərinə görə, İsmayıl Məmmədov X.Məmmədovaya küçəyə tək çıxmağa icazə vermirmiş:

"Uşaq məktəbə getdiyi üçün məcbur aparıb-gətirirdi. Məktəblə evin arasındakı məsafəni təxminən hesablayıb Xanıma vaxt qoymuşdu ki, tez gedib uşağı qoyub qayıdırsan evə. Evdən çıxanda da, evə qayıdanda da İsmayıla məlumat verməli idi. Biz oğlanı pisləmirik, bunu onun bacıları da, anası da bilir ki, xasiyyəti xasiyyət deyildi. Qətl günündən bir gün əvvəl "WhatsApp"da valideynlər qrupunda uşaqlardan birinin anasının Xanımdan nömrə istəməsi onu qəzəbləndirib. Xanım danışırdı ki, işdən evə gəlib, qapını açan kimi ayaqqabılarını da çıxarmamış qızın saçlarından yapışıb. Başını divardan-divara vurub, sürüyüb. Başına təpiklə zərbələr vurub. Birdən telefonuna zəng gəlib, çıxıb işə qayıdıb. Bəlkə də zəng gəlməsəydi döyüb pis günə salacaqdı. Ev telefonunu, Xanımın telefon nömrəsini sındırıb, qapını da bağlayıb çıxdıqdan sonra, Xanım evdəki açarla qapını açıb, uşaqları da götürüb bizə gəldi".

G.Yolçuyeva deyir ki, X.Məmmədovanın ölümündən sonra yayılan və döyüldüyünü özündə əks etdirən şəkilləri o çəkib:

Polis şöbəsindəki qətllə bağlı yeni açıqlama: "Təhqiqatçı olmasaydı bizi də güllələyərdi" - AUDİO"Bizə gələndə gördüm ki, döyülüb. Saçı, başı nə vəziyyətdə idi. O qədər döymüşdü ki, bədəni ağrıyırdı. Mən Xanımı qucaqlaya bilmədim, dedi bibi, ağrıyıram, əl vurma. Ekspertizaya getmək istəyirdi, dedi daha dözə bilmirəm. Polisə şikayət edəcəm dedi. Mən təəccübləndim ki, polis nədir? Bizim nəsildə belə şey olmayıb ki, arvad ərini polisə versin, təəccübləndim. Dedi "bibi yox, daha həyatımdan bezdiriblər, dözə bilmirəm". Atasına, anasına yazdı. Onlar da mənim kimi polisə şikayət verməsinə razı olmadılar. Anasından küsdü ki, onun qərarın dəstəkləmirlər. Fikrində durdu, 102-yə yığdı. Biz düşündük ki, yönləndirərlər Biləcəri Polis Şöbəsinə, gəlib evdə izahatını alarlar. Onlar isə dedi ki, prosedur qaydası var, sabah saat 9-a qədər gəlin Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə. Deyilən vaxtda getdik, təhqiqatçının otağına yönləndirdilər. Xanım şikayət ərizəsini yazdı, yoldaşının da polis olduğunu dedi. Təhqiqatçı da İsmayıl Məmmədovun nömrəsini istədi, biz verdik. O da zəng elədi. Biz də xahiş etdik ki, gəlməsin, qarşılaşmayaq. Biz qorxurduq ki, uşaqları götürər, zorbalıq edər. Təhqiqatçı da dedi ki, onu başqa otaqda dindirəcəm, narahat olmayın. Üç-beş dəqiqə təhqiqatçı otaqdan çıxdı sonra yenidən otağa qayıtdı. Biz də otaqda gözləyirik ki, o çıxsın getsin, biz də çıxaq gedək. Bəlkə də yolda, taksiyə minəndə də vuracaqdı, nə bilim. Təhqiqatçı otaqda masasının arxasında, Xanım oturub qarşısında, mən də uşaqlarla qapının yanında oturmuşam. Birdən qapı açıldı, İsmayıl girdi otağa, təhqiqatçı dedi ki, otaqdan çölə çıx. Təhqiqatçı onu içəri dəvət eləmədi. Çöldə də onu içəri buraxmayıblar yəqin, deyib ki, uşaqları görüm, öpüm çıxıram. Vaqif mənim yanımda idi, əyildi onu öpdü. Sonra qızına - Yağmura tərəf uzandı, amma öpdü-öpmədi bilmədim. Tez divara çəkildi, silahı hazırlamadı, atışa hazır vəziyyətdə idi. Fasiləsiz atəş açmağa başladı. Təhqiqatçı cəld gəlib silahı İsmayılın əlindən almağa çalışdı, amma barmağını tətikdən çəkə bilmədi. Otaq elə bil gülləbaran oldu. 15 gilizin hamısını boşaldı, yeddisi Xanıma dəydi. Bilmədim, bəlkə təhqiqatçı olmasaydı, onu saxlamasaydı, o biri polislər gəlməsəydi bizi də güllələyərdi, bilmirəm".

G.Yolçuyeva deyir ki, güllə səsi dayanandan sonra X.Məmmədovaya tərəf çevriləndə onun masa ilə stul arasında yerdə uzandığını görüb və elə bilib ki, güllədən gizlənir:

"Həmin an mən bilmədim ki, Xanım Məmmədovaya güllə dəyib. Elə bildim ki, özü yıxılıb stolun altına. Birdən təcili yardım çağırdılar, mən narahat oldum. Uşaqlara baxdım ki, görüm kimə nə olub. Polislər mənim qarşımda canlı sədd qurdular və o tərəfi görmədim. Xanımı necə apardıqlarını tam görə bilmədim, polislərin arasından gördüm ki, yerə qan damcıları düşür. Onda artıq qışqırdım ki, nə olub ona. Elə bildim əlinə-ayağına dəyər yəqin, ağlıma gəlmədi ki ölüb. Mənə axşama qədər heç kim heç nə demədi. Xanımın xalası gəlib uşaqları götürüb apardı, məni də prokurorluğa apardılar. Mən bu hadisənin şokundan çıxa bilmirəm. Bütün bir ailəni bədbəxt elədi, bizim də , özlərinin də, bu körpə uşaqların da həyatını məhv elədi. Biz istəyirik ki, qatil layiq olduğu cəzasını alsın".

Qeyd edək ki, Xanım Məmmədova sentyabrın 30-da Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsində Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı xidməti silahla qətlə yetirilib. İ.Məmmədov işdən çıxarılıb, onun barəsində həbs qətimkan tədbiri seçilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 5937   Tarix: 09 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir

"Əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın təkmilləşdirilməsini zəruri edir". "Qafqazinfo" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirini

11 noyabr
.

Mənşəyi bilinməyən toyuq əti hansı təhlükələri yaradır? - EKSPERTDƏN AÇIQLAMA

Zabrat qəsəbəsindəki ət emalı müəssisəsində mənşəyi məlum olmayan və müşayiətedici sənədləri olmayan toyuq ətinin aşkarlanması qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Mənşəyi və saxlanma şəraiti bilinməyən məhsullar bakterial çirklənmə, qida zəhərlənməsi və müxtəlif infeksiyalar baxımında

12 noyabr
.

Gecə səs-küy salan qonşuları hansı cəza gözləyir? - AÇIQLAMA

Gecə saatlarında yaşayış binalarında yüksək səslə musiqi dinlənilməsi, təmir işlərinin aparılması və digər səs-küy yaradan hallar sakinlər arasında narazılığa səbəb olur. İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsi gecə vaxtı dincliyin pozulmasına görə məsuliyyət nəzərdə tutur. Lakin bu normanın tətbiqind

12 noyabr
.

Aslan Fətullayevin nəşi Bakıya gətirildi

Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayevin nəşi Moskvadan Bakıya gətirilib. xəbər verir ki, bu məlumatı -a açıqlamasında Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova verib. "Aslan müəllimin nəşi bu gün səhər saat 05:30-da Moskvadan gətirilib. Direktorumuz

12 noyabr
.

Azərbaycanın bu şəhərində 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya...

"Sumqayıt şəhərində istismar müddətini başa vurmuş və qəzalı vəziyyətdə olan yaşayış binalarının mərhələli şəkildə sökülməsi nəzərdə tutulur". -in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb. Onun sözlərinə görə, proses çərçivəsində ümumilikd

11 noyabr
.

Saxta zeytun yağını necə müəyyən etmək olar? - Alıcıların diqqət etməli olduğu məqamlar - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Zeytun yağı sağlam qidalanmada geniş istifadə olunan məhsullardan biri hesab edilir. Lakin marketlərdə müxtəlif marka və qiymətlərlə satışa çıxarılan zeytun yağlarının hamısı eyni keyfiyyətə malik deyil. Bəzi məhsulların tərkibi, istehsal üsulu və saxlanma şəraiti onların keyfiyyətinə birbaşa təsir göstərir

12 noyabr
.

Evdə halı pisləşən 25 yaşlı qız öldü

Sumqayıt şəhərində gənc qız müəmmalı şəkildə vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 11-i saat 12 radələrində Hacı Zeynalabdin qəsəbəsində baş verib. 2001-ci il təvəllüdlü Fəxriyyə Məmmədova halı pisləşdiyi üçün təcili tibbi yardım avtomobili ilə yaşadığı evdən xəstəxanay

12 noyabr
.

Azərbaycanda Konstitusiya Günüdür

Bu gün Azərbaycan Respublikasının əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. Ölkə Konstitusiyası 30 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi. Azərbaycan dövlətinin ilk Konstitusiyas

12 noyabr
.

Arvadının iynə vurduğu kişi öldü

Lənkəran rayonunda ev şəraitində iynə vurulan şəxs ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 10-u saat 16 radələrində Veravul kəndində baş verib. 1970-ci il təvəllüdlü Qasımov Rasim Qasım oğlu yaşadığı evdə arvadının ona iynə vurması nəticəsində şok keçirib. O, qısa vaxt sonra dünyasın

11 noyabr