Şəhid atasına hörmətsizlik edən həkim üzr istədi - YENİLƏNİB + VİDEO
Gədəbəy Rayon Mərkəzi Xəstəxanası şəhid atasına qarşı zorakılıq iddiaları ilə bağlı açıqlama yayıb.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq, Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsini icra edən Əmirxan Aslanov bildirib ki, həkimlə vətəndaş arasında kiçik anlaşılmazlıq olub:
"Burada hər hansı təhqirdən və ya davadan söhbət gedə bilməz. Bununla bağlı vətəndaş qəbul olunub, üzr istənilib. Həkimə isə xəbərdarlıq edilib".
***
Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında şəhid ailəsinə qarşı zorakılıq iddiaları ilə bağlı videoçarx yayılıb.
Videoşikayətdə zorakılığa məruz qaldığını iddia edən şəhid atası danışıb. Gədəbəy rayonunun Novoivanovka kənd sakini, şəhid Bayram Qasımovun atası Arzu Bayramov iddia edir ki, sənəd məsələsi ilə bağlı müraciət etdiyi Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında təhqir edilib:
"Ayın 6-da Gədəbəy rayon mərkəzi xəstəxanasına sənədlə bağlı müraciət etdim. Orada kabinetlərdən birinin qarşısında bir saat gözlədim. Qapı açılmadığı üçün qapını döydüm. Qapını Bayram adlı həkim açdı. Qapıdan girəndə məni kobud qarşıladı və sinəmdən itələdi. Şəhid atasıyam deyib, vəsiqəni göstərdim. Mənə dedi ki, "Onu mənə niyə göstərirsən? Mən nə edim şəhid atasısan? Mənim özüm də qaziyəm, çıx cəhənnəm ol burdan".
Baş həkimi əvəz edən Əmirxan həkimin yanına getdim və vəziyyəti dedim. O da Bayram həkimi çağırdı ki, məndən üzr istəsin. Bayram həkim otağa gəldi və hətta onun yanında başladı məni təhqir etməyə. Əmirxan həkimin otağında əlbəyaxa dava oldu, kənd sakinləri bizi ayırdı. Onlar şəhid ailəsinə hörmət qoymurlarsa, digər vətəndaşlarla necə davranırlar? Xahiş edirəm bununla bağlı tədbir görülsün".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2224 Tarix: 09 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
"Əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın təkmilləşdirilməsini zəruri edir". "Qafqazinfo" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirini
11 noyabrMənşəyi bilinməyən toyuq əti hansı təhlükələri yaradır? - EKSPERTDƏN AÇIQLAMA
Zabrat qəsəbəsindəki ət emalı müəssisəsində mənşəyi məlum olmayan və müşayiətedici sənədləri olmayan toyuq ətinin aşkarlanması qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Mənşəyi və saxlanma şəraiti bilinməyən məhsullar bakterial çirklənmə, qida zəhərlənməsi və müxtəlif infeksiyalar baxımında
12 noyabrGecə səs-küy salan qonşuları hansı cəza gözləyir? - AÇIQLAMA
Gecə saatlarında yaşayış binalarında yüksək səslə musiqi dinlənilməsi, təmir işlərinin aparılması və digər səs-küy yaradan hallar sakinlər arasında narazılığa səbəb olur. İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsi gecə vaxtı dincliyin pozulmasına görə məsuliyyət nəzərdə tutur. Lakin bu normanın tətbiqind
12 noyabrAslan Fətullayevin nəşi Bakıya gətirildi
Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayevin nəşi Moskvadan Bakıya gətirilib. xəbər verir ki, bu məlumatı -a açıqlamasında Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova verib. "Aslan müəllimin nəşi bu gün səhər saat 05:30-da Moskvadan gətirilib. Direktorumuz
12 noyabrEvdə halı pisləşən 25 yaşlı qız öldü
Sumqayıt şəhərində gənc qız müəmmalı şəkildə vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 11-i saat 12 radələrində Hacı Zeynalabdin qəsəbəsində baş verib. 2001-ci il təvəllüdlü Fəxriyyə Məmmədova halı pisləşdiyi üçün təcili tibbi yardım avtomobili ilə yaşadığı evdən xəstəxanay
12 noyabrAzərbaycanda Konstitusiya Günüdür
Bu gün Azərbaycan Respublikasının əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. Ölkə Konstitusiyası 30 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi. Azərbaycan dövlətinin ilk Konstitusiyas
12 noyabrArvadının iynə vurduğu kişi öldü
Lənkəran rayonunda ev şəraitində iynə vurulan şəxs ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 10-u saat 16 radələrində Veravul kəndində baş verib. 1970-ci il təvəllüdlü Qasımov Rasim Qasım oğlu yaşadığı evdə arvadının ona iynə vurması nəticəsində şok keçirib. O, qısa vaxt sonra dünyasın
11 noyabr