Uğurlu Hadrut əməliyyatı

Uğurlu Hadrut əməliyyatıİkinci Qarabağ müharibəsinin ilk günlərindən Azərbaycan ordusunun qarşısında duran əsas vəzifələrdən biri, birinci Dağlıq Qarabağ müharibəsi zamanı Ermənistan qoşunları tərəfindən işğal edilmiş Hadrutun, ona bitişik kənd və yüksəkliklərin düşmən tapdağından azad edilməsi idi. Strateji cəhətdən əlverişli ərazidə yerləşən və bir neçə hakim yüksəkliklərlə əhatə olunmuş qəsəbənin azad olunması Vətən Müharibəsinin müqəddəratına, hadisələrin gələcək inkişafına əhəmiyyətli dərəcədə təsir göstərmək imkanına malik idi. Bu ərazinin əhəmiyyətini başa düşən düşmən Hadrutun müdafiəsinə xüsusi onəm verir və mövqeləndikləri ətraf yüksəklikləri əldən verməməyə çalışırdılar.
Hadrutun azad olunmasınin əhəmiyyətini bilən Ali Baş Komandan rəhbərliyi altında ordumuz bu qəsəbənin və onun ətrafında olan digər işğal altında olan ərazilərimizə nəzarət etmək imkanı verən hakim yüksəkliklərin azad olunması üçün hərəkətə keçdi. Ermənstan ordusu və Ermənstan rəhbərliyi Azərbaycan ordusunu bu istiqamətdən gözləmirdi və bu düşünülmüş addım, hərbi manevr Vətən Müharibəsinin taleyinə əhəmiyyətli təsir göstərdi. Hadrutun düşmən tapdağından azad olunmasında böyük rolu olan xüsusi təyinatlılarımız yüksək peşəkarlıq və döyüş qabiliyyəti nümayiş etdirərək düşmənin dərinliklərinə sizaraq Hadrut ətrafındakı yüksəkliklərdə düşmən mövqelərinin olmasına baxmayaraq Hadrut qəsəbəsinə daxil oldular və uğurlu əməliyyatlar icra etdilər. Hadrut döyüşü İkinci Qarabağ Müharibəsində keçən ən ağır və qanlı döyüşlərdən biri idi. 2-3 gün gedən qanlı döyüşlərdən sonra düşmən müqavimət göstərməyə cəhd etsə də, qəhrəman ordumuzün qətiyyəti və gücü qarşısında tab gətirə bilmədi və ordumuz Hadrut qəsəbəsinə tam nəzarəti öz əlinə götürdü.
Hadrutun işğaldan azad edilməsi həm Ermənistan ordusu, həm də Ermənistan rəhbərliyi və xalqı arasında güclü mənəvi-psixoloji sarsıntı yaratdı. Bu məğlubiyyətin orduya və xalqa göstərəcəyi mənfi təsiri başa düşən Ermənistan rəhbərliyi öz mətbuatında bir müddət Hadrutla bağlı yalan,təzadlı informasiyalar, məlumatlar yaydı. Ancaq həm Ermənistan rəhbərliy və həm də Ermənistan xalqı gözəl anlayır və başa düşürdülər ki, Azərbaycan xalqı üçün vətənin hər qarış torpaşı müqəddəsdir, əzizdir. Və nə qədər ki, işğalçı Ermənistan ordusu işğal altında saxladığı torpaqlarımızı öz xoşu ilə tərk etməyəcək, Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuz onları silah gücü ilə, öz qanı və canı bahasına bu torpaqlardan təmizləyəcək.
9 oktyabr 2020-ci il şanlı tariximizə qədim Azərbaycan torpağı olan Hadrutun düşmən tapdağından azad olunduğu gün kimi yazıldı.Ordumuzun qəhrəman əsgərləri müqqəddəs uç rəngli bayrağımızı növbəti dəfə Hadrutda-Xocavənddə dalğalandırdı.

Könül Əfəndiyeva – YAP üzvü


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 970   Tarix: 13 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrlandiyanın Baş naziri Mixol Martinin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə toplantısında iştirak etmək üçün İrlandiyada səfərdədir. AZƏRTAC xəbər verir ki, noyabrın 12-d

12 noyabr
.

Azərbaycan Konstitusiyası əbədi dövlətçilik yolumuzun hüquqi təməlidir

"1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri, müstəqilliyimizin hüquqi təminatı və gələcək inkişafımızın möhkəm təməlidir. Bu ali hüquqi sənəd Azərbaycan xalqının inkişafı naminə müasir

11 noyabr
.

Zəfərdən suverenliyə və güclü dövlət quruculuğuna gedən yol

Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə, şanlı Zəfərin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündə etdiyi müraciət ölkənin keçdiyi tarixi yolun və qarşıda duran vəzifələrin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu çıxışın məhz Xankəndidə səsləndirilməsi ona xüsusi məna verir

11 noyabr
.

Xankəndidə qələbə təntənəsinin nümayişi

Zəfər Gününün altıncı ildönümü ərəfəsində Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura səfəri bir daha göstərir ki, Azərbaycan üçün 8 Noyabrın mahiyyəti azad edilmiş torpaqlarda hər gün yenidən təsdiqlənir. Bir vaxtlar düşmənin viran qoyduğu kəndlərdə evlərin işıqları yanır, məktəblərin qapılar

11 noyabr
.

Türkiyə Prezidenti Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib. xəbər verir ki, Prezident bu barədə Azərbaycana rəsmi səfərindən dönərkən təyyarədə jurnalistlərə açıqlamasında danışıb. "Mən azərbaycanlı qardaşlarımızı Zəfər Günü münasibətilə bir dah

9 noyabr
.

Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 9 Noyabr - Bayraq Günü münasibətilə sosial media hesablarında paylaşım edib. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

9 noyabr
.

Avropa Siyasi Birliyinin Dublin sammiti: dəyişən geosiyasi reallıqlar, təhlükəsizlik çağırışları və Azərbaycanın strateji mövqeyi

Avropa Siyasi Birliyinin (ASB) Dublin sammiti müasir beynəlxalq münasibətlər sistemində baş verən fundamental dəyişikliklər fonunda xüsusi siyasi əhəmiyyət daşıyır. Təxminən 50 ölkənin liderlərini bir araya gətirən bu toplantı Avropanın yalnız mövcud problemləri müzakirə etmək deyil, həm də gələcək siyasi

12 noyabr
.

Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib

10 noyabr
.

İlham Əliyevin və Mehriban Əliyevanın Liderlər Sammitində iştirak etmək üçün Türkiyəyə səfərinə dair videoçarx

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrı

10 noyabr