Uğursuzluğa düçar olmuş erməni təbliğatı
Ermənilər Hadrut əməliyyatının II Qarabağ müharibəsinin ən əsas əməliyyatlarından biri olduğunu başa düşdükləri üçün bu ərazinin azad edilməsini öz cəmiyyətlərindən hər vəchlə gizlətməyə çalışırdılar. Hadrut Azərbaycan Ordusunun nəzarəti altına keçdikdən sonra belə, ermənilər bu qəsəbənin hələ də onların nəzarəti altında olması ilə bağlı feyk məlumatlar paylaşırdılar. Ən qəribəsi isə həmin saxta məlumatların Ermənistan rəsmiləri tərəfindən təsdiqlənməsi idi. Azərbaycan Ordusu Hadrutda ölkəmizin bayrağını qaldırdı və erməni yalanlarına son qoyuldu
Dövlətimizin başçısı Hadrutun işğaldan azad edildiyini açıqladığı zaman əslində həm də Ermənistanın aldadılan cəmiyyətini, özlərinin rəsmi şəxslərindən daha çox Azərbaycanın Ali Baş Komandanının açıqladığı məlumatlardan həqiqətləri öyrənən insanları baş verənlərdən xəbərdar edirdi. Hadrut əməliyyatının uğurla başa çatması Ali Baş Komandanın, Azərbaycan hərbçilərinin çox yüksək səviyyədə hərbi biliyə malik olmasının, əməliyyatların zərgər dəqiqliyi ilə hazırlanaraq həyata keçirilməsinin nəticəsidir. Bu ərazilərin hamısının müdafiəsi ermənilər tərəfindən gücləndirilmişdi. Buna görə də həmin əməliyyatlar çox böyük ustalıqla hazırlanıb həyata keçirildi. Düşmənin yanından keçib ona arxasından zərbə vuruldu və o darmadığın edildi. Bu səbəbdən Hadrut əməliyyatının hərb elmində çox böyük əhəmiyyəti var və bu əməliyyat çox yüksək dəyərləndirilir.
Hadrutun işğaldan azad edilməsi və Hadrut ətrafındakı yüksəkliklərin ordumuzun nəzarətinə keçməsi Füzuli istiqamətində qoşunlarımızın daha inamla irəliləməsi imkanını genişləndirdi. Paralel olaraq, Azərbaycan Ordusu Hadrutun azad edilməsindən sonra hücum cəbhəsini daha da genişləndirmək üçün imkan əldə etdi. Təbii ki, Hadrutun Qarabağın dağlıq ərazisinə daxil olduğu və ermənilərin buranın geri qaytarılmasına heç vaxt razılaşmadıqları nəzərə alınarsa, bu ərazinin ordumuzun nəzarətinə keçməsi həm də "Dağlıq Qarabağ" seperatçı rejiminin tutduğu ərazilərin Azərbaycanın nəzarətinə keçməsi, "Böyük Ermənistan" ideyasının tarixə qovuşmasının bir başlanğıcı hesab olunardı.
Yalan üzərində qurulan Erməni təbliğatıbütün dünyanı inandırmağa, onlarda saxta rəy yratmağa çalışırdı ki, Erməni əhalisi əsrlər boyu burada yaşayıb. əslində isə Hadruta ermənilər çar Rusiyası tərəfindən İrandan XIX əsrdə köçürülüblər. O vaxta qədər burada erməni yaşamırdı. ərazidə bir dənə də olsun qədim Erməni adidəsi mövcud deyildi. Sonradan yerli tarixi abidələri erməniləşdirən bu saxtakarlar özlərini bu yerlərin qədim sakinləri kimi tədim edirdilər.
Prezident İlham Əliyevin Hadrutun azad edilməsindən sonra söylədiyi "Hadrut qəsəbəsində qanunsuz olaraq Ermənistandan və xarici ölkələrdən ermənilər gətirilib zorla məskunlaşdırılıb. Amma bu qəsəbə salamatdır, bir bina da dağıdılmayıb, bir bina da yandırılmayıb" fikirləri ermənilərlə azərbaycanlıların davranışları, əməlləri arasındakı fərqin ən mükəmməl formada nəzərə çatdırılmasıdır.
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanın bu şəhərində 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya...
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ
Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
Fatma Mahmudova: "Qızıma aldığım mebellərin qapısı açılmamış qaldı"
Bakıda BMW-nin körpüdən aşmasının anbaan görüntüləri
Qonşunuz həyətinizin bir hissəsini zəbt edibsə, torpağınızı necə geri ala bilərsiniz? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
9 gün iş olmayacaq
Arvadının iynə vurduğu kişi öldü
Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib
Alman və fransız dili tədrisi, ingilis dili tələbi: Bölgə gənclərinin iş tapmaq problemi - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Səudiyyədə nikahdankənar uşaq dünyaya gətirən qadına 100 şallaq cəzası verildi