Prezident Rusiya sülhməramlıları barədə: "Həllini gözləyən müəyyən məsələlər qalmaqdadır"
"Təqribən bir ildir ki, müharibə başa çatıb və Rusiya sülhməramlıları Azərbaycanda, bizim Qarabağ bölgəsində yerləşib. Bu müddət ərzində bəzi xırda insidentlər istisna olmaqla vəziyyət sabitdir və ümumən biz bundan razıyıq".
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyanın "La Repubblica" qəzetinə müsahibəsində jurnalistin "Ermənistanla münaqişə mövzusundan başlamaq istəyirəm. Rusiyanın sülhməramlı vasitəçiliyindən razısınızmı?" sualına cavab verən zaman deyib.
Dövlət başçısı qeyd edib ki, həllini gözləyən müəyyən məsələlər qalmaqdadır:
"Xüsusən də, hazırda Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan ərazilərimizə səfər etmək üçün Azərbaycandan icazə almalı olan əcnəbilər məsələsi var. Qarabağa səfər edən dırnaqarası turistlərin sayı kəskin şəkildə azalsa da, bəzi əcnəbilər hələ də bizim ərazimizə, Rusiya sülhməramlılarının olduğu yerlərə qanunsuz daxil olurlar. Bu məsələ Rusiyanın səlahiyyətli orqanlarının, Müdafiə Nazirliyinin diqqətinə çatdırılıb ki, buna son qoyulsun. Bu və bəzi digər məsələlər öz həllini tapmalıdır. Ancaq hazırda biz onların fəaliyyətindən ümumilikdə razıyıq".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1966 Tarix: 13 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrlandiyanın Baş naziri Mixol Martinin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə toplantısında iştirak etmək üçün İrlandiyada səfərdədir. AZƏRTAC xəbər verir ki, noyabrın 12-d
12 noyabrAzərbaycan Konstitusiyası əbədi dövlətçilik yolumuzun hüquqi təməlidir
"1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri, müstəqilliyimizin hüquqi təminatı və gələcək inkişafımızın möhkəm təməlidir. Bu ali hüquqi sənəd Azərbaycan xalqının inkişafı naminə müasir
11 noyabrZəfərdən suverenliyə və güclü dövlət quruculuğuna gedən yol
Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə, şanlı Zəfərin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündə etdiyi müraciət ölkənin keçdiyi tarixi yolun və qarşıda duran vəzifələrin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu çıxışın məhz Xankəndidə səsləndirilməsi ona xüsusi məna verir
11 noyabrXankəndidə qələbə təntənəsinin nümayişi
Zəfər Gününün altıncı ildönümü ərəfəsində Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura səfəri bir daha göstərir ki, Azərbaycan üçün 8 Noyabrın mahiyyəti azad edilmiş torpaqlarda hər gün yenidən təsdiqlənir. Bir vaxtlar düşmənin viran qoyduğu kəndlərdə evlərin işıqları yanır, məktəblərin qapılar
11 noyabrTürkiyə Prezidenti Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib. xəbər verir ki, Prezident bu barədə Azərbaycana rəsmi səfərindən dönərkən təyyarədə jurnalistlərə açıqlamasında danışıb. "Mən azərbaycanlı qardaşlarımızı Zəfər Günü münasibətilə bir dah
9 noyabrPrezident İlham Əliyev Türkiyəyə səfərə gəlib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib
10 noyabr