Dövlət müstəqilliyinin bərpası və qorunması
1918-ci il mayın 28-də qurulan Azərbaycan Xalq Cümhuriyyəti cəmi iki ilə yaxın yaşasa da zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tariximizdə silinməz izlər qoyaraq, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə gələcək müstəqilliyimiz üçün etibarlı zəmin hazırladı.
Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizin şanlı qürur səhifəsidir. Məhz 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edilməsi AXC-nin Azərbaycanın dövlətçilik tarixindəki yerinə və roluna verilən böyük önəmin ifadəsi kimi dəyərləndirildi.
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin müstəqillik tarixində mühüm yerə malik olduğunu önə çəkib və çağdaş Azərbaycanın məhz Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bildirirmişdi. Təsadüfi deyil ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının ilk dəfə Naxçıvan Muxtar Respublikasında qaldırılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1991-ci ildə müstəqilliyini yenidən bərpa edən Azərbaycanın Xalq Cümhuriyyətinin varisi elan edilməsi ölkəmizin beynəlxalq aləmə təqdimatında əhəmiyyətli rol oynadı. Beynəlxalq ictimaiyyət Azərbaycanın zəngin dövlətçilik tarixinə, ənənələrə malik ölkə olduğunu görür və qəbul edir.
Yaxın günlərdə müstəqilliyinin bərpasının 30 illiyini qeyd edəcək Azərbaycan Respublikası dünya miqyasında sabitlik diyarı, iqtisadi möcüzələr, demokratiya təcrübəsi nümunə olan ölkə, iqtisadi, siyasi, humanitar mərkəz kimi tanınır. İqtisadi müstəqillik siyasi müstəqilliyə geniş imkanlar açaraq Azərbaycanın dünya birliyinin layiqli üzvü, beynəlxalq miqyasda söz sahibi kimi tanınmasında əhəmiyyətli rol oynayır.
Son 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan təkmil islahatlar nəticəsində dünyanın ən islahatçı ölkəsi kimi nüfuz qazanıb. İqtisadi uğurlarımız bütün sahələrdə yüksək göstəricilərə, o cümlədən müstəqilliyimizin qarantı olan ordumuzun maddi-texniki bazasının möhkəmlənməsinə, döyüş ruhunun artmasına, bir sözlə, dünyanın ən güclü orduları sırasında qərarlaşmasına yol açdı.
Dövlət başçısının rəhbərliyi ilə aparılan uğurlu islahatların ölkəmizin qarşısında açdığı imkanlar hər bir Azərbaycan vətəndaşında böyük ruh yüksəkliyi yaradaraq həyata keçirilən siyasətə dəstəyin ifadəsi kimi ölkə Prezidentinin ətrafında sıx birləşdi. Məhz bu birlik, həmrəylik müstəqilliyimizin əbədiliyini, sarsılmazlığını təmin etdi. Məhz bu amillər 30 illik işğala 44 gündə son qoymağa əsas yaratdı.
Ağarəhim Baxışov – Dovlət İdarəçilik Akademiyası
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanın bu şəhərində 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya...
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ
Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Fatma Mahmudova: "Qızıma aldığım mebellərin qapısı açılmamış qaldı"
Bakıda BMW-nin körpüdən aşmasının anbaan görüntüləri
Qonşunuz həyətinizin bir hissəsini zəbt edibsə, torpağınızı necə geri ala bilərsiniz? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
9 gün iş olmayacaq
Arvadının iynə vurduğu kişi öldü
Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib
Alman və fransız dili tədrisi, ingilis dili tələbi: Bölgə gənclərinin iş tapmaq problemi - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA