Baş ağrısının dərmansız müalicəsi. 10 effektli üsul
Baş ağrıları ilə insanların əksəriyyəti üzləşir. Adətən biz dərhal hər hansı ağrısızlaşdıran preparatlardan birini istifadə etməyə çalışırıq.
Lakin bir çox hallarda adi baş ağrısını heç bir dərman preparatı istifadə etmədən azaltmaq mümkündür. Bu sadə və sınanmış vasitələr sizə bu işdə kömək edəcək:
1. 1 stəkan sərin su. Baş ağrısının yayılmış səbəbləri arasında orqanizmin susuzlaşmasıdır. Bu halda adi su sizi baş ağrısından xilas edə bilər.
2. Qida qəbulu. Aclıq da baş ağrısının yayılmış səbəblərindən biridir. Aclıq zamanı qanda qlükozanın səviyyəsi düşür. Qlükoza beynimizin əsas qidasıdır. Qanda qlükozanın səviyyəsi düşdükdə buna ilk növbədə beyin reaksiya verir - insan əsəbi, yorğun olur, baş ağrısı əmələ gəlir.
Bu halda qida qəbulu sizi baş ağrısından xilas edəcək. Maqneziumla zəngin olan qidaları seçin - tünd yaşıl tərəvəzlər, paxlalı bitkilər, qoz-fındıq. Maqnezium baş ağrılarının azalmasına çox yaxşı kömək edir.
3. Çay və qəhvə. Baş ağrısı zamanı istifadə olunan dərmanların bir hissəsinə "kofein" maddəsi daxildir. Bu maddə çayda və xüsusilə də qəhvədə var. 1 fıncan qəhvə və ya tünd çay baş ağrısının azalmasına kömək edə bilər.
4. Yuxu baş ağrısı zamanı ən sınanmış vasitələrdən biridir.
5. Nanə dəmləməsi. Bu çox güclü spazmolitik və ağrısızlaşdıran vasitədir. 1 xörək qaşığı təzə nanə yarpaqları 1 fincan qaynar suda dəmləyin və kiçik qurtumlarla için.
6. Zəncəfil, darçın, sarıkök güclü spazmolitik və ağrısızlaşdıran təsirə malikdir. 1 stəkan suda 1/2 çay qaşığı zəncəfil tozu (və ya darçın, və ya sarıkök) dəmləyin və kiçik qurtumlarla için.
7. Aromatik yağlar (rozmarin, lavanda, nanə) baş ağrısını azaldır. Barmaqlarınızın uclarına bu yağlardan birinin bir neçə damcısını tökün, massaj hərəkətlərlə gicqahlara sürtün və sonra bir qədər uzanın.
8. Xardal kağızı baş ağrısı ilə mübarizə etməyə kömək edir. Baş ağrıları zamanı xardal kağızları ilıq suda isladın və boynun arxa hissəsinə qoyun.
9. Baş massajı. Baş ağrısı zamanı başınızı barmaqların ucları ilə yüngül massaj edin.
10. Əgər baş ağrısı nəbz kimi vurursa, gicgahlarınıza buz qoyun./milli.az
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 2598 Tarix: 09 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yüksək təzyiq və şəkərli diabet göz damarlarını zədələyə bilər
"Göz damarlarında hər hansı problem yoxdursa, bu, göz sağlamlığının göstəricilərindən biri hesab oluna bilər. Lakin yüksək qan təzyiqi və şəkərli diabet kimi xəstəliklər damarların zədələnməsinə səbəb ola bilər. Bu zaman gözdə müəyyən dəyişikliklər və şikayətlər meydana çıxa bilər". xəbər veri
9 oktyabrDiabet xəstələri banan yeyə bilər?
Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. Bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir. Lakin elmi məlumatlar məsələnin daha mürəkkəb olduğunu ortaya qoyur. Burada yalnız meyvənin tərkibindəki təbii şəkəri
25 oktyabrDiabet xəstələri bal yeyərkən ehtiyatlı olmalıdır: Səbəbləri açıqlandı
Bal uzun illərdir sağlamlıq üçün faydalı xüsusiyyətlərinə görə yüksək qiymətləndirilir. Lakin şəkərli diabetdən əziyyət çəkən insanlar bu məhsulu qəbul edərkən xüsusilə ehtiyatlı olmalıdırlar. Bunun səbəbi balın tərkibində qanda qlükozanın səviyyəsinə təsir edən sadə şəkərlərin çox olmasıdır. Qaynarinf
13 oktyabrQrip mövsümündə nə yemək lazımdır? - Diyetoloq əsas qidaları açıqladı
Qrip mövsümü getdikcə güclənir və məhz bu dövrdə orqanizmin daxildən dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Diyetoloqlar immun sisteminin viruslara qarşı daha yaxşı mübarizə aparmasına kömək edən qida və içkiləri açıqlayıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb
14 oktyabrSosial şəbəkələrdən uzun müddət istifadə depressiyaya səbəb ola bilər
Sosial şəbəkələrdə gündəlik keçirilən vaxt böyüklər arasında depressiya barədə məlumat verilməsi ilə əlaqəli əsas amillərdən biri kimi müəyyən edilib. Bu əlaqə ABŞ-da 11 il ərzində aparılan sorğularda müşahidə olunub. Qaynarinfo xəbər verir ki, araşdırma Şimal-Qərb Universiteti və Sinsinnati Universitetini
2 noyabrSevdiyiniz musiqi ağrını azalda bilər
İnsanın sevdiyi musiqiyə qulaq asması ağrı hissini müəyyən qədər azalda bilər. Mütəxəssislərin fikrincə, musiqi ağrı siqnalını aradan qaldırmasa da, beynin bu hissi necə qəbul etməsinə təsir göstərir. Qaynarinfo xəbər verir ki, " nəşrinə danışan həkim-psixoterapevt İrina Kraşkina musiqinin ağr
30 oktyabrToyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bir çox insan toyuq ətini bişirməzdən əvvəl kranın altında yumağa üstünlük verir. Lakin mütəxəssislər bu vərdişin sağlamlıq üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edirlər. Belə ki, çiy toyuğun yuyulması zamanı su sıçrantıları vasitəsilə bakteriyalar mətbəxin müxtəlif səthlərinə, qab-qacağa v
2 noyabrDərman alarkən bu səhvlərə yol verməyin! - VACİB XƏBƏRDARLIQ
Dərman preparatlarının istifadəsi, satışı və saxlanması ilə bağlı qaydaların pozulmasına görə cərimələrin tətbiqi əhalinin sağlamlığının qorunması və dərman bazarında təhlükəsizliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə, mənşəyi məlum olmayan, saxta və ya düzgün saxlanılmadığ
23 oktyabr