"Azərbaycan əsgəri "mifik" erməni əsgərindən üstün olduğunu göstərdi" - Deputatla MÜSAHİBƏ

"Azərbaycan əsgəri "mifik" erməni əsgərindən üstün olduğunu göstərdi" - Deputatla MÜSAHİBƏDeputat Nəsib Məhəməliyev Sonxeber.az-ın qonağı olub. Onunla müsahibəni oxuculara təqdim edirik:

- Nəsib müəllim, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2022-ci il "Şuşa İli" elan edildi. Bu mühüm addım özündə hansı çağırışları və mesajları ehtiva edir?

- Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ili "Şuşa ili" elan etməsi milyonlarla soydaşımızın ürəyincə oldu. Bunun siyasi, iqtisadi, mənəvi, mədəni əhəmiyyəti olduqca böyükdür. Siyasi əhəmiyyəti ondan ibarətdir ki, ermənilər saxta təbliğat nəticəsində Şuşanın adını dəyişərək "Şuşi" adlandırırdılar. Çalışırdılar ki, buranı bütün dünyaya tarixi erməni şəhəri kimi "sırısınlar". Alınmadı. Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şuşanı 44 günlük müharibədə azad etdi. Şuşanın tarixi adı özünə qaytarıldı.

İqtisadi cəhətdən, hesab edirəm ki, indiyə kimi aparılan bərpa-quruculuq işləri daha da intensiv xarakter daşıyacaq, daha da sürətli infrastruktur layihələri həyata keçiriləcək. İdarə, müəssisə, təşkilatların fəaliyyəti bərpa olunacaq, turizm daha geniş şəkildə inkişaf edəcək.

Mənəvi-mədəni tərəfinə gəldikdə isə, sirr deyil ki, Şuşa hər birimizin qəlbində xüsusi yer tutur. Tarixən, bütün digər bölgələrlə müqayisədə, Azərbaycan xalqının Şuşaya münasibəti fərqli olub. Şuşa əbəs yerə Azərbaycan mədəniyyətinin, musiqisinin beşiyi adlandırılmayıb. Bu baxımdan, "Xarı bülbül" festivalının, "Vaqif" poeziya günlərinin keçirilməsi və nəzərdə tutulan çoxsaylı tədbirlər Azərbaycan mədəniyyətinin, Qarabağın, Şuşanın təbliğidir. Bu tipli mədəniyyət tədbirləri insanlarda yeni ruh, hiss formalaşdırır. Şuşanın mədəniyyət paytaxtı seçilməsi, 2022-ci ilin "Şuşa ili" elan olunması olduqca doğru və strateji baxımdan da əhəmiyyətli bir qərardır.

- Şuşanın azad edilməsi uğrunda gedən döyüşlər digərlərindən fərqlənir. Belə ki, qəhrəman oğullarımız heç bir hərbi texnika olmadan, əlbəyaxa döyüş taktikası ilə düşmənə qan udduraraq, bizi illərlə həsrətində olduğumuz Şuşamıza qovuşdurdular. Şuşamızın azad edilməsi uğrunda canlarından və sağlamlıqlarından keçən qəhrəmanlarımızın adının əbədiləşdirilməsi, tanıdılması üçün Şuşada da ikinci Zəfər müzeyinin tikilməsinə ehtiyac varmı?

- Şuşanın azad olunması əməliyyatı digər rayonlar uğrunda gedən döyüşlərdən tam fərqlənib. Şuşadan fərqli olaraq, digər rayonların azad olunmasında daha çox müasir, yeni döyüş texnikasından, pilotsuz uçuş aparatlarından, uzaq vuran artilleriya qurğularından, raketlərdən, istifadə olunub, kontaktsız döyüş taktikası tətbiq olunub. Şuşada isə, tam fərqli əməliyyat həyata keçirilib. Ali Baş Komandan bununla bağlı açıqlamasında bunu bildirdi: "Şuşa şəhərinin tarixi əhəmiyyətini nəzərə alaraq, mədəni obyektlərin, tarixi abidələrin dağılmasının qarşısını almaq məqsədilə tapşırıq verdim ki, Şuşa fərqli bir döyüş metodları ilə azad olunsun". Bu da özünü tam doğrultdu. Füzuli, Ağdam, digər şəhər və rayonlar, kəndlər yerlə-yeksan olunmuşdu. Burada hər hansı bir salamat obyekt qalmamışdı. Bu baxımdan Şuşanın mədəni irsinin qorunması doğru düşünülmüş strategiya idi. Mürəkkəb, dağlıq relyefə malik coğrafi mövqedə olmasına baxmayaraq, bu tipli əməliyyatlar üçün maksimum az itki verməklə, Şuşa xüsusi təyinatlılarımızın, mərd, qəhrəman Azərbaycan oğullarının hesabına, kontaktlı döyüş taksikası tətbiq olunaraq azad edildi. Burada bir daha Azərbaycan əsgəri "mifik" erməni əsgərindən üstün olduğunu göstərdi.

Şuşanın azad olunmasında iştirak edən əsgərlərimizin, şəhidlərimizin, qazilərimizin adlarının əbədiləşdirilməsi ilə bağlı dövlət tərəfindən kifayət qədər işlər aparılır. Zəfər muzeyi kompleksi tikilir. Orada hər bir şəhidin, qazinin, müharibə iştirakçısının adları həkk olunacaq. Onların adının küçələrə və yaxud digər inzibati, sosial obyektlərə verilməsinə gəldikdə isə, bu məsələ mövcud qanunvericiliyə əsasən, Nazirlər kabinetinin "şəhid adının əbədiləşdirilməsi haqqında" qaydalarına uyğun həyata keçirilir. Hər bir halda, cəmiyyətdə gedən proseslər göstərir ki, Azərbaycan xalqı öz qəhrəmanlarını yaşadır, təbliğ edir, tanıdır. Bu işdə mətbuatın da xüsusi rolunu qeyd etmək yerinə düşər.

- Son günlər tənqid olunan məsələlərdən biri də erməni vəhşiliyinin dünyaya tanıdılması istiqamətində diasporumızın passiv fəaliyyətidir. Sadəcə dövlət tərəfindən hər hansı bir addımın atılmasını gözləyirlər.

- Xaricdəki diaspor təşkilatlarımızın fəaliyyətsiz olduğunu düşünmürəm. Tovuz hadisələrindən sonra, eyni zamanda müharibə və post-müharibə dövründə azərbaycanlıların yaşadığı bütün ölkələrdə Azərbaycan həqiqətlərinin təbliğ olunmasında, erməni diasporuna qarşı keçirilən etiraz tədbirlərində, mitinqlərdə kifayət qədər aktivlik müşahidə olundu. Bəzi hallarda, məsələn Los Angelesdə 35-40 nəfərin 5000 nəfər əleyhinə çıxış etməsini qəhrəmanlıq hesab edirəm. Bizim bəzi gənc soydaşlarımızı döydülər, fiziki xəsarət yetirdilər. Brüsseldə, Moskvada, Avropanın digər şəhərlərində kifayət qədər effektli tədbirlər keçirildi. Onlar heç nədən çəkinmədən, qorxmadan Qarabağ həqiqətlərini dünyaya çatdırdılar. Buna görə onlara təşəkkürümü bildirirəm. Ola bilər, burada müəyyən sistemli yanaşma, kifayət qədər təşkilatlanma yoxdur. Bunun da obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəblər odur ki, biz dünyada, sivilizasiyalar arasında mübarizə getdiyini müşahidə edirik. İslam ölkəsiyik, bizə, İslama, türk dünyasına qarşı kifayət qədər aqressiv siyasət aparan qüvvələr də var. Ola bilsin, bəzi ölkələrdə bizim diaspor təşkilatlarının fəaliyyəti məhdudlaşdırılır.

Bizim diasporumuzun ilk qurultayı 2001-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirildi və əsası həmin zaman qoyuldu. Erməni diasporunun yaşı isə yüz ildən çoxdur. Təbii ki, maddi cəhətdən imkanlı, daha təcrübəlidirlər, yaxşı təşkilatlanıblar. Onlarla Azərbaycan diasporunu müqayisə etdikdə, bizimkilər dəstəyi daha çox dövlətdən umurlar. Onlar isə müxtəlif ianələr, yardımlarla kasıb Ermənistana maliyyə yardımı edirlər. Hesab edirəm ki, bu məsələ düzələcək, biz daha güclü diaspor təşkilatlarının yaradılmasına nail olacağıq.

- Cənab Prezident İlham Əliyev jurnalistlərə sonuncu müsahibəsində məmur özbaşınalığının ifşasında mətbuatın roluna da toxundu. Sizcə, bu gün Azərbaycan mediası bu istiqamətdə öz üzərinə düşən öhdəliyi yerinə yetirə bilirmi?

- Cəmiyyətin maariflənməsində, inkişafında, demokratikləşməsində, vətəndaş cəmiyyəti institutlarının bərqərar olmasında, ictimai nəzarətin həyata keçirilməsində medianın əhəmiyyəti son dərəcə böyükdür. Lakin medianın qarşısında duran vəzifələri tam şəkildə yerinə yetirdiyini deyə bilmərəm. Təbii ki, müsbət irəliləyişlər var. Mən hər zaman hesab etmişəm ki, hər bir məmur özünü qanunlara hörmət etməyə, ictimai rəylə hesablaşmağa, təmsil olunduğu komandanın müsbət imicinin formalaşmasına kökləməlidir. Ölkə başçısının hər sözündən nəticə çıxarmalı, xəbərdarlıqlara gündəlik fəaliyyətində ciddi riayət etməlidir. Bir şeyi başa düşmək lazımdır ki, hər bir məmurun pərdəarxası neqativ fəaliyyəti daha çox dövlətə, təmsil olunduğu komandaya yönəlir, ziyan vurur. İnsanlar görəndə ki, məmur üzdə bir şeyi deyir, əməldə isə başqa işlərlə məşğuldur, o məmura inam itir. Nəticədə, həmin məmurun timsalında artıq dövlət qurumuna qarşı inamsızlıq yaranır. Belə halların ədalətli araşdırılması, obyektiv sosial tədqiqatların aparılması, hər bir məmurun fəaliyyətinə qiymət verilməsi, dövlətçilik baxımından çox böyük əhəmiyyət kəsb edir. Burada vətəndaş cəmiyyətinin əhəmiyyətli müsbət rolu ola bilər. Azərbaycan böyük ölkə deyil. Gizli heç nə yoxdur. Heç bir məmurun şəxsi maraqları dövlət maraqlarından üstün ola bilməz. Ən ümdə vəzifə ictimai-siyasi sabitliyin, müstəqilliyimizin qorunub saxlanılmasıdır.

Son vaxtlar kampaniya şəklində, ayrı-ayrı mərkəzi və yerli icra orqanlarının nəzdində ictimai şuralar yaradılıb. Açığı, burada da bir az formal yanaşma var. Hərə özünə yaxın, istədiyi insanları şuralara cəlb etdi. Bu, doğru deyil. İctimai şuralar vətəndaş cəmiyyətinin müxtəlif qurumlarını təmsil edən müstəqil insanlar tərəfindən formalaşmalıdır. Yalnız o halda ictimai şuralar öz funksiyalarını yerinə yetirə, ictimai nəzarəti həyata keçirə bilər.

- Şəhid ailələrinə və qazilərə müavinətlərin təyin edilməsi, verilməsi səlahiyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən alınıb, "YAŞAT" Fonduna verilə bilərmi?

- "YAŞAT" Fondu qeyri-hökumət təşkilatıdır və müharibədən sonra çox gözəl işlər görüb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə dövlətin sosial siyasətini həyata keçirən qurumdur. Pensiyaların, təqaüdlərin təyin olunması, əlilliyin müəyyən olunması və digər məsələlərin "YAŞAT" Fonduna verilməsi mümkün deyil. Bu, hər hansı bir fondun işi deyil. Ehtiyac da yoxdur.

- Nəsib müəllim, şəhid ailələri və qazilər sizə daha çox nə ilə bağlı müraciət edirlər?

- İşlə təminat, müxtəlif yardımlar, tibbi əməliyyatlar, təhsil haqlarına kömək, müxtəlif icra orqanlarının fəaliyyəti ilə bağlı müraciətlər olur. Şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının problemlərinin operativ həlli ilə bağlı, Prezidentin sərəncamına müvafiq olaraq, yerli icra hakimiyyətlərində xüsusi şöbə yaradıldı. Düşünürəm ki, bu qərar zamanında verilmiş, çox gözəl qərar oldu və kifayət qədər effektiv fəaliyyəti ilə seçilir.

- Nəsib müəllim, bilirəm ki, sizə müraciət edən bütün seçicilərinizin problemlərinin aradan qaldırılması üçün kifayət qədər dəstək olursunuz. Lakin bəzilərindən fərqli olaraq, bir dəfə də olsun, bu barədə sosial şəbəkələrdə, yaxud da mətbuatda məlumatın getməsinə icazə verməmisiniz.

- Bu barədə danışmağı qətiyyən xoşlamıram. Bir şeyi deyəcəyəm. Mənimlə birgə çalışanlar, məni tanyan insanlar təsdiq edə bilərlər. Gənclik dövründən bəri, harada işləməyimdən asılı olmayaraq, bütün şüurlu həyatım boyu insanlara ancaq kömək etməyi, imkan daxilində ehtiyacı olanlara maddi və yaxud qeyri-maddi yardım göstərməyi, dəstək olmağı həyatımın mənası hesab etmişəm. Bununla qəlb rahatlığı tapmışam. Hesab etmişəm ki, bunları mən etmirəm, sadəcə Yaradan mənim vasitəmlə edir. Kiminsə bilməsinə, reklama ehtiyac yoxdur. Hər bir insan çalışmalıdır ki, ətrafına mərhəmət toxumları səpsin.

Aysel SƏFƏRZADƏ


Sonxeber.az
Telegramda izləyin
Müsahibə   Baxılıb: 1898   Tarix: 29 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"5 min üzvü olmayan partiyanın Azərbaycanın siyasi səhnəsində nə işi var?" - Elman Nəsirov-MÜSAHİBƏ

İstiqamət: vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu. "5 min üzvü olmayan partiyanın Azərbaycanın siyasi səhnəsində nə işi var? Sənin arxanda 5 min adam dayanmırsa, düşüncələrini, ideologiyanı 5 min nəfər paylaşmırsa, bu nə partiyadır. Bu sözləri Milli Məclisin deputatı Elman Nəsirov -a müsahibəsind

5 dekabr 2022
.

"COP29 avtoelektrik və hibrid avtomobillərə marağın artmasına təkan oldu" - VİDEOMÜSAHİBƏ

"Bildiyimiz kimi artıq 2022-ci ildə ölkəmizdə avtoelektrik və hibrid avtomobillərə xüsusi güzəştlər tətbiq olundu. Bu güzəştlərdən sonra ekaloji təmiz nəqliyyat vasitələrinə maraq artdı". Bu sözləri AADA ictimai birliyinin icraçı direktoru Eyyub Əliyev -a müsahibəsində COP29-dan sonra ekoloj

24 yanvar 2025
.

"Qarabağla bağlı bu gün apardığımız siyasət 30 ildə yuxumuza da girməzdi" - Cavanşir Paşazadə-VİDEOMÜSAHİBƏ

"Bu gün Qarabağla bağlı apardığımız siyasət 30 il müddətində ağlımıza da gəlməzdi. Bəzi insanlar bunu tam qiymətləndirə bilmirlər. Bizim arzumuz həyata keçib. Bunun üçün şəhidlər vermişik, qazilərimiz var". Bu sözləri Milli Məclisin deputatı Cavanşir Paşazadə -a müsahibəsində deyib. Deputa

13 oktyabr 2023
.

"ChatGPT" niyə bizə ləng cavab verir? - SƏBƏBLƏR

Süni intellekt çatbotu olan "ChatGPT", düşündüyümüzdən daha tez həyatımıza inteqrasiya olub. xəbər verir ki, demək olar hər sualı ona yönləndirir və cavablarını da nəzərə alırıq. "ChatGPT" əksər vaxt tez cavab verir, lakin bəzən gözləniləndən daha yavaş işləyə bilər. Tez-tez verilə

7 dekabr 2025
.

Bəhruz Quliyev: "Səs" qəzeti dövlətçiliyimiz üçün çətin sınaqların başladığı bir dövrdə ərsəyə gəldi" - MÜSAHİBƏ

Azərbaycan mətbuatında özünəməxsus yeri olan "Səs" qəzeti bu il fəaliyyətinin 35 illiyini qeyd edir. Ötən 35 ildə qəzet həm dövlətçilik ideallarının təbliği, həm də ictimai-siyasi proseslərin işıqlandırılması sahəsində əhəmiyyətli rol oynayıb. Bu münasibətlə olaraq "Səs" qəzetini

9 yanvar
.

Vüqar İsgəndərov: " Sülh və tərəqqi ilə Qarabağ ermənilərini öz aramızda görə biləcəyik"- VİDEOMÜSAHİBƏ

"Sülh, əmin-amanlıq, tərəqqi və Azərbaycanı inkişaf etdirməklə erməniləri öz aramızda görə biləcəyik. Çünki nə biz, nə onlar harasa köçən deyil. Xankəndi Azərbaycanın suveren ərazisidir, əzəli torpaqlarımızdır. Qanunlarımız, konstitusiyamız ermənilərin də qarşısındadır.Onlar da hər bir Azərbayca

18 yanvar 2023
.

QHT rəhbəri: "Tərtərdəki mina partlayışı terror hadisəsidir"

QHT rəhbəri: Tərtərdəki mina partlayışı terror hadisəsidir. "Tərtərdəki mina partlayışı terror hadisəsidir və biz ermənilərin törətdiyi bu faciələri son günlər daha tez-tez yaşayırıq". "Report"un Qarabağ bürosu xəbər verir ki, bunu Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezident

29 aprel 2023
.

"Bəzən qiraətlə məşğul olmağım aktyor fəaliyyətimdə mənə mane olur" - Sabirə Abdullayeva Rüstəmli

"Mən aktrisayam. Bu işlə məşğulam. Aktyorların çoxu qiraətlə də məşğul olur. Amma, mən aktyor olmamışdan əvvəl, ta kiçik yaşlarımdan şeir yazıram,səsləndirirəm və buna görə şeir mənim ayrılmaz bir hissəmdir". Bu sözləri aktrisa, qiraətçi Sabirə Abdullayeva Rüstəmli -a müsahibəsində qeyd edib

27 yanvar 2025
.

Nevroloq Röyanə Quluzadə: "Şəhər həyatı stress və nevroz riskini artırır" - VİDEOMÜSAHİBƏ

"Stress, nevroz, gərginlik və bu kimi psixoloji problemlər əsasən şəhər həyat tərzi sürən insanlarda daha çox müşahidə olunur. Urban mühitdə yaşayan şəxslər kənd yerlərində yaşayan insanlarla müqayisədə stressə daha çox məruz qalırlar". Bu sözləri -a müsahibəsində nevroloq Röyanə Quluzadə danışıb

18 dekabr 2025