Vüqar İsgəndərov: " Sülh və tərəqqi ilə Qarabağ ermənilərini öz aramızda görə biləcəyik"- VİDEOMÜSAHİBƏ
"Sülh, əmin-amanlıq, tərəqqi və Azərbaycanı inkişaf etdirməklə erməniləri öz aramızda görə biləcəyik. Çünki nə biz, nə onlar harasa köçən deyil. Xankəndi Azərbaycanın suveren ərazisidir, əzəli torpaqlarımızdır. Qanunlarımız, konstitusiyamız ermənilərin də qarşısındadır.Onlar da hər bir Azərbaycan vətəndaşı kimi layiqli həyat sürə biləcəklər".
Bu sözləri Milli Məclisin deputatı Vüqar İsgəndərov Sonxeber.az-a müsahibəsində deyib.
"Şuşa-Xankəndi yolundakı aksiyanın digər hədəfi ermənilərin Azərbaycan insanını yaxından görmələri və onlar üçün heç bir problemin olmadığını, onlara hörmətlə yanaşıldığını hiss etmələridir. Azərbaycan qanunları çərçivəsində yaşamaq istəyən ermənilər hər bir Azərbaycan vətəndaşı ilə bərabər hüquqa malikdirlər. Ermənilər zamanla anlayacaqlar ki, ən yaxşı,layiqli həyat Azərbaycanın tərkibində yaşamaqdır. Bu proses artıq başlayıb və düşünürəm ki, davamlı olacaq" ,- deyə o qeyd edib.
Deputat həmçinin bildirib ki, Zəngəzur dəhlizi açılandan sonra Naxçıvan Muxtar Respublikasının ləğvi konstitusiya ilə bağlı məsələdir.
"Dünyada düzən dəyişir. Bu dəyişikliyə Azərbaycan həmişə hazır olmalıdır. Naxçıvanın statusu referendum məsələsidir. Hansı qərar veriləcəksə, xalqın rəyi əsasdır" ,- deyə deputat bildirib.
Vüqar İsgəndərov həmçinin Davos görüşü, Azərbaycan və ərəb dövlətləri arasındakı əməkdaşlıqla bağlı sualları cavablayıb.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi
Bakının böyük ərazisi və Abşeronun bir hissəsində su kəsiləcək
Bakıda yeni dəmir yolu tıxacları azaldacaq? - Ekspertdən AÇIQLAMA
Şəhidimizin adını daşıyan gəmi dron hücumuna məruz qaldı: Həlak olan Məhəmmədin fotosu
Pensiyalar bu tarixdə ödəniləcək
Tarixin ən böyük avtomobil tıxacı 12 gün davam edib: Harada baş verib?
Xalq artisti evdə yıxılıb xəsarət aldı
"WhatsApp"da yeni funksiya
Avtobuslar qarajda, sərnişinlər dayanacaqda: Sürücülər niyə işləmək istəmir? - İQTİSADÇIDAN AÇIQLAMA
Ölkədə qızıl ucuzlaşdı, yoxsa bahalaşdı?
Şəkidəki hadisə Ermənistanda generalın istefasına səbəb oldu: Növbə MN-dədir
İnsan orqanizminin dözə biləcəyi ən yüksək temperatur nə qədərdir?
Türkiyə müharibənin astanasında? Qara dənizdə hücumlar, Səudiyyədə hərbi hazırlıq
Qızlar "kişi peşələri"nə üz tutur: Əmək bazarında nələr dəyişəcək?
İlham Əliyev Bakıda dünyaşöhrətli müğənni ilə görüşdü