Ermənistan meyit qalıqlarını qarışıq verib - AÇIQLAMA
"Ermənistan tərəfi Azərbaycana meyit qalıqlarını qarışıq verib".
Bunu APA-ya açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.
O bildirib ki, bu, meyitlərin kütləvi məzarlıqlarda basdırıldığını sübut edir: "Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Azərbaycan tərəfinə bəzi meyit qalıqları qaytarılsa da, hazırda onların kimliklərinin müəyyənləşdirilməsi prosesi gedir. Meyit qalıqları əsasən, qrunt suları, yeraltı suların keçdiyi ərazilərdən götürülüb. Ona görə də bu meyit qalıqlarından DNT nümunələri əldə etmək çox çətindir. Oradakı meyit qalıqlarının sayının nə qədər olacağı ilə bağlı son mərhələdə dəqiq məlumat olacaq".
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə deyib ki, son bir ildə Ermənistan Azərbaycan tərəfinə Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 108 nəfərin meyitinin qalıqlarını təhvil verib. O, yaxın günlərdə daha 2 meyitin qalığını təhvil verməyə hazırlaşdıqlarını da vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Azərbaycanda Dövlət Bayrağı Günüdür
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Rəqsanədən qızı Aysunla bağlı ETİRAF: "Ona zəng etməyə utanıram"
PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı