Mediada çalışan texniki işçilər də güzəştli ipotekadan yararlana biləcək? – AÇIQLAMA
Media sahəsində çalışan texniki işçi heyəti hələ ki, güzəştli ipotekadan istifadə edən şəxslərin siyahısına daxil edilməyib.
Bunu Medianin İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov Trend-ə müsahibəsində bildirib. Onun sözlərinə görə, Azərbaycanda güzəştli ipoteka kreditlərinin verilməsi mexanizmi və prosedurları mövcuddur.
"Digər sahələrdə çalışan vətəndaşlarımza olan tələblər eynilə jurnalistlərimizə də tətbiq olunmağa başlayıb. Yəni biz yeni bir mexanizm yaratmamışıq. Cənab Prezident İlham Əliyevin fərmanı ilə jurnalistlərimizin o siyahıya daxil edilməsi dövlət başçısının jurnalistlərə olan diqqəti idi ki, digər sahələrdə olan mütəxəssislərlə eyni imtiyazlardan istifadə etsinlər.
Texniki işçi heyəti ilə bağlı yanaşma digər sahələrdə də mövcuddur. Gələcəkdə biz bununla bağlı təhlillər aparacağıq və əgər məqsədəmüvafiq olarsa, bununla bağlı işlərin də görülməsi mümkündür. İndiki qanunda isə jurnalist anlayışı verilib, çərçivə müəyyən edilib ki, kimlər jurnalist hesab olunur. Yeni qanun imkan verdi ki, jurnalistlərimiz güzəştli ipoteka alan insanların siyahısına düşsünlər və Prezident tərəfindən də məhz jurnalistlərimiz güzəştli ipotekadan istifadə edən insanların siyahısına daxil edildilər", - deyə o qeyd edib.
Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən imzalanan 8 fevral tarixli Fərmana əsasən, gənc ailənin üzvü olan, azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdir. Bundan əlavə, gənc ailənin üzvü olmayan ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər də bu imkandan yararlana biləcəklər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Azərbaycanda Dövlət Bayrağı Günüdür
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Rəqsanədən qızı Aysunla bağlı ETİRAF: "Ona zəng etməyə utanıram"
PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı