Onlar sevgili olublar? - Məktəbdə 4 uşaq anasını öldürən qazidən XƏBƏR VAR

Onlar sevgili olublar? - Məktəbdə 4 uşaq anasını öldürən qazidən XƏBƏR VARXəbər verdiyimiz kimi, fevralın 11-də İsmayıllı rayonu Basqal qəsəbə tam orta məktəbin həyətində 1982-ci il təvəllüdlü Gülarə Qəhrəmanovanın öldürülməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumatın daxil olub.

İsmayıllı Rayon Prokurorluğunda aparılan araşdırmalarla zərərçəkmişin iş yoldaşı 1997-ci il təvəllüdlü Bəxtiyar Əhmədlinin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Gülarə Qəhrəmanovaya bıçaqla çoxsaylı xəsarətlər yetirməklə onu qəsdən öldürməsinə dair əsaslı şübhələr müəyyən edilib. Bununla bağlı sosial şəbəkələrdə müxtəlif şayiələr yayılıb.

Məlumata görə, B.Əhmədlinin iş yoldaşı olan xadimə, 40 yaşlı Gülarə Qəhrəmanova ilə münasibətləri olub. Buna görə Gülarənin ailə üzvləri Bəxtiyarla danışaraq ona bu münasibətlərdən məlumatlı olduqlarını deyiblər. Onlar Bəxtiyara kənddə artıq söz-söhbətin yayıldığının və bunu aradan qaldırmaq üçün onun kənddən çıxmalı olduğunu deyiblər. Buna əsəbiləşən Bəxtiyar məktəbdə Gülarə ilə mübahisə edib və onu qətlə yetirib. 4 uşaq anası olan Gülarə aldığı xəsarətlər nəticəsində qan itirib və hadisə yerində ölüb. B.Əhmədli qətli törətdikdən sonra oradan qaçsa da, sonradan saxlanılıb.

Bildirilir ki, Bəxtiyar Əhmədli Vətən Müharibəsi iştirakçısı olub. O, müharibədə iştirakına görə 4 medalla mükafatlandırılıb. Onlardan ikisi Füzulinin və Şuşanın azad olunmasına görə verilib.

Məsələ ilə bağlı mərhumun qohumu Sonxeber.az-a açıqlama verib.

O bildirib ki, sosial şəbəkələrdə yazılanlar dezinformasiyadır, onlar sevgili olmayıblar:

"Mərhum qohumumuzdur. Demək olar ki, dayım qızıdır. Qazi isə kəndlimizdir, hər kəs bir-birini tanıyır. Bildiklərimi, əldə etdiyim məlumatları sizinlə bölüşüm. Deməli, bu oğlan Vətən müharibəsi iştirakçısıdır, 4 medalla təltif olunub. Şuşaya qədər gedən adamdır. Ailəsi də, nəsli də, özü də abırlı-həyalı, ibadət edən insanlardır.

Bu qazi kontuziyalıdır. Onun psixoloji problemləri var. Bizim yanımızda nəsə partlayanda qorxuruq. Amma bu adam müharibə iştirakcısıdır.
Onu işlə təmin edən zaman psixoloji durumunu nəzərə alıb, müalicə etmək lazım idi.

Keçim mətləbə. Bəxtiyar məktəbdə mühafizəçi işləyirdi, Gülarə isə xadimə idi. İş yeri elə evlərinin yaxınlığında idi. Qazi müharibədən əvvəl də, sonra da mərhumun evində usta kimi işləyib. Onlar ana-bala kimi olublar. Xanımın uşaqları da böyükdürlər.

Bəxtiyar kiməsə SMS göndərəndə səhvən Gülarəyə yollayıb. Daha sonra gəlib, səhv olduğunu deyərək mərhumun ailəsindən, özündən üzr istəyib. Digər şəxslə yazışmalarını göstərərək, başqasına göndərmək istədiyini sübut edib.

Orada Gülarənin 16 yaşlı oğlu Bəxtiyarı vurub. Onu da anlamaq olar: gəncdir, pis təsir edib. Adamın başının üstündə Allah var. O, yenə də üzrxahlıq edib və gedib.

Səhəri gün bu hadisə baş verdikdən sonra, hər kəs şoka düşüb. Çünki 1 gün əvvəl məsələni danışıb həll etmişdilər.

Kameraya baxdıqda da görünür ki, onlar məktəbdə mübahisə edirlər, əl-qol hərəkəti görünür. Qazi isə başlayır məktəbin şüşələrini qırmağa. Loru dildə desək, onun orada "beyni çönür".

Qadın qorxur və çəkilir bir kənara. Bütün şüşələri qırdıqdan sonra dam qadını bıçaqlayır. Saytlarda 42 zərbə yazılıb. Amma 20, bəlkə də çox olduğu hələ dəqiq bilinmir. Məsələ araşdırılır. Bəxtiyar dindirildikdən sonra məlumat veriləcək.

Qeyd edim ki, mərhumun nəvəsi də var idi. Özü kənd qadını, zəhmətkeş xanım idi. Yaşından da böyük görünürdü. Hər iki tərəfə müəmmalıdır ki, niyə belə olub?!

Qazini hamı mədəni oğlan kimi tanıyır. O, hər hansı bir xanımı görəndə utandığından yerə baxan adamdır.

Biz çox gözəl millətik. Pis cəhətimiz odur ki, bir şeyin dəqiqliyini bilmədən, "yıxıb sürüyürük". Ayıbdır, vallah! Kəndimizdən çıxan bir çox qəhrəmanlarımız var. İstəmərəm belə igidləri olan kənddə xoşagəlməz şayiələr yayılsın. Olmayan şeyləri yazmasınlar! Pis bir şey olsa idi, bəlkə də, fikir bildirməzdik. Amma Gülarə haqq dünyasındadır. Bilmədən kiməsə ləkə yaxmaq olmaz!

Saytlara da kimin yalan məlumat ötürdüyünü bilmirik. Bilsəydik, həmin adama elə özümüz deyərdik: "Yanında olmusan?! Bildiyin varsa, de, biz də bilək!"

Hazırda araşdırma gedir və belə bir şey varsa, elə prokurorluq özü məlumat yayar".

ZAİRA AKİFQIZI


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4956   Tarix: 12 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Sabah Bakıda hava yağmursuz olacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə

9 noyabr
.

Üçrəngli bayrağımız - Azərbaycan dövlətçiliyinin, milli qürurun və müstəqilliyimizin rəmzi

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə yaşadan müqəddəs dövlətçilik rəmzidir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli qürurunu, vətənə bağlılığını və müstəqil dövlətçili

9 noyabr
.

İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə 6 576 şagird və uşaq təhsil alır

Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 27 ümumi təhsil və 13 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. "Report" Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müəssisələrdə ümumilikdə 6 576 şagird və uşaq təhsil alır. Təhsil infrastrukturunun inkişafı doğm

8 noyabr
.

Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 1 milyard 379,5 milyon manat vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək. "Report" xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində ö

8 noyabr
.

Üçrəngli bayrağımız - milli dövlətçiliyimizin, tarixi yaddaşımızın və suverenliyimizin təntənəsi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli özünüdərk tarixində, dövlətçilik ənənələrinin formalaşmasında və müstəqillik ideallarının yaşadılmasında xüsusi yeri olan əlamətdar gündür. Bu tarixə yalnız dövlət rəmzlərindən birinin təsis edildiyi gün kimi yanaşmaq düzgün olmazdı. Azərbayca

9 noyabr
.

Şuşadan dünyaya ünvanlanan mesajlar: İlham Əliyev və Ərdoğan Azərbaycan-Türkiyə müttəfiqliyinin gələcək hədəflərini açıqladılar

Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatları iki dövlət arasındakı münasibətlərin strateji mahiyyətini, regional siyasətdəki rolunu və gələcək əməkdaşlığın əsas istiqamətlərini bir daha gündəmə gətirdi. Şuşadan verilən mesajlar göstərd

9 noyabr
.

Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib

Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml

8 noyabr
.

Azərbaycan-Türkiyə müttəfiqliyi: Şuşada səslənən bəyanatların siyasi və geosiyasi əhəmiyyəti

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü, eləcə də mətbuata verdikləri birgə bəyanatlar iki ölkə arasında münasibətlərin mahiyyətini, strateji müttəfiqliyin siyasi və geosiyasi əhəmiyyətini bir daha gündəmə gətirir. Azərbaycan və Türkiyə münasibətləri yalnı

9 noyabr
.

Üçrəngli bayrağımız - müstəqilliyimizin və milli qürurumuzun simvolu - KÖŞƏ YAZISI

Bayraq sadəcə bir dövlətin rəmzi deyil. O, bir xalqın tarixini, milli kimliyini, azadlıq arzusunu və gələcəyə olan inamını özündə birləşdirir. Azərbaycan bayrağı da xalqımızın keçdiyi çətin və şərəfli yolun, müstəqillik uğrunda mübarizəsinin ən böyük simvollarından biridir. Hər il noyabrın 9-da qey

8 noyabr