Azərbaycandan Rusiyaya növbəti "Aqroekspress" qatarının göndərilməsi vaxtı açıqlanıb
Azərbaycandan növbəti yük qatarı Rusiyaya "Aqroekspress" layihəsi çərçivəsində gələn həftə Astaradan göndəriləcək
Sonxeber.az xəbər verir ki, bunu "Alliance Logistics" MMC-nin rəhbəri Natiq Heydərov bu gün Xaçmazda "Aqroekspress" layihəsinin işə salınması çərçivəsində Ləcət stansiyasında ilk yük qatarının göndərilmə mərasimində deyib.
Onun sözlərinə görə, ötən il "Aqroekspress" layihəsi ilə bağlı Azərbaycanla Rusiya arasında müqavilə imzalanıb: "Azərbaycan və Rusiya arasında əlaqələr dinamik şəkildə inkişaf edir. Ölkələr arasında ticarət dövriyyəsi ilbəil artır. Bu gün həyata keçirilən tədbir ölkələr arasında əlaqələrin inkişafına xidmət edəcək. Bu isə bizim şirkətimiz üçün vacibdir".
Azərbaycanda "Aqroekspress" layihəsi Azərbaycan-Rusiya İşgüzar Şurası, "Rusiya İxrac Mərkəzi" SC (RİM), "Roseksimbank" SC, "Azərbaycan Dəmir Yolları" QSC, "RDY" ASC-nin dəstəyi ilə "Alliance Logistics" MMC və "RDY Logistika" SC tərəfindən həyata keçirilir.
Azərbaycandan Rusiyaya "Aqroekspress" vasitəsilə çatdırılan ilk yük meyvə-tərəvəz məhsulları, xüsusilə Rusiya bazarında tələbatın yüksək olduğu təzə Azərbaycan xurması oldu.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Azərbaycanda Dövlət Bayrağı Günüdür
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Rəqsanədən qızı Aysunla bağlı ETİRAF: "Ona zəng etməyə utanıram"
PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı