"Azəriqaz" qaz təchizatına qanunsuz müdaxilə aşkar edib
"Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları qaz təchizatına qanunsuz müdaxilə aşkar edib.
Sonxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İB məlumat yayıb.
Bildirilir ki, paytaxtın Nərimanov rayonunda yerləşən "Nəşvə" restoranının 5 753 manat debitor borcunun olması, restoran sahibi tərəfindən bu borcun ödənilməməsi səbəbindən restoranın qaz təchizatı dayandırılıb. İki gün sonra Birlik əməkdaşları sözü gedən ünvana yenidən baxış keçirən zaman abonentin özbaşına şəkildə dəmir ötürücü quraşdırmaqla təbii qazdan qeyri-qanuni halda istifadə etdiyi məlum olub.
Birlik əməkdaşları restoranın mətbəxinə baxış keçirmək istəyən zaman onları bir qədər gözlədərək sonradan içəri buraxıblar. Onlar qaz balonundan istifadə etdiklərini iddia ediblər. Lakin mətbəxə baxış keçirəndən sonra təkrar qoşulma yerinə baxdıqda dəmirötürücünün abonent tərəfindən açılaraq götürüldüyü aşkar edilib.
"Azəriqaz" İstehsalat Birliyi bir daha vətəndaşları qaz təchizatına müdaxilə hallarından uzaq durmağa çağırır. Bundan əlavə bildirir ki, İB əməkdaşlarına xidməti vəzifələrini yerinə yetirməyə maneçilik törədən, onlara zor tətbiq edən şəxslər barədə qanuna müvafiq olaraq tədbirlər görüləcək.
Daha ətraflı video materialdan izləyə bilərsiniz:
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Azərbaycanda Dövlət Bayrağı Günüdür
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Rəqsanədən qızı Aysunla bağlı ETİRAF: "Ona zəng etməyə utanıram"
PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı