SON DƏQİQƏ! Rusiyaya qarşı şok qərar qəbul edildi: Bağlandı!
Avropa İttifaqı birliyin hava məkanını Rusiya üçün tamamilə bağlayır.
Sonxeber.az Oxu24.com-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen tviter hesabında bildirib.
"Biz Ukraynaya dəstəyimizi gücləndiririk.
Aİ ilk dəfə olaraq hücuma məruz qalan ölkəyə silah və texnikanın alınmasını və çatdırılmasını maliyyələşdirəcək. Biz Kremlə qarşı sanksiyalarımızı gücləndiririk", - Ursula fon der Leyen sosial şəbəkədə yazıb.
"Birincisi, biz Aİ-nin hava məkanını Rusiyaya məxsus, Rusiya qeydiyyatında olan və ya Rusiyanın nəzarətində olan təyyarələr üçün bağlayırıq.
İkincisi, biz Aİ-də Kremlin media maşınına qadağa qoyacağıq, o cümlədən dövlətə məxsus "Russia Today", "Sputnik" və onların törəmə şirkətlərinə. Onlar daha Putinin müharibəsinə haqq qazandırmaq üçün yalanlarını yaya bilməyəcəklər.
Biz Avropada onların zəhərli və zərərli dezinformasiyasını qadağan etmək üçün vasitələr hazırlayırıq", - o əlavə edib.
"Üçüncüsü, biz bu müharibənin digər təcavüzkarını, Lukaşenko rejimini yeni sanksiyalar paketi ilə hədəfə alacağıq, onların ən mühüm sektorlarını vuracağıq. Bütün bu tədbirlər dünən təqdim olunan güclü paketin üstünə əalvə edilir, beynəlxalq tərəfdaşlarımız tərəfindən razılaşdırılıb", - Ursula fon der Leyen vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 11309 Tarix: 27 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Madriddə etiraz aksiyası keçirilir
Madriddə etiraz aksiyası keçirən fermerlər hökumətdən qiymət artımı ilə əlaqədar təcili tədbirlərin görülməsini tələb edirlər. xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb. Aksiya iştirakçıları traktorlarla Madridə daxil olub və İspaniya paytaxtının mərkəzindəki Kolumb meydanına doğru hərəkə
28 oktyabrŞimali Koreya Yapon dənizinə naməlum mərmi atdı
Yonhap xəbər agentliyi Cənubi Koreyanın Birləşmiş Qərargah Rəislərinə istinadən bildirib ki, Şimali Koreya Yapon dənizinə naməlum mərmi atıb. xəbər verir ki, məlumatda deyilir ki, "Şimali Koreya Şərq dənizinə naməlum mərmi atıb". Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi raket buraxılışın
29 oktyabrAvropa KİV-i Zukerberqə qarşı çıxdı
"Facebook", "Instagram" və "WhatsApp" platformalarının sahibi olan "Meta" şirkəti məhsullarından istifadə şərtlərini dəyişməyi planlaşdırır. Yeni qaydalara əsasən, "Meta" sosial şəbəkələrində səhifəsi olan istənilən təşkilat bütün materiallarından kommersiy
28 oktyabrTallində robot qəza törədib, 9 nəfər yaralanıb
Tallində şəhər avtobusu ilə çatdırılma robotu arasında baş verən toqquşma nəticəsində doqquz nəfər yaralanıb. Robot qəzadan sonra hadisə yerindən qaçıb. xəbər verir ki, Estoniya radiosunun Tallinn Transport (TLT) nəqliyyat şirkətinə istinadən verdiyi məlumata görə, avtobus sürücüsü qarşı-qarşıya toqquşmanı
29 oktyabrŞimali Koreya dənizə doğru 10-a yaxın ballistik raket buraxıb
Şimali Koreya oktyabrın 29-da ölkənin şərq sahilləri yaxınlığındakı dəniz istiqamətində təxminən 10 qısamənzilli ballistik raket buraxıb. Reuters-ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi məlumat yayıb. Məlumata görə, raket buraxılışları Cənubi Koreyanı
29 oktyabrABŞ-İran müharibəsi: Yeni zərbələr ehtimalı və atəşkəs danışıqları gündəmdə
ABŞ ilə İran arasında hərbi qarşıdurmanın yenidən genişlənməsi ehtimalı və müharibənin dayandırılması istiqamətində diplomatik səylər diqqət mərkəzindədir. Hörmüz boğazının açılması, ABŞ-ın İrana qarşı mümkün yeni hərbi əməliyyatları və sanksiyalarla bağlı fikir ayrılıqları regionda vəziyyətin qeyri-müəyyə
29 oktyabr