Ermənistan peyk fotolarına cavab verə bilmədi... Paşinyan susur! - VİDEO

Ermənistan peyk fotolarına cavab verə bilmədi... Paşinyan susur! - VİDEOÖtən ayın sonunda Ermənistan öz inventarında olan SU-30 tipli 4 döyüş təyyarəsini Ukraynada istifadə olunmaq üçün Rusiyaya göndərib. Təyyarələrin uçuş nöqtəsi İrəvanın Erebuni hava limanı olub. Erməni pilotların istifadə etdiyi SU-30 qırıcıları yerli vaxtla saat 12:50-də yola düşüb. Saat 13:14-də onlar Rusiyaya çatdılar.

Ermənistan hökuməti bu addımı ilə Rusiyanın Ukraynada başlatdığı müharibənin iştirakçısı olub və işğala ortaq olub.

"Haber Global"ın açıqladığı həqiqət beynəlxalq mətbuatda böyük əks-səda doğurduqda Ermənistanın baş naziri Nikol Paşinyan panikaya düşərək xəbərin yalan olduğunu iddia etdi və "təyyarələrimiz heç vaxt torpaqlarımızdan çıxmayıb" deyərək ictimaiyyəti çaşdırmağa çalışdı. Hətta Ermənistana aid təyyarələrin ölkəni tərk etmədiyi görüntüsü yaratmaq üçün Suriyadan tələsik dörd ədəd SU-30 tipli döyüş təyyarəsi gətirildi. Paşinyan hətta o təyyarələri NATO attaşelərinə də göstərdi, amma unudulan bir şey var idi: peyk fotoları. Müasir texnologiya sayəsində həqiqət bir daha üzə çıxdı.

"Haber Global" tərəfindən əldə edilən bu peyk fotoşəkili 18 mart 2022-ci ildə çəkilib. Ermənistandakı aviabazada SU-30 tipli 4 döyüş təyyarəsi var./Oxu.az
Ermənistan peyk fotolarına cavab verə bilmədi... Paşinyan susur! - VİDEOİkinci şəkil 25 mart 2022-ci ildə çəkilib. Yer eyni olsa da mənzərə fərqlidir. Rusiyaya göndərilən SU-30 təyyarələri yox idi, onların yerini Miq-20 qırıcıları almışdı.
Ermənistan peyk fotolarına cavab verə bilmədi... Paşinyan susur! - VİDEOErmənistan hələ də ötən həftə "Haber Global" tərəfindən paylaşılan peyk görüntülərinə cavab verməyib, daha doğrusu, verə bilməyib. Çünki həqiqət tam göz qabağında idi.

Paşinyan sükuta qərq olduğu halda, Ermənistan hakimiyyətinə yaxın "Telegram" kanalları çalxalandı.

Bu dəfə deyilənlər həqiqətin inkarı yox, etirafı idi. Şərhlərdə "Ermənistan suveren ölkədir, Rusiyaya təyyarə göndərmək bizim işimizdir, qərar səhv deyil" kimi fikirlər ön plana çıxdı. Ukraynanın işğalına dəstəyə gəlincə isə bu məsələnin üstündən keçildi.

Suriyadan gətirilən SU-30 təyyarələrini NATO nümayəndələrinə göstərdiyinə görə Paşinyan da tənqid olundu. Sosial şəbəkələrdə "Ermənistan suveren ölkədir, heç kimə heç nə sübut etmək məcburiyyətində deyilik, Paşinyan zəiflik nümayiş etdirdi" kimi fikirlər səsləndirilib.

Moskva-İrəvan xəttində böhran

Digər tərəfdən, bu məsələ Moskva-İrəvan xəttində böhrana səbəb oldu. "Haber Global"ın SU-30 təyyarələrinin erməni pilotlarla birlikdə Rusiyaya göndərildiyini açıqlaması da Ermənistandakı kəşfiyyat zəifliyini ortaya qoydu. Məxfi məlumatların mətbuata sızması Paşinyanı Rusiyaya qarşı çətin vəziyyətdə qoyub. İki ölkə arasında diplomatik gərginlik yaranıb.

İndi bütün gözlər Qərb ölkələrinin reaksiyasındadır. Dünya Ermənistanın Ukraynadakı işğalı dəstəkləməsinə göz yumacaq, yoxsa Ermənistan törətdiyi əməllərə görə məsuliyyət daşıyacaq?/Oxu.az


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1372   Tarix: 06 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə bağlı - Paylaşım+Video

Prezident İlham Əliyevin sosial media hesablarında "AIREX 2026" - Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

4 noyabr
.

Müstəqil dövlətimizin ilk Konstitusiyası

Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühü

6 noyabr
.

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Qırğız Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə məktub ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri,. Sizi və Azərbaycan xalqını 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edirəm. Bu hadisə uzun illər davam edən münaqişəyə son qoymağa, regionda sülhü

6 noyabr
.

Şuşanın azadlığı və antiterror tədbirləri: Azərbaycanın qəhrəmanlıq salnaməsi

"Müharibələr zamanı müxtəlif döyüşlər və əməliyyatlar keçirilir, hərbi komandanlıq isə qeyri-standart qərarlar qəbul edir. Əsas məsələ düşməni çaşdırmaq, onu yanlış istiqamətə yönəltməkdir. Bu baxımdan Şuşa əməliyyatı həqiqətən də qeyri-adi, unikal və qəhrəmanlıq nümunəsi olan bir əməliyyatdır

5 noyabr
.

İlham Əliyev: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

"Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan "ASAN xidmət"in fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir. "ASAN xidmət"in 2015-ci ildə BMT-nin "Dövlət Xidmətləri Mükafatı"na, 2019-cu ildə isə "Rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişaf

5 noyabr
.

"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib - Foto

"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Çinin Azərbaycandakı səfiri Lu Mey

7 noyabr
.

Səfir: "TRIPP İrəvan və Bakı arasında dialoq üçün yeni imkanlar yaradacaq"

"TRIPP ("Tramp marşrutu") layihəsinin icra edilməsi Azərbaycanın bölgə ilə nəqliyyat əlaqələrinin genişləndirilməsinə şərait yaradacaq və Ermənistanla münasibətlərin inkişafı üçün yeni imkanlar aça bilər". Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ-nin Ermənistandak

7 noyabr
.

Azərbaycan Şuşanı azad etməklə dünyaya gücünü sübut etdi

"Şuşanın azad edilməsi əslində formalaşmış müəyyən bir düşüncəni dəyişdi. Bildiyiniz kimi, Şuşa, eləcə də Hadrut keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinə daxil idi. Hər iki yaşayış məntəqəsinin işğaldan azad edilməsi bir vaxtlar formalaşdırılmış, guya Dağlıq Qarabağ ərazisinin razılaşdırıldığı

5 noyabr
.

İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü - Video

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, sonra dövlət başçısı və birinci xanım burada Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunu

6 noyabr