"Allah bir də məni əzizlərimin itkisi ilə sınağa çəkməsin" - Övladını itirən bəstəkar

"Allah bir də məni əzizlərimin itkisi ilə sınağa çəkməsin" - Övladını itirən bəstəkarSonxeber.az-ın məlumatına görə, şair, bəstəkar Xanım İsmayılqızı Moderator.az-ın suallarını cavablandırıb.

- Xanım xanım, bu gün sizin doğum gününüzdür. Doğum günü sizin üçün nə anlam kəsb edir?
- Mənim üçün bu yaşımda, iki 6 yan-yana durduğu bir vaxtda, doğum günü ömrümün təqvimində qeydə alınan dünyaya gəliş günümün rəqəmləridir, qeydiyyat tarixçəsidir. 66 yaşım tamam olur. Amma mən hər gün dünyaya gəlirəm və bu hər gün mənim üçün bir qazancdır. İnanın səmimiyyətimə, hər gün gözümü açanda deyirəm ki, şükür bu günümə. Çünki yaşım üstə yaş gəlir. Təbii ki, yaşım üstə yaş gəldikcə də səhhətimdə problemlər yaranır. Bu da normaldır. Əsas odur ki, ayaq üstəyəm, özüm-özümü idarə edə bilirəm, qələmim əlimdən düşməyib, ürəyim yenə də musiqi ilə, şeirlə döyünür və döyünə bilir. Yeni şeir yazanda o gün mənim doğum günümdür, yeni mahnı bəstələyəndə mənim doğum günümdür və yaxud dostlarımın, doğmalarımın bir uğurunu görəndə sevinirəm və sevinə bilirəm. Bunun özü də bir gözəllikdir. Allahın bəxş etdiyi hissiyatların, ruhun dilidir.

- Xanım İsmayılqızı hansı illərin, doğum günlərinin xiffətini çəkir?

- Mən o illərin xiffətini çəkirəm ki, valideynlərim sağ idi, hələ uşaq idim, bizim üçün ad günü keçirərdilər, ad günlərimizi həsrətlə gözləyərdik ki, mənə nəsə hədiyyə edəcəklər. Mən bir övladımı, Fəridimi itirmişəm, onun xiffətini çəkirəm ki, yenə də uşaqlarımla hamımız biz yerdə oturub, onların ad gününü qeyd edərdim, mənim ad günümdə ilk hədiyyəm onlar tərəfindən olardı. İndi də qızım, iki nəvəm var. Mənə onlar xüsusi sevinc bəxş edir, bu da Allahın mənə bəxşişi, hədiyyəsidir. Onların sayəsində yaşamağa stimulum var. O günlərin xiffətini çəkirəm və təbii ki, bu günümə də şükür edirəm. Heç kəs öz qismətindən artıq heç bir addım da ata bilməz. Bu günü Allah qismət edibsə, bu günə şükür.

- Bəs ən yaddaqalan doğum gününüz hansı olub?

- Ən yaddaqalan doğum günlərim əzizlərimin yanımda olduğu vaxtlar idi. Elə indi də yaddaqalan günlərim olur. Onlar xüsusi bir günlərdir, sıraya düzüb deyə bilmirəm ki, bu ən yaddaqalan idi?!
- Özünüzə ən böyük arzunuz nədir?

- Özümə ən böyük arzum odur ki, Allah bir də məni əzizlərimin itkisi ilə sınağa çəkməsin, o günləri mən görməyim. Sevdiklərimin gözəl günlərini görməyi mənə nəsib etsin, məni heç kimə möhtac etməsin. Ataların bir məsəli var, "Allah sağ gözü, sol gözə möhtac etməsin". Bu çox gözəl deyimdir. İnsanın bir gözü görməyəndə belə axsıyır, narahatlıq yaşayır. Mən o qədər ömür arzulayıram ki, özüm özümü idarə edə bilim. Yaşamağa bir stimulum olsun. Stimul yoxdursa yaşamağın bir mənası yoxdur.

- Keçmişlə yaşayan insansınız?
- Deyim ki, təkcə keçmişdə ilişib qalan adamam, bu günü yaşamıram və yaxud da gələcəkdən nəsə gözləmirəm, elə də deməzdim, amma keçmişim hər anı, günü, sevinci, kədəri ilə mənimlədir. Keçmişimi unutsam gələcəyim də olmaz. Keçmişimi özümdə yaşadıram. Keçmiş nədir? Həm itirdiklərimdir, həm qazandıqlarımdır, həm yaşadıqlarımdır. Hər şey mənimdir də. Mənim içimdə bir dünya var ki, o dünya məndədir və mən o dünyanı özümdə yaşada-yaşada yaşayıram. Yaşaya bilirəm. Xatirələrimiz silinsə mənə elə gəlir ki, həyat bir az mənasını da itirər. Allah mənə bir pəncərə verib, o pəncərə həmişə mənə nəfəs verir, o pəncərəm hər zaman açıq olsun. Pəncərə açıq olsa nəfəsimiz gedib gələcək. Nəfəs gedib gəlirsə yaşamaq həvəsi də, yazıb-yaratmaq həvəsi də olur. O nəfəslik mənim yaradıcılığımdır. Yaşından asılı olmayaraq yaradıcı adam yaratmasa yaşamaz. Əlbəttə ki, gənclik illərindən fərqli olaraq yaradıcılıq məhsuldar olmasa da amma var. O mənə dayaqdır.

- Özünüzü düşünüb də qələmə aldığınız əsəriniz, mahnınız var?

- Əslində bütün yazdıqlarımda bu və ya digər formada mən varam. Hadisələr fərqli ola bilər, amma hisslər mənimdir. Məni ifadə edən və yaxud özümdən yazdıqlarım da var. Məsələn, İradə İbrahimovanın ifa etdiyi "Qəm qalası" mahnısı məni ifadə edir. Yenə də İradə İbrahimovanın ifasında "Səndəmi ölmək istədin" mahnımı anama ithaf etmişəm və mənim kədərimə köklənib. Keçən il Elnarə Xəlilova ilə bir mahnı lentə aldıq. Sözü və musiqisi mənə aiddir. Oğluma ithaf etmişəm, onun timsalında dünyasını dəyişən bütün oğullarımıza ünvanlamışam və onların kədərini yaşayan anaların kədəri də var burada.


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 2414   Tarix: 11 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan finala keçə bilmədi

Xəbər verdiyimiz kimi, "Avroviziya-2026" mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilir. Axşam.az-ın məlumatına görə, gecədə 15 ölkənin təmsilçisi mahnılarını səsləndirib. Yarışmada ölkəmizi "Just go" mahnısı ilə təmsil edən Jiva finala çıxa bilməyib. Bolqarıstan, Ukrayna, Norveç

15 may
.

Rauf Hacıyevin ailəsində itki

Görkəmli Azərbaycan bəstəkarı və dövlət xadimi, Azərbaycan SSR mədəniyyət naziri, SSRİ Xalq artisti Rauf Hacıyevin bacısı oğlu vəfat edib. "Qafqazinfo" xəbər verir ki, onun nəslinin davamçılarından olan Nazim Musayev Göyçay şəhərində dünyasını dəyişib. Mərhum rayonda tanınmış stomatoloqlarda

1 iyun
.

Xalq artistinə ağır İTKİ: Səhhəti pisləşdi

Xalq artisti Fatma Mahmudovanın ailəsində ağır itki üz verib. xəbər verir ki, Axşam.az-a açıqlama verən aktrisa yaxın qohumunun gənc yaşda dünyasını dəyişdiyini bildirib. F.Mahmudova qeyd edib ki, Ağdama yas mərasiminə yollanıb, orada isə səhhəti pisləşib:. "Özümü yaxşı hiss etmirəm. Halım çox pisdir

8 may
.

Mehriban Zəkidən Fəxrəddin Manafovla bağlı paylaşım

Xalq artisti Mehriban Zəki həmkarı, Xalq artisti Fəxrəddin Manafovun ad gününü təbrik edib. Axşam.az xəbər verir ki, aktrisa sosial şəbəkədə birlikdə çəkildikləri fotonu paylaşaraq aktyora xoş arzularını ünvanlayıb. "Tərəf müqabilim, müəllimim, dostum. 100 yaşa. Sağlam yaşa. Doğum günün mübarək"

3 avqust
.

Leyla Əliyeva Budapeştdə sərgidə - Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdəki Etnoqrafiya Muzeyində "Azərbaycan xalçaları - ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan sərgidə XVII-XX əsrlərə ai

18 iyul
.

Baba Vəziroğlunun ailəsində - Ağır itki

Tanınmış şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlunun bacısı vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baba Vəziroğlunun jurnalist qardaşı Anar Vəziroğlu məlumat paylaşıb. O bildirib ki, bacısı Gündüz xanım ötən gecə dünyasını dəyişib. Allah rəhmət eləsin!

19 mart
.

Afaq Bəşirqızı ƏMƏLİYYAT OLUNDU: "Riskli idi"

Xalq artisti Afaq Bəşirqızı əməliyyat olunub. xəbər verir ki, aktrisanın həkimi Turab Qasımov -a açıqlamasında bildirib ki, əməliyyat riskli olsa da, uğurla başa çatıb:. "Afaq xanımın əməliyyatı uğurlu keçdi. Bir az riskli idi. Əməliyyatdan sonrakı müayinələr də bunu deməyə əsas verir ki, hər şe

5 iyun
.

Ceki Çan Bakıya bu səhər gəlib - Dünənki dublyoru imiş

Əfsanəvi aktyor Ceki Çan bu gün səhər saatlarında Bakıya gəlib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, aktyor paytaxtdakı hotellərdən birinə yerləşib və gün ərzində şəhərin görməli yerlərini gəzəcək. Sabahdan etibarən isə Ceki Çan "Tanrının zirehi 4: Ultimatum" beynəlxalq macər

4 avqust
.

"Qızımın səsi var, amma o siyasəti seçdi"

Xalq artisti Gülyanaq Məmmədova "Qonaqcanlı" verilişində qızı ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, sənətçi övladı Sılanın musiqi istedadı olsa da, bu sahədə fəaliyyət göstərmədiyini bildirib:. "Qızım Sılanın səsi var, amma oxumur. Bakı Slavyan Universitetində təhsil alır

29 may