Bakıda 15 yaşlı qızın yeznəsiylə sevgili olmasına SƏBƏB

Bakıda 15 yaşlı qızın yeznəsiylə sevgili olmasına SƏBƏBXəbər verdiyimiz kimi, Cəlilabadın Məmmədrzalı kənd sakini Aynurə Nağıyeva itkin düşüb. Ailəsinin polisə verdiyi məlumata görə, 15 yaşlı Aynurə evdən çıxıb və bir də geri qayıtmayıb.

Ailədə 5 bacının yaşca 3-cüsü olan Aynurəyə qonşu kəndlərdən bir neçə dəfə elçi gəlsə də, valideynləri onun azyaşlı olduğunu əsas gətirərək "yox" cavabı veriblər. Ailə də əvvəlcə qızı elə elçi gələn şəxsin qaçırdığından şübhələnib. Ancaq sonradan həmin şəxslərin hadisədən xəbərsiz olduqları üzə çıxıb. A.Nağıyeva əslində itkin düşməyib, o böyük bacısının əri ilə qaçıb.

Son günlər ölkənin gündəminə çevrilən bu mövzu ilə bağlı AZXEBER.COM Ümumrusiya Professional Psixoterapiya Liqasının Həqiqi üzvü, psixoloq Səbinə Bayramovadan açıqlama alıb. Psixoloq deyib ki, 15 yaş qızlar üçün ən həssas yaş dönəmidir və bu yaşda qız uşaqları ailələrindən sevgi görməlidir: "Ailənin içini tam bilmədiyimizə görə, yalnız təməl ehtimallara toxuna bilərik. Belə ki 15 yaş yeniyetməlik dövrünə təsadüf edir, bu eyni zamanda "krizis dövrü" və ya "böhranlı dövr" adlandırılır. Bu dövrdə olan yeniyetmə böyüklərə, əsasən də valideynlərinə "artıq uşaq olmadığını" qəbul etdirməyə çalışır, "ona da böyüklərə davranıldığı kimi davranılmasını" istəyir. Xüsusilə də yeniyetmə sevgi, diqqət, qayğı, nəvaziş görmək, hiss etmək istəyir. Bəzən də bu sevgini ailəsində yox başqa birində gördükdə, artıq ona tərəf meyllənir, ona bağlana bilir, hətta həyatının mərkəzinə yerləşdirir və onunla xoşbəxt, çılğın, romantik həyat yaşayacağını düşünür. Çoxuşaqlı ailələrdə isə ana-ata çox zaman ilk övladlarına xüsusi sevgi diqqət ayırırlar".

Psixoloq deyib ki, bu ailədə uşağa lazımı sevgi göstərilməyib və bu səbəbdən belə hadisə yaşanıb: "Göründüyü kimi 5 qız övladı böyüdüblər və valideynlərin vaxtı hər birinə eyni ölçüdə sevgi verməyə yetməyib, əlbəttə ki sevgidən kasad, 15 yaşlı çılğın yeniyetmə qız da sevgini kimdə görübsə psixoloji olaraq ona meyllənib. Xüsusilə də təlim-təhsilə önəm verilmədikdə, yəni beyin təlim-təhsilə istiqamətlənmiş olmadıqda, işləmədikdə, artıq bu zaman duyğular, emosiyalar ön plana çıxır. Bəzən də çılğın duyğuların qarşısı alınmaz ola bilir və sonda fəlakətə səbəb ola bilir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 5610   Tarix: 07 oktyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Texnoloji yeniliklərin proqramlara inteqrasiyası da günümüzün zəruri tələbidir" - AÇIQLAMA

"Elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması prosesi çoxşaxəli və məsuliyyətli bir yaradıcılıq işidir. Belə layihələrin cəmiyyətin intellektual inkişafına birbaşa təsir göstərməsi üçün ilk növbədə sistemlilik və ardıcıllıq prinsipi əsas götürülməlidir. Proqramın məzmunu elm

4 iyun
.

"Yeniyetmələr həmyaşıdları arasında qəbul edilmək üçün populyar brendlərə üstünlük verə bilərlər" - AÇIQLAMA

"Nəzərə alsaq ki, psixologiya sözünün mənası ruh aləmidir və ümumiyyətlə davranışlarımız psixoloji halımızdan xəbər verir, yeniyetmələrin brend məhsullara maraq göstərməsinin də təbii ki, bir neçə əsas psixoloji səbəbi var". Bu sözləri -a psixoloq Samirə Bağırova danışıb. O, açıqlamasında qey

5 iyun
.

Tənqidə qarşı həddindən artıq həssaslığın səbəbi nədir? - AÇIQLAMA

İnsanlar gündəlik həyatda ailə üzvlərindən, dostlarından, iş yoldaşlarından və ya rəhbərlərindən müxtəlif formalarda tənqidlərlə qarşılaşırlar. Bəziləri bu iradları sakit qarşılayaraq özünü inkişaf etdirmək üçün fürsət kimi dəyərləndirsə də, digərləri ən kiçik tənqidi belə şəxsi hücum kimi qəbul edir

5 iyun
.

Cəlilabadda qadın qətlə yetirildi - Şübhəli baldızı oğludur

Cəlilabadda qətl hadisəsi törədilib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzində, Məhəmməd Hadi küçəsində qeydə alınıb. Belə ki, orta yaşlı qadın aldığı ağır xəsarətlərdən həyatını itirib. İlkin məlumata görə, hadisəni törədən Anar adlı şəxs mərhumun baldızı oğludur. Hadisədən sonr

3 iyun
.

Bu gün geomaqnit qasırğası olacaq

Bu gün Günəş aktivliyi yüksək olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb. Günəş səhtində müntəzəm baş verən C (zəif) sinif alışmalarla yanaşı, M (R1-R2-zəif-orta) sinif alışmalar və tac kültə atılması (TKA) baş verib

4 iyun
.

Hərbi xidmətdə olan diplomatlara müavinət ödənilməsi ilə bağlı dəyişiklik son oxunuşda qəbul edilib

Milli Məclis müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağırılması ilə əlaqədar xidmətinə xitam verilmiş diplomatik xidmət əməkdaşlarına orta aylıq dövlət məvacibinin 3 misli miqdarında müavinət ödənilməsi haqqında dəyişikliyi üçüncü oxunuşda qəbul edib. xəbər verir ki, bununla bağlı "Diplomati

5 iyun
.

Naxçıvanda idarə rəisi İŞDƏN ÇIXARILDI - FOTO

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi Yusif Axundov vəzifəsindən azad edilib. xəbər verir ki, bununla bağlı Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, icra başçısının vəzifələrini müvəqqəti icra edən Əhməd Vəliyev əmr imzalayıb. Y.Axundovun vəzifədən azad olunmasının səbəb

3 iyun
.

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

Azərbaycanın ən yaşlı sakini vəfat edib. APA-ya istinadən xəbər verir ki, 1890-cı il təvəllüdlü Lənkəran sakini Tamam Əli qızı Əzizova bu gün müalicə aldığı Lənkəran Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib. 136 yaşlı Tamam Əzizova xəstəxananın Reanimasiya şöbəsində müalicə olunurmuş

4 iyun
.

Anormal təbiət hadisələri gəlir

Birləşmiş Millətlər Təşkilatı yaxın aylarda formalaşması gözlənilən El Nino hava hadisəsi ilə bağlı xəbərdarlıq edib. Bildirilib ki, bu proses qlobal temperaturun daha da yüksəlməsinə və ekstremal hava hadisələrinin artmasına səbəb ola bilər. xəbər verir ki, Ümumdünya Meteorologiya Təşkilatının açıqlamasın

5 iyun