Araz Əlizadə: "Moskva" raket kreyseri vurulmayıb" - ŞOK AÇIQLAMA
Xəbər verildiyi kimi, Ukrayna tərəfi Rusiyanın "Moskva" raket kreyserinin vurulması haqda məlumat yayıb.
Ukrayna mətbuatı təsdiqləyib ki, Rusiyanın "Moskva" raket kreyseri Ukraynanın "Neptun" gəmi əleyhinə raket kompleksi tərəfindən vurulub, nəticədə kreyserdə yanğın baş verib.
Həmçinin, Odessa vilayət administrasiyasının rəhbəri Maksim Marçenko da "Moskva" kreyserinin vurulduğunu açıqlayıb.
Rusiya Müdafiə Nazirliyi isə Rusiyanın Qara dəniz donanmasına məxsus "Moskva" raket kreyserinin batdığı barədə məlumat yayıb.
Rusiya MN-nin məlumatında bildirilib ki, Moskva kreyserinin təyinat limanına çəkilməsi zamanı sursatların partlaması nəticəsində baş verən yanğından gövdəyə ziyan dəydiyi üçün gəmi dayanıqlığını itirib.
Bəs, "Moskva" kreyserinin sıradan çıxarılması Rusiya üçün nə deməkdir? Bunun müharibənin gedişinə psixoloji baxımından hansı təsirləri var?
Demokrat.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri, keçmiş deputat Araz Əlizadə bildirib ki, bunun Rusiya üçün elə ciddi əhəmiyyəti yoxdur. Partiya sədri əlavə edib ki, bu, Rusiya-Ukrayna müharibəsinin gedişinə psixoloji təsir etməyəcək:
"Bu, texniki səbəblə bağlı idi. Yəni, "Moskva" raket kreyseri vurulmayıb və Rusiya üçün elə də önəmi yoxdur. Bu hadisə Rusiya-Ukrayna müharibəsinə heç bir psixoloji təsiri göstərməyəcək".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 2136 Tarix: 16 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Laçın təlimləri anti-terror əməliyyatlarının başlanğıcıdır? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ötən gün Laçın rayonunda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb. Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsə
7 sentyabr 2021Azərbaycan yeni anti-terror əməliyyatı həyata keçirə bilərmi? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ötən gün Şuşa istiqamətində ermənilərin həyata keçirdiyi təxribat, onların itki verib, geri çəkilməsi ilə yekunlaşdı. Həmin hadisədən sonra Azərbaycan dövlətinin Şuşa və ətraf bölgələrdə yerləşən qanunsuz erməni silahlı birləşmələri üzərində anti-terror əməliyyatı aparması məsələs
4 sentyabr 2021Ərdoğan: "Azərbaycan və İranla birlikdə UNESCO-ya müraciət etdik"
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan "2021 UNESCO Ahi Evran Anma ili - Ahi Evranın izi ilə sahibkarlarla görüş" proqramına qatılıb. O çıxışı zamanı bildirib ki, atalarımızın miras qoyduğu köklü qurumla fəxr edirik. "Sənədlərimizi Azərbaycan və İranla birlikdə hazırlayıb UNESCO-ya təqd
16 sentyabr 2021Ərdoğan Azərbaycanla imzalanan vacib sənədləri təsdiqlədi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış bəzi Sazişləri təsdiqləyib. Bunlar- 25 fevral 2020-ci ildə Bakı şəhərində imzalanmış "Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Saziş", 31 oktyab
4 sentyabr 2021Paşinyanın arvadı haqda sensasion məlumat yayıldı
Erməni mənbələri xəbər verir ki, 44 günlük müharibənin ilk günlərində Nikol Paşinyanın xanımı Anna Akopyan Rusiyanın əleyhinə sərt fikirlər səsləndirib. Baş nazirin xanımı bildirib ki, "əsrlər boyu özünü bizə müttəfiq kimi sırıyan Rusiya əslində heç də bizim müttəfiq və tərəfdaşımız deyil"
9 sentyabr 2021"15 qəpiklə heç kim kasıblamaz" - Deputatdan bahalaşmaya reaksiya
"Hazırda ölkə iqtisadi cəhətdən ciddi bir dövrünü yaşayır. Həm COVID-19 pandemiyası, həm də Vətən müharibəsi ilə əlaqədar olaraq xərclərimiz çoxdur. Həmçinin dövlət son illər hərbiyə də olduqca çox vəsait ayırır. Doğrudur, Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğ
15 sentyabr 2021Azərbaycan Gorus-Qafan yolunda post qurub - DİN-dən AÇIQLAMA
Azərbaycan polisi Qubadlı rayonunun inzibati ərazisində də nazarət-keçid məntəqəsi quraşdırıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Bildirilib ki, məntəqə Goruş-Qafan yolunda quraşdırılıb. Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. DİN-in Mətbuat Xidmətinin Bərdə regiona
11 sentyabr 2021