"Atam deyirdi ki, xəstəxanaya gəlsəniz də sizi yanıma buraxmayacaqlar, inanmırdıq ki..."

"Atam deyirdi ki, xəstəxanaya gəlsəniz də sizi yanıma buraxmayacaqlar, inanmırdıq ki...""Bəzən mənə deyirlər ki, atana çox oxşayırsan. Atama oxşamaq mənim üçün böyük bir fəxrdir. İlk illər bunu eşidəndə təəccüblənirdim. Oxşamaq deyəndə bu fizioloji bir yanaşmadır, gənc yaşlarında onu görənlər bu sözü mənə deyirdi. Mən həm də atama xaraktercə oxşayıram. Çünki atam dürüst insan idi, lazım olan işləri özü görərdi, işdən yorulmazdı, baxıb görürəm ki, bu məndə də var" .

Sonxeber.az-ın məlumatına görə, bunu moderator.az-a açıqlamasında əməkdar artist Məcnun Hacıbəyovun böyük oğlu Ceyhun Hacıbəyov deyib. O daha sonra əlavə edib.

"Atam ömrünün sonlarına qədər Qubanın 2-ci Nügədi kəndindəki evində tək yaşadı. 90-cı illərin əvvəllərində Qubada ona ev tikdik, Quba səfərləri günbəgün çoxalırdı, anamla gedib həmin evdə qalırdılar. Atam 2005-ci ilə qədər teatrda çalışdı, 40 ildən çox teatrda işləmişdi. Onun Qubaya yaşamağa getməsi, təbiətinin fərqli olması ilə əlaqədar idi. 40 ildən sonra torpaq onu çəkdi, qayıtdı doğma vətəninə. Biz anamı itirdikdən sonra da atam Qubada tək qalmağa üstünlük verirdi, təkliyi xoşlayırdı. Tək qalmasının səbəbi kimi isə onu deyirdi ki, mən hər şeyi özüm edir, heç kimə buyurmuram" deyə o bildirib.

Məcnun Hacıbəyovun kiçik oğlu Pərviz Hacıbəyov Moderator.az-a açıqlamasında bildirib ki, onu və qardaşını musiqi sahəsinə atası həvəsləndirib.

"Biz 3 övladıq, qardaşımla bacım Qubada, mən isə Bakıda anadan olmuşam. Atam bizi tez-tez teatra tamaşalara aparardı. Tamaşalardan zövq alırdım. Atam çalışırdı ki, biz incəsənətə meylli olaq, bu səbəbdən qardaşım da musiqi sahəsində çalışırdı, daha sonradan bu sahədən uzaqlaşdı. Mən incəsənət, mədəniyyət sahəsində çalışmağa başladım, musiqiçi oldum. Arzum var idi ki, ansambllarda ifa edim, musiqiçi kimi tanınım, böyük sənətkarlarla görüşüm. Həmişə bizə aktyorlar qonaq gələrdilər. Bir dəfə də Səməndər Rzayevlə Yaşar Nuri bizə qonaq gəlmişdi, gördüm ki, həyətdə çaxnaşma düşüb. Sən demə onlar film üçün saçlarını keçəl ediblər, uşaqlar da onları görüb gülüşüblər (gülür). Atam baş rollara, əsas rollara can atmırdı. Soruşurduq ki, sən niyə əsas rollarda oynamırsan? Deyirdi ki, baş rolda aktyor özünü göstərməyə bilər, amma kiçik rol ilə nəsə deyə bilər. Mənim atamın çox gözəl səsi var idi, yadımdadır ki, tamaşalarda mahnı oxuyanda anşlaq olurdu, hamı onu alqışlayırdı" deyə sənətkarın oğlu bildirib.

Oğlu aktyorun son günlərindən də danışıb.

"Atam covid-19-a yoluxmuşdu, xəstəxanada yatırdı. Görüşə bilmirdik, onunla yalnız telefonla danışırdıq, bu bizim üçün çox təsirli idi. Deyirdi ki, gəlsəniz də onsuz yanıma buraxmayacaqlar. Atam bizə heç vaxt etiraf etmirdi, çox istədiyini bildirmirdi. Telefonda mənə dedi ki, oğlum səni çox istəyirəm. Atam çox sağlam idi, sağalmağa doğru gedirdi. Düşünmürdük ki, onu bu tezliyində itirə bilərik. 4 ay bundan əvvəl biz onu itirdik" deyə sənətkarın oğlu bildirib.


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 6449   Tarix: 18 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Böyük Misir Muzeyinin 5 əsas eksponatl: Gizanı ziyarət etməyə dəyər (FOTO)

Qədim Misir sivilizasiyasının tarixi bu gün də bəşəriyyətin ən böyük sirlərindən biri olaraq qalır. Bu mövzu yüzlərlə alimi və milyonlarla turisti cəlb edir. Ötən ilin payızından etibarən səyyahların Qədim Misir tarixi ilə daha yaxından tanış olmaq imkanı genişlənib. Belə ki, Qizada nəhayət möhtəşə

16 sentyabr
.

Şükufə Yusupovanın vəziyyəti necədir?

Xalq artisti Şükufə Yusupovanın vəziyyəti açıqlanıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, aktrisanın müalicəsi Yeni Klinikanın müvafiq şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir. Qeyd edək ki, avqustu

31 avqust
.

Mərhum Xalq artistinin abidəsi adi olmayacaq

Mərhum Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin layihəsi artıq hazırdır. xəbər verir ki, bu barədə -a mərhum aktyorun yaxın dostu, tanınmış şair Baba Vəziroğlu məlumat verib. Onun sözlərinə görə, abidənin müəllifi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Natiq Əliyevdir:

25 avqust
.

"Serial bəzi gənclər üçün pis örnəkdi"

Xalq artisti Mehriban Zəki gənc aktyorların üstün və çatışmayan cəhətlərindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "MAG" layihəsində qonaq olarkən danışıb. O, bugünkü gənclərin öyrənməyə həvəsli və çalışqan olduğunu bildirib:. "Bugünkü gənclərin üstün cəhətləri var. Onlar

14 avqust
.

Xəstəxanaya yerləşdirilən aktyor səhhətindən yazdı

Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərov səhhəti ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, aktyor müalicəsinin başa çatdığını, evə buraxıldığını bildirib. Özünü yaxşı hiss etdiyini deyən R.Səfərov müalicəsini ev şəraitində davam etdirəcəyin

25 sentyabr
.

Əlikram Bayramov: "İngiltərə uduzanda 2-3 gün özümə gələ bilmədim"

Müğənni Əlikram Bayramov 2026-cı il dünya çempionatında azarkeşlik etdiyi İngiltərə millisinin çempion ola bilməməsindən təəssüfləndiyini bildirib. Sənətçi Qaynarinfo-ya açıqlamasında deyib ki, turnir başlamazdan əvvəl İngiltərənin dünya çempionu olacağını proqnozlaşdırıb:. "Dünya çempionatınd

20 iyul
.

Fəxrəddin Manafov və Nailə İslamzadə bir arada - Foto

Xalq artisti Fəxrəddin Manafov və Əməkdar artist Nailə İslamzadə bir araya gəlib. Axşam.az xəbər verir ki, aktyor və teleaparıcı birlikdə foto çəkdiriblər. Şəkli N. İslamzadə sosial şəbəkə hesabında paylaşıb

17 avqust
.

Bir şilləyə görə küsdü, boşandığı qadınla eyni evdə yaşadı

Azərbaycan kino səhnəsinin ən yadda qalan simalarından biri olan bu sənətkar tamaşaçını təkcə sözlə deyil, baxışı, jesti və özünəməxsus intonasiyası ilə güldürməyi bacarırdı. Onun yaratdığı obrazlar illər keçsə də köhnəlmir, bu gün də eyni maraqla izlənilir. Lakin şöhrətli səhnə həyatının arxasında çoxlarını

23 avqust
.

Elçin Cəlilovun məzarından yayılan görüntülər müzakirələr yaratdı - (Video)

Sosial şəbəkələrdə yayılan görüntülər izləyicilərin diqqətini çəkərək geniş müzakirələrə yol açıb. xəbər verir ki, sosial media istifadəçisi Qurban Oruc mərhum sənətkar Elçin Cəlilovun baxımsız vəziyyətdə olan məzarını ziyarət edərək həmin anları lentə alıb. Daha sonra o və yaxınları məzarın ətrafınd

29 iyul