Azərbaycanda duru yağların qiymət artımının səbəbləri açıqlandı - ARAŞDIRMA

Azərbaycanda duru yağların qiymət artımının səbəbləri açıqlandı - ARAŞDIRMAHazırda təkcə Azərbaycanda deyil, eləcə də bütün dünyada duru yağ qiymətlərində artım müşahidə olunur. Ölkəmizdə bunun səbəblərindən biri kimi Rusiya-Ukrayna münaqişəsinin yaratdığı mənfi təsirlər göstərilir.

Belə ki, bu ilin ilk iki ayında Azərbaycan xaricdən 11,12 milyon ABŞ dolları dəyərində 8 030 ton günəbaxan yağı alıb.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 16,4%, kəmiyyət olaraq - 28,6% azdır.

Rusiyadan 10,76 milyon ABŞ dolları dəyərində 7 min 812 ton, Türkiyədən 252,31 min ABŞ dolları dəyərində 133,78 ton, Ukraynadan 139,84 min ABŞ dolları dəyərində 77,15 ton, İtaliyadan 14,1 min ABŞ dolları dəyərində 5,86 ton, Belarusdan 2,81 min ABŞ dolları dəyərində 1,3 ton, Almaniyadan 0,09 min ABŞ dolları dəyərində 0,03 ton məhsul gətirilib.

Azərbaycanda duru bitki yağları istehsalında azalma müşahidə olunur. Belə ki, bu ilin yanvar-mart ayları ərzində ölkədə 12 min 979,6 ton duru bitki yağları istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,1% azdır. 2021-ci ildə Azərbaycanda 52,4 min ton duru yağ istehsal olunduğu halda, xaricdən 74 min ton günəbaxan və qarğıdalı yağları idxal olunub.

Hazırda daxili bazarda günəbaxan yağına olan tələbatın yüksəlməsi və qiymət artımı müşahidə olunmaqdadır. Yaranmış vəziyyətlə bağlı apardığımız araşdırma zamanı məlum olub ki, qiymət artımının səbəblərindən biri də yerli istehsalın az olmasıdır.

Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, dünya bazarında qiymətlərlə bağlı çox ciddi problemlər var:

"Ukrayna-Rusiya müharibəsi, sanksiyalar həm Avropanın özündə, həm də Rusiyada, Ukraynada çox ciddi problemlər yaradıb. Biz də bu dövlətlərdən kifayət qədər məhsul idxal edirik. O cümlədən, müəyyən qədər duru yağlar da alırıq. Ona görə də qiymətlər kifayət qədər artıb. Yağdan əlavə, idxal etdiyimiz əksər məhsulların qiymətində artım baş verib. Qiymət artımına qarşı tədbirlər həyata keçirilir, amma elə məsələlər də var ki, bu, hökumətdən, dövlətdən asılı deyil".

Millət vəkili Azərbaycanda duru yağın istehsalı məsələlərinə də toxunub:

"Ölkəmizdə duru yağ istehsalı o qədər də ciddi rəqəmlərlə müşahidə olunmur. Düzdür, kənd təsərrüfatında bu istiqamətdə müəyyən addımlar atılmalıdır, çünki yağa kifayət qədər ehtiyacımız var, ona görə də idxal edirik. Amma yaxşı olardı ki, özümüz özümüzü təmin edək. Çox təəssüf ki, bu sektorda müəyyən problemlər var. Vaxtında müəyyən qədər işlər görsəydik, kənd təsərrüfatında artımda aktivlik olar və yağ istehsalında hazırkı problem olmazdı".

İqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, bitki yağları bir çox ölkələrdə, o cümlədən də Azərbaycanda inflyasiyanın təsirinə daha çox məruz qalan ərzaq məhsullarıdır.

"Biz əvvəlki illərdə də bu məhsulun (istər qarğıdalı yağı olsun, istərsə də digər bitki yağları) qiymətinin daha həssas, daha çevik olduğunu müşahidə etmişik. Məsələn, orta inflyasiyanın 5% olduğu illərdə bitki yağlarının qiymətində 15-20%-ə qədər artım müşahidə etmişik. Bunun da bir sıra özünəməxsus səbəbləri var. Bunlardan birincisi, bu məhsullar üzrə idxaldan asılılığının çox olması, ikincisi isə ölkədə olan istehsal subyektlərinə baxdıqda bu məhsul istehsalçılarının sayının çox olmamasıdır və idxal etdiyimiz ölkələrin özündə belə, qiymət artımları bu vəziyyətə gətirib çıxarır.

Hər bir ölkə öz ərzaq təhlükəsizliyini qorumaq üçün müxtəlif ərzaq məhsullarının ixracına qadağalar qoyur. Məsələn, son dövrlərdə Türkiyədə yağla bağlı belə qadağa oldu ki, bu da məhsulun dünya bazarındakı qiymətinə təsir edir. Eyni zamanda, Rusiya və Ukraynanın dünya qarğıdalı istehsalının 20%-dən çoxuna sahiblənməsi qiymət artımına səbəb olur. Bu münaqişə zəminində istehsal zəncirində ciddi fasilələrin yaranması və istehsal həcmlərinin ciddi şəkildə azalması səbəbindən qiymət artımları müşahidə olunur".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 2733   Tarix: 19 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan apreldə "OPEC plus" üzrə öhdəliyini yerinə yetirib

2021-ci ilin aprel ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 698 min barrel olub. Energetika Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, bunun 594 min barrelini xam neft, 104 min barrelini isə kondensat təşkil edib. Xatırladaq ki, "OPEC plus" ölkələr

9 may 2021
.

Azərbaycanda dollar yenidən bahalaşır? - AÇIQLAMA

Son günlər ərzində bankların dollar satışında qoyudğu məhdudiyyətlər cəmiyyətdə müəyyən aajiotaja səbəb olub. Əhali arasında yenidən devalvasiyanın olması ilə bağlı müəyyən narahatlıq var. Bəs görəsən bu narahatlığa ciddi əsas varmı? Devalvasiya təhülkəsi gözlənilirmi?. Mövzu ilə bağlı -ın sualların

6 may 2021
.

İsraillə Azərbaycan arasında dəyirmi masa keçirildi

İsrailin Təl-Əviv şəhərində Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri açılıb, İsrail biznes dairələrinin iştirakı ilə İşgüzar Dəyirmi Masa keçirilib. İqtisadiyyat Nazirliyindən -a bildirilib ki, işgüzar görüşdə çıxış edən Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birg

31 iyul 2021
.

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,43 ABŞ dolları, yaxud 0,6 % azalıb. xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 73,53 ABŞ dolları təşkil edib. Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağ

4 sentyabr 2021
.

Ermənistan 30 ildə vurduğu ziyana görə nə qədər kompensasiya ödəyəcək? - AÇIQLAMA

"30 il müddətində Ermənistanın Azərbaycana vurduğu ziyan tək mənəvi deyil, maddi ziyanlarla da müşahidə olundu. Bu ziyan milyardlarla dollar vəsaitlə ölçülə bilər". Bu sözləri - açıqlama verən iqtisadçı ekspert Elşad Məmmədov deyib. O bildirib ki, Ermənistanın bizə ödəyəcəyi təzminat haqqınd

19 iyun 2021
.

Azərbaycan nefti kəskin ucuzlaşdı

Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşıb. "Azeri Light" markalı neftin bir bareli 4,78 ABŞ dolları və ya 6,45 faiz ucuzlaşıb. Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 69,33 ABŞ dolları təşkil edib. Qeyd edək ki, "Azeri Light" markalı neftin bir barelini

20 iyul 2021
.

Mikayıl Cabbarovdan qeyri-neft ixracı ilə bağlı AÇIQLAMA

Azərbaycanda qeyri-neft ixracının təşviqi tədbirləri bu sahədə artımı sürətləndirib. xəbər verir ki, bu barədə İqtisadiyyat Naziri Mikayıl Cabbarov məlumat verib. Nazir bildirib ki, pandemiyanın təsirlərinə baxmayaraq, göstəricilər müsbətdir: "İlkin nəticələrə görə, əvvəlki ilin müvafiq dövrü il

6 may 2021
.

Azərbaycanda avtomobillərin qiyməti niyə bahalaşır? -AÇIQLAMA

Pandemiya dövründə iqtisadi aktivliyin azalması bütün sahələrə öz mənfi təsirini göstərdi. Bu dövrdə ən çox zərər çəkən sahələrdən biri də avtomobil bazarı oldu. Maraqlıdır, hazırda avtomobil bazarında vəziyyət necədir, növbəti mövsümdə qiymətlər hansı istiqamətdə dəyişəcək?. Mövzu ilə bağlı -ın sulların

15 may 2021
.

Ceyhan limanından nə qədər BTC nefti nəql olunub?

Bu ilin yanvar-iyul ayları ərzində Bakı-Tiflis-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən "BOTAS International Limited" (BIL) şirkəti Ceyhan terminalından 113,8 milyon barrel xam neft nəql edib. xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb. Bu həcmdə xa

31 iyul 2021