Paşinyan Qarabağa görə Putindən NƏ XAHİŞ ETDİ? - Moskva görüşünün DETALLARI
"Paşinyanın Moskvaya səfərə gəlməzdən öncə Brüssellə təmasları və bu səfərdən sonra baş tutacaq əlaqələri Qarabağla bağlı yeni planına dəstək almaq üçündür".
Bunu Milli.Az-a açıqlamasında Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib.
Rusiyalı siyasi analitik bildirib ki, Azərbaycan yenidən 30 il bundan öncəki faciələrin təkrarlanması üçün Qarabağ ermənilərinə muxtariyyət verməyəcək:
"Bu plan Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan ibarətdir. Lakin Paşinyan bununla yanaşı Qarabağda yaşayan ermənilər üçün çox əhəmiyyətli muxtariyyətə nail olmağa çalışır. O, faktiki olaraq elə muxtariyyət istəyir ki, Qarabağ formal olaraq Azərbaycanın tərkibində erməni anklavı olsun.
Erməni baş nazir faktiki olaraq isə Qarabağın Azərbaycandan müstəqil və Ermənistanla sıx əlaqələrə malik olmasına can atır. Ona görə də düşünürəm ki, Paşinyan Azərbaycanın ərazi bötüvlüyünü sənədlə tanımağa hazır olacaq. Lakin bu, ermənilər üçün yüksək səviyyəli muxtariyyət zəmanəti alandan sonra mümkün olacaq. Bu isə təbii ki, Azərbaycanı qane etməyəcək.
Azərbaycan sovet höküməti tərəfindən buraxılan muxtariyyət səhvinin yenidən təkrarlanmasına heç bir halda imkan verməyəcək. Ermənistan və Qərb Azərbaycanın nəyə görə muxtariyyətə qarşı olduğunu başa düşməlidir. Onlar anlamalıdırlar ki, Azərbaycan yenidən 30 il bundan öncəki faciələrin, yüz minlərlə insanın yurd-yuvasından qaçqın düşməsinin təkrarlanmasını istəmir".
Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu açıqlayan Ermənistan rəhbərliyi Kremldə yenə mövcud olmayan "Dağlıq Qarabağ münaqişəsi" haqqda danışıb. Rusiya prezidenti Vladimir Putin isə təkbətək görüşün protokol hissəsində "Dağlıq", "münaqişə" deyil, ancaq Qarabağda problemin olduğunu ifadə edib.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1950 Tarix: 21 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezidentlə şəhid anası arasında səmimi dialoq
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Prezidentlə şəhid anası arasında səmimi söhbət baş tutub. Prezident İlham Əliyev
6 noyabrPrezident Şuşada açılışda - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məlumat verib. Bildirilib ki, nazirliyin sifarişi ilə Şuşa Peşə Təhsil
7 noyabrPrezident Ağdamda zeytun ağacı əkdi - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub. "Qafqazinfo" xəbər verir ki, "Aqroinkişaf 2017" MMC-nin direktoru Ruslan Sadıxov dövlət başçısına müəssisənin fəaliyyəti barədə məlumat verib. Bildirildi ki, şirkət tərəfində
7 noyabrAzərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi
Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi
6 noyabrHeydər Əliyevin siyasi yaradıcılığının şah əsəri - Azərbaycan Konstitusiyası
"Noyabrın 12-də Müstəqil Azərbaycanın Konstitusiyasının qəbulunun 31 ili tamam olur. Ümummilli Lidermiz Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra ölkədə bütün sahələrdə islahatlara başlandı. Ulu Öndər dövlətçiliyimiz təhdid edən təhlükəli tendensiyaları aradan qaldırdıqdan
6 noyabrPrezident Qarabağ Universitetində təməlqoyma mərasimində - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Xankəndidə Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib. "Qafqazinfo" xəbər verir ki, dövlətimizin başçısına binalarda yaradılacaq şərait barədə məlumat verildi. Bildirildi ki, kitabxan
7 noyabr