Kinomuzun Şəmsinin FACİƏVİ HƏYATI: Sevdiyi insandan ayırdılar, əri xalası qızıyla evləndirildi - FOTO

Kinomuzun Şəmsinin FACİƏVİ HƏYATI: Sevdiyi insandan ayırdılar, əri xalası qızıyla evləndirildi - FOTO"Nəsimi" filmindəki Şəms obrazı ilə tanınan aktrisa Almaz Əsgərova haqqında 10 maraqlı faktı məlum olub.

Kulis.az-ın araşdırmasını təqdim edirik:

1. Almaz Əsgərova Ə.Əzimzadə adına rəssamlıq məktəbində təhsil alır, gözəl rəsmlər çəkir. Bir gün heç kimin gözləmədiyi halda o rəssamlıq məktəbini atıb sənədlərini Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə verir.

2. Universitetdə oxuyarkən tanış olduğu Azər Süleymanovla ailə həyatı qurur. Bu evlilikdən onların İlham adlı bir oğulları olur. Təsadüfən tanış olduğu Almaza aktrisa olmağı o məsləhət görür. Kinostudiyada Adil İsgəndərovun kursuna daxil olan Almaza ustadı "Sən gözəl aktrisa olacaqsan", - deyir.
Kinomuzun Şəmsinin FACİƏVİ HƏYATI: Sevdiyi insandan ayırdılar, əri xalası qızıyla evləndirildi - FOTO3. Lakin Şeyx Əbdül onların tanış olması haqda isə belə deyir:

"Azər Süleymanov da bizim işçimiz idi. İkinci rejissor işləyirdi. "Qanun naminə" filmində Azər Süleymanov rejissor assistenti işləyirdi. Almaz da orda kiçik bir rola çəkilirdi. Orda tanımışdılar bir-birini. Ona qədər Almazın böyük bir həyatı vardı. Oxumuşdu, filmlərə çəkilirdi. Azər onu artıq ikinci mərhələdə, filmlərə çəkilməyə başlayarkən görmüşdü. Onlar 1970-ci ildə ailə qurdular. Ailə o qədər uğursuz alındı ki, Almazın bütün həyatı məhv oldu. Azər evin bir oğlu idi, rəhmətlik anası onu tək böyütmüşdü, ona görə də oğlunu çox qısqanırdı, Almazı heç yola vermirdi. Neçə dəfə getdik, danışdıq, yola gətirməyə çalışdıq, amma alınmadı. Həmin problemlər ucbatından çox keçmədən onlar ayrıldılar. Hətta qaynanası onları boşadandan sonra Azərə özünün bacısı qızını almışdı. Azərin o evlilikdən bir qızı da var. Çox qəribədir ki, o, ögey ana yanında böyümüşdü, elə sonradan da taleyi çox acınacaqlı oldu. Onun ögey bacıları ilə ailəvi problemləri vardı, ev məsələləri vardı. Biz bu problemlərin içərisində idik, Almaza əlimizdən gəldiyi qədər kömək etməyə çalışırdıq".

4. Deyilənə görə həyat yoldaşından ayrılandan sonra Almaz xanım oğlu ilə birgə yaşayırdı. Sonradan kinostudiyadan bir nəfərlə də münasibətləri yaranır, ailə qurmaq istəyirlər, amma o da alınmır, evlənə bilmirlər.
Kinomuzun Şəmsinin FACİƏVİ HƏYATI: Sevdiyi insandan ayırdılar, əri xalası qızıyla evləndirildi - FOTO5. Almaz kinoda bir-birinin ardınca maraqlı obrazlar yaradır. "Qanun naminə"də Salamatovun xanımı, "Mən ki gözəl deyildim"də Elmira, "Ulduzlar sönmür" də Fatimə. Daha sonra "Bir cənub şəhərində", "Məhəbbət, məhəbbət", "İstintaq davam edir", "Uşaqlığın son gecəsi" filmlərinə çəkilir.

6. Adil İsgəndərov onu çəkəcəyi "Vaqif" filmində Xuraman obrazı üçün hazırlayır. Lakin, İsgəndərovun ölümü bu ideyanın həyata keçməsinə maneə olur. Həmin illərdə aktrisa "Tacikfilm"də "Rüstəm və Söhrab" filmində baş rola çəkilir.
Kinomuzun Şəmsinin FACİƏVİ HƏYATI: Sevdiyi insandan ayırdılar, əri xalası qızıyla evləndirildi - FOTO7. Nəhayət, Almaz həyatın diktəsi ilə kinoda ən yaddaqalan son obrazına həyat verir - "Nəsimi" filmindəki Şəmsə. Həsən Seyidbəyli Şəms obrazı üçün Almazı sorğu-sualsız dəvət etmişdi.

8. 1983-cü ildə Azər iş üçün Moskvaya yollanır və geriyə tabutda qayıdır. Azərin Moskvada vəfat etməsi Almaz Əsgərovanı sarsıdır. O dost-tanışdan, qohum-əqrəbadan, sənətdən ayrılıb özünə qapanır. Milli Dram Teatrına dəvət edilsə də, bu təklifi qəbul etmir. "Mən sənətdən getmişəm", - deyə cavab verib.

9. Beləliklə, qapalı həyat onu məhvə sürükləyir. 11 ayın içində amansız xəstəliyə düçar olan Almaz Əsgərovanın gözləri 1988-ci ilin qızmar avqustunda dünyaya əbədi qapanır.
Kinomuzun Şəmsinin FACİƏVİ HƏYATI: Sevdiyi insandan ayırdılar, əri xalası qızıyla evləndirildi - FOTO10. Onun vəfatı haqqında da müxtəlif fikirlər var. Şeyx Əbdül Mahmudbəyov həmin günləri belə xatırlayır:

"Almaz xanımın ölümü də çox müəmmalı oldu. Mən onda Moskvada oxuyurdum. Mənə xəbər gəldi ki, Almaz xanım rəhmətə gedib. Ürəyi dözmədi, öldü, ya intihar elədi, bilinmədi. Moskvadan qayıdandan sonra onun oğlunu çox axtardım, amma tapa bilmədim. İndi də bilmirəm ki, haradadır, nə işlə məşğuldur".


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 2142   Tarix: 28 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Böyük Misir Muzeyinin 5 əsas eksponatl: Gizanı ziyarət etməyə dəyər (FOTO)

Qədim Misir sivilizasiyasının tarixi bu gün də bəşəriyyətin ən böyük sirlərindən biri olaraq qalır. Bu mövzu yüzlərlə alimi və milyonlarla turisti cəlb edir. Ötən ilin payızından etibarən səyyahların Qədim Misir tarixi ilə daha yaxından tanış olmaq imkanı genişlənib. Belə ki, Qizada nəhayət möhtəşə

16 sentyabr
.

Şükufə Yusupovanın vəziyyəti necədir?

Xalq artisti Şükufə Yusupovanın vəziyyəti açıqlanıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, aktrisanın müalicəsi Yeni Klinikanın müvafiq şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir. Qeyd edək ki, avqustu

31 avqust
.

Mərhum Xalq artistinin abidəsi adi olmayacaq

Mərhum Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin layihəsi artıq hazırdır. xəbər verir ki, bu barədə -a mərhum aktyorun yaxın dostu, tanınmış şair Baba Vəziroğlu məlumat verib. Onun sözlərinə görə, abidənin müəllifi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Natiq Əliyevdir:

25 avqust
.

"Serial bəzi gənclər üçün pis örnəkdi"

Xalq artisti Mehriban Zəki gənc aktyorların üstün və çatışmayan cəhətlərindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "MAG" layihəsində qonaq olarkən danışıb. O, bugünkü gənclərin öyrənməyə həvəsli və çalışqan olduğunu bildirib:. "Bugünkü gənclərin üstün cəhətləri var. Onlar

14 avqust
.

Xəstəxanaya yerləşdirilən aktyor səhhətindən yazdı

Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərov səhhəti ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, aktyor müalicəsinin başa çatdığını, evə buraxıldığını bildirib. Özünü yaxşı hiss etdiyini deyən R.Səfərov müalicəsini ev şəraitində davam etdirəcəyin

25 sentyabr
.

Əlikram Bayramov: "İngiltərə uduzanda 2-3 gün özümə gələ bilmədim"

Müğənni Əlikram Bayramov 2026-cı il dünya çempionatında azarkeşlik etdiyi İngiltərə millisinin çempion ola bilməməsindən təəssüfləndiyini bildirib. Sənətçi Qaynarinfo-ya açıqlamasında deyib ki, turnir başlamazdan əvvəl İngiltərənin dünya çempionu olacağını proqnozlaşdırıb:. "Dünya çempionatınd

20 iyul
.

Fəxrəddin Manafov və Nailə İslamzadə bir arada - Foto

Xalq artisti Fəxrəddin Manafov və Əməkdar artist Nailə İslamzadə bir araya gəlib. Axşam.az xəbər verir ki, aktyor və teleaparıcı birlikdə foto çəkdiriblər. Şəkli N. İslamzadə sosial şəbəkə hesabında paylaşıb

17 avqust
.

Bir şilləyə görə küsdü, boşandığı qadınla eyni evdə yaşadı

Azərbaycan kino səhnəsinin ən yadda qalan simalarından biri olan bu sənətkar tamaşaçını təkcə sözlə deyil, baxışı, jesti və özünəməxsus intonasiyası ilə güldürməyi bacarırdı. Onun yaratdığı obrazlar illər keçsə də köhnəlmir, bu gün də eyni maraqla izlənilir. Lakin şöhrətli səhnə həyatının arxasında çoxlarını

23 avqust
.

Elçin Cəlilovun məzarından yayılan görüntülər müzakirələr yaratdı - (Video)

Sosial şəbəkələrdə yayılan görüntülər izləyicilərin diqqətini çəkərək geniş müzakirələrə yol açıb. xəbər verir ki, sosial media istifadəçisi Qurban Oruc mərhum sənətkar Elçin Cəlilovun baxımsız vəziyyətdə olan məzarını ziyarət edərək həmin anları lentə alıb. Daha sonra o və yaxınları məzarın ətrafınd

29 iyul