Xalq artistindən SƏRT İRAD: "Aparıcı da efirdə sırtıq-sırtıq gülər?"

Xalq artistindən SƏRT İRAD: "Aparıcı da efirdə sırtıq-sırtıq gülər?"ARB TV-də milli istiqlal şairimiz Əhməd Cavadın 130 illik yubileyinə həsr edilən "Xəbər-ətər" proqramında aparıcı Zümrüd Bədəlovanın məlumatsızlığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Aparıcının şairin nəvəsi Anar Axundzadəyə ünvanladığı "Babanızı görmüsünüzmü?" sualı cəmiyyətdə narazılıqla qarşılanıb. Bu məqam aparıcıların məlumatsızlığı, savadsızlığı və hazırlıqsızlığı məsələsini də gündəmə gətirib.

Yenicag.az-a açıqlama verən tanınmış diktor, Xalq artisti Ofeliya Sənani aparıcılarla bağlı sərt iradlarını bildirib. O bu gün efir məkanında olan aparıcılara nəzarət olunmadığını, hər hansı bir səhvə görə cəzalandırılmadığını və buna görə də belə halların getdikcə artdığını deyib:

"Əvvəllər xüsusi şura var idi, efirdə aparıcılara nəzarət edirdi. Bizim ixtiyarımız nə idi, qaydalardan kənara çıxaq. Diktorlar otağında stolun üstündə xüsusi vurğu kitabı var idi. Hər gün onu oxuyurduq. Eləcə də diktorlara aid olan digər kitabları. Ölkə, şəhər adını düzgün deməsəydik, həmin gün bizi işdən qovardılar. Özü də xüsusi iclas çağıraraq, biabırcasına. Hər səhvə görə diktorlar töhmət alırdı və növbəti ay bir də həmin səhv təkrarlansaydı, diktor işdən qovulurdu. Biz qorxmurduq, işimizə məsuliyyət hiss edirdik. Bu gün aparıcıların əksəriyyəti məlumatsız, mütaliəsiz və hazırlıqsızdır. Davranışlarına nəzarət etmirlər. Aparıcı səhərdən axşama qədər efirdə sırtıq-sırtıq gülər? Geyiminə belə fikir verən yoxdur. Aparıcının öz geyim tərzi olmalıdır. Aparıcı hər şeydən öncə özünə hörmət etməlidir ki, izləyici də ona hörmətlə yanaşsın".

Diktor verilişlərdə formata uyğun qonaqların çağrılmamasına da irad tutub:

"Qonaq verilişin formatına uyğun seçilməlidir. Siyasətçi danışır, ardınca müğənni şit-şit mahnı oxuyur. Maşallah, gündə efirə bir müğənni çıxarırlar. Nə səsi var, nə səhnə mədəniyyəti. Ciddi verilişin öz qonaqları olmalıdır. Şou adamları ilə ciddi sənət adamlarını eyni verilişə çağırmaq olmaz. Hər kəsə özünə uyğun suallar verilməlidir. Aparıcıların çoxu bunu bilmir. Heç bəzən çağırdığı qonağı belə tanımır. Bunların qarşısı alınmaq üçün televiziyalarda xüsusi şura yaradılmalıdır".


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 3630   Tarix: 07 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Böyük Misir Muzeyinin 5 əsas eksponatl: Gizanı ziyarət etməyə dəyər (FOTO)

Qədim Misir sivilizasiyasının tarixi bu gün də bəşəriyyətin ən böyük sirlərindən biri olaraq qalır. Bu mövzu yüzlərlə alimi və milyonlarla turisti cəlb edir. Ötən ilin payızından etibarən səyyahların Qədim Misir tarixi ilə daha yaxından tanış olmaq imkanı genişlənib. Belə ki, Qizada nəhayət möhtəşə

16 sentyabr
.

Şükufə Yusupovanın vəziyyəti necədir?

Xalq artisti Şükufə Yusupovanın vəziyyəti açıqlanıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, aktrisanın müalicəsi Yeni Klinikanın müvafiq şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir. Qeyd edək ki, avqustu

31 avqust
.

Mərhum Xalq artistinin abidəsi adi olmayacaq

Mərhum Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin layihəsi artıq hazırdır. xəbər verir ki, bu barədə -a mərhum aktyorun yaxın dostu, tanınmış şair Baba Vəziroğlu məlumat verib. Onun sözlərinə görə, abidənin müəllifi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Natiq Əliyevdir:

25 avqust
.

"Serial bəzi gənclər üçün pis örnəkdi"

Xalq artisti Mehriban Zəki gənc aktyorların üstün və çatışmayan cəhətlərindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "MAG" layihəsində qonaq olarkən danışıb. O, bugünkü gənclərin öyrənməyə həvəsli və çalışqan olduğunu bildirib:. "Bugünkü gənclərin üstün cəhətləri var. Onlar

14 avqust
.

Xəstəxanaya yerləşdirilən aktyor səhhətindən yazdı

Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərov səhhəti ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, aktyor müalicəsinin başa çatdığını, evə buraxıldığını bildirib. Özünü yaxşı hiss etdiyini deyən R.Səfərov müalicəsini ev şəraitində davam etdirəcəyin

25 sentyabr
.

Əlikram Bayramov: "İngiltərə uduzanda 2-3 gün özümə gələ bilmədim"

Müğənni Əlikram Bayramov 2026-cı il dünya çempionatında azarkeşlik etdiyi İngiltərə millisinin çempion ola bilməməsindən təəssüfləndiyini bildirib. Sənətçi Qaynarinfo-ya açıqlamasında deyib ki, turnir başlamazdan əvvəl İngiltərənin dünya çempionu olacağını proqnozlaşdırıb:. "Dünya çempionatınd

20 iyul
.

Fəxrəddin Manafov və Nailə İslamzadə bir arada - Foto

Xalq artisti Fəxrəddin Manafov və Əməkdar artist Nailə İslamzadə bir araya gəlib. Axşam.az xəbər verir ki, aktyor və teleaparıcı birlikdə foto çəkdiriblər. Şəkli N. İslamzadə sosial şəbəkə hesabında paylaşıb

17 avqust
.

Bir şilləyə görə küsdü, boşandığı qadınla eyni evdə yaşadı

Azərbaycan kino səhnəsinin ən yadda qalan simalarından biri olan bu sənətkar tamaşaçını təkcə sözlə deyil, baxışı, jesti və özünəməxsus intonasiyası ilə güldürməyi bacarırdı. Onun yaratdığı obrazlar illər keçsə də köhnəlmir, bu gün də eyni maraqla izlənilir. Lakin şöhrətli səhnə həyatının arxasında çoxlarını

23 avqust
.

Elçin Cəlilovun məzarından yayılan görüntülər müzakirələr yaratdı - (Video)

Sosial şəbəkələrdə yayılan görüntülər izləyicilərin diqqətini çəkərək geniş müzakirələrə yol açıb. xəbər verir ki, sosial media istifadəçisi Qurban Oruc mərhum sənətkar Elçin Cəlilovun baxımsız vəziyyətdə olan məzarını ziyarət edərək həmin anları lentə alıb. Daha sonra o və yaxınları məzarın ətrafınd

29 iyul