İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 7 sadə qaydası

İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 7 sadə qaydasıDövrümüzdə pulsuz ictimai Wi-Fi şəbəkələrinə demək olar ki, hər yerdə - küçə, metro və avtobuslarda; otel və ya restoran kimi məkanlarda rast gəlmək olar. Ümumiyyətlə, bu tip şəbəkədən istifadə etmək üçün şifrəyə ehtiyac yoxdur - sadəcə qoşulursunuz və artıq onlaynsınız. Praktikada bu çox rahatdır, lakin təəssüf ki, bu vəziyyət təcavüzkarlar üçün fürsətlər yaradır.

İş orasındadır ki, pulsuz Wi-Fi şəbəkələri getdikcə daha çox yayılır, təcavüzkarlar da bu tendensiyanı izləyirlər. Saxta şəbəkəni rəsmi şəbəkədən ayırmaq çox çətin ola bilər, ona görə də internetə yalnız evdə və ya mobil internet vasitəsilə qoşulmaq daha yaxşıdır. Bu, bütün vəziyyət və şəraitlərdə tamamilə rahat və ya praktik olmasa da, əlbəttə ki, ən təhlükəsiz yoldur. Çox vaxt daimi əlaqədə qalmaq üçün internetə çıxışınız olmalıdır.

İnternetdən istifadə edərkən ödəniş məlumatları, müxtəlif xidmətlər üçün giriş və şifrələr, sənədlər və yazışmalar kimi çox sayda qiymətli məlumatlar ötürülür. Əgər onlar cinayətkarın əlinə keçərsə, o, bütün bank vəsaitlərinizi öz hesabına köçürə, istifadəçi hesablarını oğurlayıb, onlar vasitəsilə spam yaya və ya dostlarınızdan pul istəyə bilər. Şəxsi yazışmaları əldə edərək hətta şantaja da baş vura bilərlər. Təhlükəsiz şəbəkəyə iş cihazından qoşulmaq isə işəgötürənin kommersiya məlumatlarını yanlış əllərə təhvil verə bilər. Bəzi hallarda cinayətkarlar cihazı hətta təhlükəli Wi-Fi ilə əlaqəsi kəsdikdən sonra belə yerində qalacaq zərərli proqramla sakit şəkildə yoluxdura bilərlər.

Kaspersky bu problemlərin qarşısını almağa kömək edəcək 7 sadə qaydanı paylaşır:

1. İctimai Wi-Fi şəbəkələrinə güvənməyin

Unutmayın ki, şifrəsiz Wi-Fi şəbəkələri yalnız vacib məlumatlarla əlaqəli olmayan onlayn fəaliyyətlər üçün münasibdir: onlar vasitəsilə ötürdüyünüz və qəbul etdiyiniz məlumatlar eyni şəbəkəyə giriş əldə edən hər kəs tərəfindən izlənə bilər, məsələn, həmin şəxs sizinlə eyni hava limanında və ya qatarda olan onlarla yad adamdan biri ola bilər.

2. Giriş nöqtələrinin adlarını yoxlayın

Bəzi təcavüzkarlar daha da irəli gedirlər: mövcud ictimai Wi-Fi şəbəkələrinə qoşulmaq əvəzinə, özlərinin şəbəkəsini yaradır və qurbanlarını oraya cəlb edirlər. Cihazlarınızdan alınan məlumatlar ruter vasitəsilə İnternetə ötürüldüyü üçün, şəbəkənin etikanı gözləməyin sahibi məlumatlarınızı asanlıqla ələ keçirə bilər. Kimisə cinayətkarın qurduğu tələyə salmaq üçün giriş nöqtəsinin adı hətta biznes mərkəzinizin və ya sevimli kafenizin Wi-Fi şəbəkəsinin adına uyğun adlandıra bilər. Mövcud giriş nöqtələrinin siyahısını diqqətlə öyrənin, adlarını işarələrlə müqayisə edin, sizə tanış gələn ilk şəbəkəyə qoşulmayın. Səhv söz sırası, hərfləri oxşar rəqəmlərlə əvəz etmək, əlavə dəyişikliklər saxta şəbəkəni müəyyən etməyə kömək edə bilər.

3. Şəbəkələrə avtomatik qoşulmaqdan imtina edin

Batareyaya qənaət etmək üçün cihazı istifadə etmədiyiniz zaman Wi-Fi bağlantısını söndürün. Cihazınınızın şəbəkələrə avtomatik qoşulma funksiyasını deaktiv edin (bunu adətən Wi-Fi parametrlərində edilə bilərsiniz). İctimai Wi-Fi şəbəkələrindən istifadəni bitirən kimi onları bağlantılar siyahısından silin ("unudun -forget").

4. Autentifikasiya tələb edən xidmətlər üçün güvnmədiyiniz Wi-Fi şəbəkəsindən istifadə etməyin

Həssas məlumatları saxlayan hər hansı hesablara (xüsusilə də maliyyə məlumatları) yalnız təhlükəsiz ev və ya korporativ internet şəbəkəsindən daxil olmaq ən yaxşı seçimdir. Ancaq yaranmış hər hansı vəziyyət sizi təcili olaraq kartın balansını yoxlamağa və ya dövlət xidmətlərinə daxil olmağa məcbur edərsə, bunu mobil internet vasitəsilə edin. Bahalı və rouminq olsa belə, tərəddüd etməyin, çünki şübhəli Wi-Fi nöqtəsi vasitəsilə məxfi məlumatlarınızın sızması sizə daha baha başa gələcək.

5. Bağlantı kanalını qorumaq üçün cihaza öncədən tətbiq quraşdırın

İctimai Wi-Fi şəbəkələrindən istifadə edərkən cihazlarınızı qorumağın etibarlı yolu onlara əvvəlcədən etibarlı qoruma tətbiqləri quraşdırmaqdır. Sorğunuzu ruterə göndərməzdən əvvəl şifrələyən təhlükəsiz bağlantı proqramları var ki, şəbəkənin sahibləri və digər şəbəkə ziyarətçiləri sizin nəyi və haraya göndərdiyinizi bilə bilməzlər (bu texnologiya virtual özəl şəbəkə yəni VPN adlanır). Bununla hətta ictimai şəbəkələrdə gəzmək də məlumatlarınız üçün təhlükəsiz olacaq.

6. Məlumatlarınızı etibar edə biləcəyiniz müsbət reputasiyalı şirkətlərin təhlükəsizlik proqramlarından istifadə edin

Təhlükəsiz bağlantı üçün həll seçərkən, onu yaradanlara etibar etməyə hazır olduğunuzdan əmin olun. Məlumatlarınızı toplamayan və üçüncü tərəflərə satmayan müsbət reputasiyaya malik şirkətləri seçin. Məsələn, əksər Kaspersky həllərində və ixtisaslaşdırılmış Kaspersky Secure Connection proqramında mövcud olan təhlükəsiz bağlantı etibarlı və təhlükəsiz OpenVPN protokolundan istifadə edir və istifadəçinin trafik qeydlərini saxlamır.

7. Bağlantı təhlükəsizliyini istənilən ictimai şəbəkədə avtomatik işə düşəcəyi şəkildə quraşdırın

Təhlükəsiz bağlantı vacib proqramları açmazdan əvvəl əl ilə aktivləşdirilə bilər, lakin təkcə yaddaşınıza etibar etməməkdə fayda var. Hər hansı ictimai şəbəkəyə qoşulduqda təhlükəsiz bağlantı funksiyasını avtomatik işə düşəcəyi şəkildə quraşdırın (əgər proqramda belə bir funksiya varsa). Əgər siz Kaspersky Secure Connection-dan istifadə edirsinizsə, onda sürətdən narahat olmaq lazım deyil, zolaq genişliyi hətta video yayımı üçün də kifayətdir. Həssas məlumatlarla işləyirsinizsə, Kaspersky Secure Connection-da Kill Switch funksiyasını aktivləşdirin. Bu təhlükəsizlik həlli təhlükəsiz bağlantı qurulana və məlumatların ələ keçmə riski aradan qaldırılana qədər məlumatların göndərilməsini tamamilə bloklayır./trend


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 838   Tarix: 09 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

ABŞ tarixinin ikinci ən böyük lotereya cekpotunu qazanan şəxsin kimliyi açıqlanıb

ABŞ tarixində ikinci ən böyük "Powerball" cekpotu - 1.82 milyard dolların sahibi məlum olub. Məlumata görə, qalib Arkanzas ştatının Nort-Litl-Rok şəhərinin meri Terri Hartvikin kiçik qardaşıdır. "Arkansas Democrat-Gazette" qəzetinə istinadən xəbər verir ki, bu barədə məlumatı qalibi

19 iyul
.

Fransada tıxacların uzunluğu rekord həddə çatıb

Fransada iyulun 18-də avtomobil tıxaclarının ümumi uzunluğu 708 kilometrə çatıb. xəbər verir ki, bu barədə "Sortiraparis" portalına istinadən məlumat yayılıb. Ən ciddi tıxaclar cənuba doğru istiqamət alan və Rona vadisindən keçən A7 avtomagistralında müşahidə olunub - burada tıxacın uzunluğ

19 iyul
.

Yaxın Şərqdə gərginlik artır: ABŞ öz vətəndaşlarına müraciət etdi

ABŞ Dövlət Departamenti dünyada, xüsusilə Yaxın Şərqdə yaşayan amerikalılara İranla bağlı yarana biləcək təhlükələr səbəbindən yüksək ehtiyatlılıq nümayiş etdirməyi tövsiyə edib. xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib. Bildirilib ki, Yaxın Şərqdə artan gərginli

19 iyul
.

Hava proqnozları psixologiyamıza necə təsir edir?

Hava proqnozlarının dəqiq olmaması təkcə gündəlik planları pozmur, həm də insanların psixoloji vəziyyətinə ciddi təsir göstərir. Xüsusilə yağış proqnozuna görə həftəsonu planlarını ləğv edən insanların sonradan günəşli hava ilə qarşılaşması məyusluq və narazılıq hissi yarada bilər. Qaynarinfo xəbər veri

21 iyul
.

Dünyanın ən qədim çayı dinozavrlardan əvvəl yaranıb: Harada yerləşir?

Dinozavrlar Yer üzündə təxminən 233-66 milyon il əvvəl, Mezozoy erasında yaşayıblar. Alimlərin fikrincə isə dünyanın ən qədim çay sistemlərindən biri hesab edilən Avstraliyadakı Finke (yerli adı ilə Larapinta) çayının drenaj sistemi təxminən 300-400 milyon il əvvələ, yəni dinozavrlardan da əvvəlki dövr

21 iyul
.

Ankarada təlim helikopteri qəzaya düşdü - Yaralılar var

Türkiyənin paytaxtı Ankarada təlim helikopteri qəzaya uğrayıb. "Qafqazinfo" "Cumhuriyet"ə istinadən xəbər verir ki, nəticədə 2 nəfər yaralanıb. Hadisə yerinə çox sayda xilasedici cəlb olunub

22 iyul
.

Rekord isti bir həftədə 3 mindən çox insanı öldürdü

İyunun sonlarında, 22-dən 28-dək davam edən isti hava dalğası zamanı Fransanın İl-de-Frans bölgəsində təxminən 300 insan ölüb. Bu rəqəm normal ölüm nisbətindən iki dəfə çoxdur. bildirir ki, "Le Monde" qəzeti bu barədə Fransa Milli Səhiyyə Agentliyinin məlumatlarına istinadən açıqlama yayıb

19 iyul
.

Son 14 ilin ən güclü şaxtası qeydə alındı: -84,1 dərəcə

Antarktidadakı "Concordia" elmi-tədqiqat stansiyasında -84,1 dərəcə Selsi temperatur qeydə alınıb. Bu, 2012-ci ildən bəri Yer kürəsində ölçülmüş ən aşağı temperatur göstəricisidir və stansiyada indiyədək qeydə alınmış tarixi minimumdan cəmi 0,5 dərəcə yüksəkdir. Qaynarinfo xəbər verir ki, b

20 iyul
.

Macarıstan Prezidenti konstitusiyaya öz istefasını da ehtiva edən düzəlişi imzalayıb

Macarıstan Prezidenti Tamaş Şuyok özünün vəzifədən kənarlaşdırılmasını da nəzərdə tutan konstitusiyaya 17-ci düzəlişi imzalayıb. "Report" "Index"ə istinadən xəbər verir ki, bu barədə Şuyok öz videomüraciətində bildirib. Qeyd olunub ki, qərardan əvvəl aylarla davam edən siyasi və konstitusiya-hüqu

19 iyul