Rusiyada bir neçə region rəhbərsiz qaldı - YENİLƏNİB

Rusiyada bir neçə region rəhbərsiz qaldı - YENİLƏNİBRusiyada daha bir region rəhbəri istefa verib.

Mari El Respublikasının rəhbəri Aleksandr Yevstifeyev səlahiyyət müddətinin başa çatması fonunda istefa verdiyini açıqlayıb və göstərdikləri dəstəyə görə bölgə sakinlərinə təşəkkürünü bildirib.

Saratov vilayətinin qubernatoru, 10 il bölgəyə rəhbərlik etmiş Valeri Radayev isə vaxtından əvvəl təqaüdə çıxacağını və qarşıdan gələn seçki kampaniyasında namizədliyini irəli sürməyəcəyini deyib.

Onun sözlərinə görə, diqqətini başqa bir iş sahəsinə yönəltməyi planlaşdırır.

16:42

Rusiya Federasiyasının Tomsk vilayətinin qubernatoru Sergey Jvaçkin və onun Kirov vilayətindən olan həmkarı İqor Vasilyev səlahiyyət müddətinin sona yaxınlaşması ilə əlaqədar öz vəzifələrini tərk edəcəklərini bildiriblər.

Jvaçkin bildirib ki, bu ilin yanvarında onun 65 yaşı tamam olub və o, ölkənin ən qocaman rayon rəhbərlərindən biridir. Rusiya Prezidenti Vladimir Putin onun istefasını dəstəkləyib.

"Mən qanunlara əməl etməyə öyrəşmişəm. Heç vaxt kreslodan yapışmadım. Bunlar mənim istefa qərarımı müəyyənləşdirdi", - deyə S.Jvaçkin bildirib.

Sergey Jvaçkin 2012-ci ildən Tomsk vilayətinin rəhbəridir. 2017-ci ildə o, qubernator vəzifəsinə ikinci müddətə seçilib, səlahiyyət müddəti 2022-ci ildə başa çatır. Bundan əvvəl Jvaçkin neft-qaz sektorunda çalışıb.

Digər istefa verən rusiyalı qubernator İqor Vasiliev 2016-cı il iyulun 28-dən Kirov qubernatoru vəzifəsində çalışır. Bundan əvvəl o, "Rosreestr"ə rəhbərlik edib.

Ryazan vilayətinin qubernatoru Nikolay Lyubimov da növbəti seçkilərə qatılmayacağını bəyan edib./Oxu.az


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1162   Tarix: 10 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Çində baş verən zəlzələ nəticəsində 16 nəfər ölüb

Çinin Tibet Muxtar Vilayətinin Bakken qraflığının Naqqu şəhərində baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində ən azı 16 nəfər ölüb, 32 nəfər yaralanıb. xəbər verir ki, zəlzələ nəticəsində 16 nəfər ölüb, 32 nəfər isə yaralanıb. Agentliyin cümə gecəsi olan məlumatlarına görə, yaralılardan 11-nin vəziyyət

23 oktyabr
.

Filippində təlim uçuşu zamanı 4 pilot ölüb

Batanqasda təlim uçuşu zamanı iki "SF-260" təyyarəsinin qəzaya uğraması nəticəsində Filippin Hərbi Hava Qüvvələrinin 4 pilotu həlak olub. "Report" xəbər verir ki, bu barədə "Philippine Daily Inquirer" ölkənin Hərbi Hava Qüvvələrinə istinadən məlumat yayıb. Filippin Hərb

24 oktyabr
.

Ermənistanın bir sıra icmalarında "seçkiqabağı" həbslər həyata keçirilir - Səbəb

Ermənistanın bir neçə icmasında seçkiqabağı korrupsiya ilə əlaqədar açılmış cinayət işləri çərçivəsində həbslər həyata keçirilir. -ın Ermənistan mediasına istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Antikorrupsiya Komitəsindən bildirilib. Qurum Artikdə müxalifət nümayəndələrinin saxlanılması il

24 oktyabr
.

ABŞ Ermənistanın Sərhəd Qoşunlarına 1,4 milyon dollarlıq texnika verib

ABŞ Ermənistanın Sərhəd Qoşunlarına 1,4 milyon ABŞ dolları dəyərində nəqliyyat və xüsusi avadanlıq təhvil verib. xəbər verir ki, bu barədə Ermənistan mediası ABŞ-nin Ermənistandakı səfirliyinə istinadən məlumat yayıb. Təhvil-təslim ABŞ Dövlət Departamentinin ixrac nəzarəti və sərhəd təhlükəsizliyi (EXBS

23 oktyabr
.

Avropa Taekvondo İttifaqının birinci vitse-prezidenti Bolqarıstanda qətlə yetirildi

Bolqarıstan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, iş adamı Slavi Binev Sofiya şəhərində başından güllələnərək öldürülüb. xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin (DİN) rəsmisi brifinqdə məlumat verib. Cinayətdə şübhəli bilinən üç nəfər - bir Bolqarıstan və iki Türkiyə vətəndaş

24 oktyabr
.

Marko Rubio kubalıları Kəşfiyyat İdarəsi ilə əməkdaşlığa çağırdı

ABŞ-nin Dövlət katibi Marko Rubio Kuba əhalisinə müraciət edərək, adada siyasi dəyişikliklərin həyata keçirilməsi məqsədilə onları Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə əməkdaşlığa çağırıb. xəbər verir ki, bu barədə Marko Rubio özünün "X" sosial şəbəkə hesabında paylaşım edib. "Yerinə yetirilməmi

24 oktyabr
.

83 yaşlı qadın toyundan əvvəl əməliyyat olundu

Rusiyanın paytaxtı Moskvada həkimlər toyuna hazırlaşan 83 yaşlı qadını xərçəng xəstəliyinə görə uğurla əməliyyat ediblər. Bu barədə N.N. Bloxin adına Milli Tibbi Onkologiya Tədqiqat Mərkəzinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, yaşına baxmayaraq, qadın fəal həyat tərzi keçirir, mütəmadi idmanl

24 oktyabr
.

Səudiyyə Ərəbistanı husilərin Ər-Riyad istiqamətində buraxdığı raketi zərərsizləşdirib

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının hava hücumundan müdafiə qüvvələri husilər tərəfindən Ər-Riyad istiqamətində buraxılmış ballistik raketi ələ keçirərək məhv edib. "Report" "Arab News"a istinadən xəbər verir ki, bu barədə koalisiyanın rəsmi nümayəndəsi Türk

24 oktyabr
.

ABŞ-də ölü elan edilən körpə beş saat sonra morqda sağ tapılıb - Foto

ABŞ-də hovuzda boğulma təhlükəsi ilə üzləşdikdən sonra öldüyü elan edilən təxminən 18 aylıq oğlan uşağı bir neçə saat sonra xəstəxananın morqunda sağ tapılıb. xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb. Hadisə fevralın 8-də Gilbert şəhərində ailə məclisi zamanı baş verib. Vinsent Fyo

24 oktyabr