Tanınmış idmançısı ölkəni tərk etdi - FOTO

Tanınmış idmançısı ölkəni tərk etdi - FOTOİranlı idmançılar rejimin basqılarına, habelə hökumətin onlara qarşı biganə yanaşmasına görə bir-birinin ardınca ölkəni tərk etməyə davam edirlər.

Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Bildirilib ki, bu dəfə ölkəni tərk edərək digər dövlətlərə sığınan iranlı idmançılar sırasına İranın ağır atletika ilə məşğul olan tanınmış idmançısı Yekta Camali də qatılıb.

Onun Yunanıstanda komanda düşərgəsini tərk edərək yoxa çıxdığı bildirilir. O, ağır atletika sahəsində beynəlxalq medal qazanan ilk iranlı qadın idmançıdır.

Xatırladaq ki, bundan öncə yüzlərlə iranlı idmançı hökumətin ölkədə onlara qarşı biganə yanaşması, habelə təzyiq və basqılara məruz qoyması səbəbilə birdəfəlik olaraq ölkəni tərk edib, digər dövlətlərə sığınıblar.

İran rejiminin bir neçə gün öncə açıqlanan yeni qərarına əsasən, ölkədə qadınların ağır atletika ilə məşğul olması qadağan edilmişdi. Görünür, xanım Camali də bu səbəbdən ölkəni tərk edərək başqa bir dövlətə sığınmaq məcburiyyətində qalıb./oxu.az


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1802   Tarix: 12 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

83 yaşlı qadın toyundan əvvəl əməliyyat olundu

Rusiyanın paytaxtı Moskvada həkimlər toyuna hazırlaşan 83 yaşlı qadını xərçəng xəstəliyinə görə uğurla əməliyyat ediblər. Bu barədə N.N. Bloxin adına Milli Tibbi Onkologiya Tədqiqat Mərkəzinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, yaşına baxmayaraq, qadın fəal həyat tərzi keçirir, mütəmadi idmanl

24 oktyabr
.

Zelenski Ukraynanın müharibəni dayandırmaq üçün şərtlərini açıqladı

Ukrayna Prezidenti Volodimir Zelenski ABC News-a verdiyi müsahibədə Rusiya ilə sülh müqaviləsi imzalamağa və hazırkı təmas xətti boyunca hərbi əməliyyatları dayandırmağa hazır olduğunu bildirib. xəbər verir ki, eyni zamanda, o, əlavə edib ki, Kiyev müvəqqəti işğal olunmuş əraziləri Rusiyanın bir hissəs

24 oktyabr
.

Financial Times: "ABŞ Çin texnologiyalarına investisiyaları məhdudlaşdırmağa hazırlaşır"

ABŞ Maliyyə Nazirliyi amerikalı investorların Çinin strateji əhəmiyyət daşıyan texnologiya sahələrinə vəsait yatırmasına nəzarəti gücləndirəcək yeni qaydalar təklif edib. Məhdudiyyətlərin süni intellekt, qabaqcıl yarımkeçiricilər, biotexnologiya və hipersəs silahları ilə əlaqəli texnologiyaları əhat

23 oktyabr
.

Avstriya Rusiya diplomatlarını qovdu

Avstriya Xarici İşlər Nazirliyi dörd rus diplomatı ölkədən çıxaracaq. xəbər verir ki, bu barədə "Profil" nəşri məlumat yayıb. Məlumata görə, onlar arzuolunmaz şəxs elan ediliblər. Həmin şəxslər casusluqda şübhəli bilinirlər

23 oktyabr
.

"Axios": İran ABŞ-nin xaricdəki diplomatlarına sui-qəsdlər hazırlayır

Amerika kəşfiyyatı İranın xaricdə işləyən ABŞ diplomatlarına və vəzifəli şəxslərinə qarşı sui-qəsdlər təşkil etmək planlarına dair məlumatlara malikdir. "Report"un "Axios"a istinadən məlumatına görə, bu barədə oktyabrın 23-də ABŞ Dövlət katibi Marko Rubiyoya göndərilmiş xidməti qeydd

24 oktyabr
.

Türkiyədə mədəndə partlayış - ölən və yaralılar var

Türkiyənin Zonquldağ vilayətində yerləşən mədənlərin birində partlayış başç verib. Bu barədə "Haber 7" məlumat yayıb. Məlumata görə, bədbəxt hadisə Zonquldaq vilayətinin Kilimli rayonuna bağlı Gelik qəsəbəsində yerləşən özəl mədən ocağında metan qazının sızması nəticəsində baş verib. Hadis

23 oktyabr
.

Filippində təlim uçuşu zamanı 4 pilot ölüb

Batanqasda təlim uçuşu zamanı iki "SF-260" təyyarəsinin qəzaya uğraması nəticəsində Filippin Hərbi Hava Qüvvələrinin 4 pilotu həlak olub. "Report" xəbər verir ki, bu barədə "Philippine Daily Inquirer" ölkənin Hərbi Hava Qüvvələrinə istinadən məlumat yayıb. Filippin Hərb

24 oktyabr
.

Marko Rubio kubalıları Kəşfiyyat İdarəsi ilə əməkdaşlığa çağırdı

ABŞ-nin Dövlət katibi Marko Rubio Kuba əhalisinə müraciət edərək, adada siyasi dəyişikliklərin həyata keçirilməsi məqsədilə onları Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə əməkdaşlığa çağırıb. xəbər verir ki, bu barədə Marko Rubio özünün "X" sosial şəbəkə hesabında paylaşım edib. "Yerinə yetirilməmi

24 oktyabr
.

İtaliyada güclü zəlzələ baş verdi

İtaliyanın şərqində, Siciliya sahillərində 5,6 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ yerin 10 km dərinliyində baş verib

23 oktyabr