"Avroviziya"nın qalibi Ukrayna oldu
Ukrayna İtaliyanın Turin şəhərinin ev sahibliyi etdiyi 66-cı "Avroviziya-2022" mahnı müsabiqəsinin qalibi olub.
Sonxeber.az xəbər verir ki, müsabiqənin finalında 25 ölkənin - Azərbaycan, Çexiya, Rumıniya, Portuqaliya, Finlandiya, İsveçrə, Fransa, Norveç, İtaliya, İspaniya, Niderland, Ukrayna, Almaniya, Litva, Belçika, Yunanıstan, İslandiya, Moldova, İsveç, Avstraliya, Böyük Britaniya, Polşa, Serbiya, Estoniya və Ermənistan təmsilçiləri yarışıb.
Çıxışlar yekunlaşdıqdan sonra səsvermə başlayıb. Nəticələrə əsasən yarışın qalibi 631 səslə Ukrayna ("Kalush Orchestra" qrupu "Stefania" mahnısı ilə) olub. Azərbaycan Ukraynaya 12 səs verib. Beynəlxalq mahnı müsabiqəsində ikinci yeri Böyük Britaniya, üçüncü yeri isə İspaniya təmsilçisi tutub.
Azərbaycanı bu müsabiqədə təmsil edən Nadir Rüstəmli "Fade To Black" adlı mahnı ilə 106 xal toplayaraq 16-cı yerdə qərarlaşıb.
Builki yarışmanın şüarı "Gözəlliyin Səsi" ("The Sound of Beauty") olub. Müsabiqə Avropa Yayım Birliyi (EBU) və yerli "Rai" telekanalının təşkilatçılığı ilə keçirilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xalq artistinin məzarından VİDEO
Azərbaycanın tanınmış teatr və kino aktyoru, Xalq artisti Səyavuş Aslan ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər diqqət çəkib. xəbər verir ki, mərhum sənətkarın məzarından çəkilən video qısa zamanda geniş yayılıb. Paylaşılan kadrlarda sənətkarın uyuduğu məkan əks olunub və bu görüntülər izləyicilə
13 aprelLeyla Əliyeva tamaşada - Fotolar
Milli Gənc Tamaşaçılar Teatrında Xalq yazıçısı Maqsud İbrahimbəyovun "Neft bumu hamıya gülümsəyir" pyesi əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub. "Qafqazinfo" xəbər verir ki, yazıçının yaradıcılıq irsinə həsr olunmuş, 2025-ci ilin noyabrından 2026-cı ilin fevralınadək dava
2 martBu məktəblərə Elza İbrahimova və Fikrət Qocanın adı verildi
Qusar şəhər Uşaq İncəsənət Məktəbinə Azərbaycanın Xalq artisti Elza İbrahimovanın adı verilib. Qaynarinfo-nun xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib. Ağdaş rayonu Kotanarx kənd tam orta ümumtəhsil məktəbinə isə Azərbaycanın Xalq şairi Fikrət Qocanın adı verilib. Elm və Təhsil Nazirliyi
9 fevralRauf Hacıyevin ailəsində itki
Görkəmli Azərbaycan bəstəkarı və dövlət xadimi, Azərbaycan SSR mədəniyyət naziri, SSRİ Xalq artisti Rauf Hacıyevin bacısı oğlu vəfat edib. "Qafqazinfo" xəbər verir ki, onun nəslinin davamçılarından olan Nazim Musayev Göyçay şəhərində dünyasını dəyişib. Mərhum rayonda tanınmış stomatoloqlarda
1 iyunÖlümümü gözləyirəm, vaxtım gəlib çatmır - Xalq artisti
"Biz Rasim Balayevlə birgə çox işləmişik. Cəfər Cabbarlının "Aydın" tamaşasında o, Dövlət bəyi, mən isə Gültəkin rolunu oynayırdım. Bu, universitetin Cəfər Cabbarlının yubileyinə hazırlanan bir tamaşası idi. Tamaşamız böyük səs-küy yaratmışdı. Rasim Dövlət bəyi çox gözəl oynamışdı. Bizi
1 aprelƏməkdar artist dünyasını dəyişdi
Azərbaycanın Əməkdar artisti, xanəndə Raziyyə Şirinova vəfat edib. "Report"un xəbərinə görə, bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat veriblər. Onun 86 yaşında vəfat etdiyi bildirilir. Qeyd edək ki, Raziyyə Şirinova 1940-cı ildə anadan olub. 1962-64-cü illərdə A. Zeynallı adına Bak
20 mart"Teatrın durumu Allahın ümidinə qalıb" - Xəyalə Rəis
Səhnədə işıqlar yanır, pərdə açılır və tamaşa başlayır. Hər bir tamaşa isə cəmiyyətin düşüncəsini, hisslərini və həyat hekayələrini əks etdirən bir aynaya çevrilir. Bu gün Azərbaycanda Milli Teatr Günü qeyd olunur. 10 mart ölkəmizdə peşəkar milli teatrın əsasının qoyulduğu tarix kimi yadda qalıb və hə
10 mart