Azərbaycanda yumurta yenə bahalaşacaq? – ARAŞDIRMA
Ekspertlər hesab edirlər ki, yumurtanın ixracı daxili bazarda bahalaşmaya səbəb olmayacaq. Çünki bazarda təklif tələbi üstələyir. Ölkədə illik 2 milyarda qədər yumurta istehsal olunub. Daxili bazarın tələbi isə 1,7-1,8 milyard ədəddir.
Rusiyanın iri market şəbəkələri Azərbaycandan ildə 6-8 milyon ədəd yumurta idxalı üçün təklif göndəriblər. Təklifi dəyərləndirmək üçün hazırda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə sənədləşmə işlərinin sürətləndirilməsi istiqamətində işlər aparılır. Sənədlər qaydasına salındıqdan sonra Rusiyaya yumurta ixrac edəcəyik. Bəs bu ixracdan qazancımız nə olacaq? Bir müddət öncə yumurtanın qiymətləri yüksək idi. "Kənd" yumurtası 30 qəpik, "şəhər" yumurtasının qiymətləri 18-20 qəpik arasında dəyişirdi. Hazırda isə marketlərdə broyler yumurtası 11-12 qəpiyə satılır. Bəs Rusiyaya yumurta ixracı yerli bazara təsir edəcəkmi? Ümumiyyətlə, ixrac üçün potensial varmı?
"Onlara veriləcək yumurta artıqlaması ilə var"
"Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Mürvət Həsənli "Kaspi"yə açıqlamasında bildirir ki, yumurta ilə bağlı heç bir problemimiz yoxdur: "Azərbaycanda süfrə yumurtasına gündəlik tələbat, təxminən 3 milyon 600 min ədəddir. Bundan 20-30 faiz də artıq istehsal edirik. Təxmini 5,2-5,3 milyon civarında istehsalımız var. Rusiyanın iri market şəbəkələri isə illik 6 milyon 800 min yumurta istəyir. Əgər müqavilə bağlanarsa, onlara veriləcək yumurta artıqlaması ilə var".
"Anbarlarda 45 milyon yumurta qalıb"
Mütəxəssis vurğulayır ki, Azərbaycanda anbarlarda 45 milyon yumurta qalıb: "Bu gün üçün bizim anbarlarda daxili tələbatdan artıq 45 milyona yaxın yumurta yığılıb. Hazırda ölkəmizdə fəaliyyət göstərən quşçuluq müəssisələri nəinki daxili bazarı yumurta və quş əti ilə tam təmin etmək imkanındadır, həmçinin xarici ölkələrə ixrac üçün də ciddi potensial formalaşıb. Son aylarda quşçuluq təsərrüfatları tərəfindən ölkənin daxili tələbatından 10 milyonlarla artıq yumurta istehsalı qeydə alınmaqdadır. Yumurtaya tələbat olsa, daha çox istehsal edə bilərlər. Biz maksimum şəkildə çalışırıq ki, bazardakı artıq yumurtanı ixrac edək. Həm süfrə yumurtasının ixrac qabiliyyəti artsın, həm də bu sahədə bazarda ümumi tələb-təklif formalaşdıra bilək".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda aqrar sektor 3 %-ə yaxın böyüyüb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 10 milyard 57,4 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 % çoxdur. Hesabat dövründə heyvandarlıq məhsullarının istehsalı 2 %, bitkiçili
11 sentyabrPrezidentin sədr təyin etdiyi Osman Xaliyev kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, Osman İsmayıl oğlu Xaliyev Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri təyin edilib. Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Qaynarinfo xəbər verir ki, Osman Xaliyev bundan əvvəl iqtisadiyyat naziri Mikayıl Cabbarovun müvafiq əmr
7 sentyabrBitkoinin qiyməti azalıb
Bitkoinin qiyməti son 24 saatda 0,86% azalaraq 77,3 min ABŞ dollarına bərabər olub. xəbər verir ki, bu barədə "Binance" platforması məlumat yayıb. "Ethereum"un dəyəri isə son sutkada 0,27% artaraq 2475 dollar təşkil edib
11 sentyabrBrent markalı neftin qiyməti artaraq 107,44 dollar/barelə çatıb
Bazarın Yaxın Şərqdəki vəziyyətə diqqəti davam etdirməsi ilə çərşənbə axşamı səhəri neft qiymətləri yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün çatdırılma ilə Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,76 dollar (1,67%) çox, bir barel üçü
15 sentyabrBrent markalı neftin qiyməti bir barel üçün 102 dollara düşdü
Neft qiymətləri düşür və bu, bu həftənin ABŞ ilə İran arasındakı münaqişənin diplomatik yolla həlli istiqamətində səyləri bərpa etmək üçün fürsət yarada biləcəyi gözləntiləri ilə əlaqədardır. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçersləri 1,8
21 sentyabrAzərbaycanın şəkər ixracından gəliri 2 dəfədən çox artıb
Bu ilin yanvar-avqust aylarında ölkədən 91 milyon ABŞ dolları dəyərində 146,9 min tondan çox şəkər ixrac edilib. xəbər verir ki, Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 2,3 dəfə artıb. Cari ilin ilk yarısında şəkərin ümumi ixracda xüsus
16 sentyabrAvtomobil bazarında qiymətlər artacaq? - AÇIQLAMA
Avtomobil bazarında son dövrdə canlanma və tələbin artması qiymətlərin gələcək dinamikası ilə bağlı suallar yaradır. Eyni zamanda, avtomobil idxalının həcmi, yeni modellərin bazara daxil olması və valyuta məzənnəsi qiymətlərə təsir edən əsas amillər sırasındadır. 2025-ci ildə Azərbaycana minik avtomobil
10 sentyabrÖtən il Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artıb
Ötən il Azərbaycanda ümumi sahəsi 87 min 265 kvadrat metr olan 1 min 55 mənzil özəlləşdirilib. -n Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən müvafiq olaraq 47,2 % və 14,3 % çoxdur. Hesabat dövründə Bakıda 545 (bir il öncəki göstəricidə
18 sentyabrAzərbaycanın 8 ayda metanol istehsalının həcmi açıqlanıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 223,2 min ton həcmində metanol (metil spirit) istehsal olunub. -ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin ilk 8 ayı ilə müqayisədə 29,8 % azdır. Bu ilin sentyabrın 1-nə 37 min ton hazır məhsul qalığı yaranıb. Qeyd edə
17 sentyabr